Məhkəmə qərarları › İş №3(011)-309/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-309/2021

10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-309/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə Kavə Rövşən Fizuli oğlunun Xətai Rayonu Dövlət Yol Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Kavə Rövşən Fizuli oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə təyin edilməsi barədə Xətai Rayonu Dövlət Yol Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kavə Rövşən Fizuli oğlu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, SMS icazəsi olduğu halda X1 yol polisi tərəfindən 200 manat cərimə edilmişdir. İşə gedərkən vaxtını almış və əsəbiləşdirmişdir. Buna görə də Xətai Rayonu Dövlət Yol Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Kavə Rövşən Fizuli oğlu və Xətai Rayonu Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, işə Kavə Rövşən Fizuli oğlu və Xətai Rayonu Dövlət Yol Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Xətai Rayonu Dövlət Yol Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Kavə Rövşən Fizuli oğluna İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə təyin edilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Şikayətçi Kavə Rövşən Fizuli oğlunun şikayətində göstərdiyi xüsusat, yəni SMS icazəsinin olması özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq kimi qiymətləndirilir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Kavə Rövşən Fizuli oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərinə riayət etməyərək karantin rejimini pozmuşdur. Buna görə də Xətai Rayonu Dövlət Yol Polis Şöbəsinin əməkdaşı bu faktı aşkar etdiyindən barəsində xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı protokol tərtib etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Xətai Rayonu Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından şikayətçi Kavə Rövşən Fizuli oğlunun şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Kavə Rövşən Fizuli oğlunun Xətai Rayonu Dövlət Yol Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar