Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3091/2021 06.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhər Xətai rayon prokurorluğunun müstəntiqi X3 iştirakları ilə, xx xxxx 1956-cı ildə Ermənistanın Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı Baş Səhiyyə İdarəsinin 6 saylı şəhər poliklinikasının baş həkiminin müavini işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai rayon prokuroru X5 12 avqust 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanmış və qərarın surəti toplanmış materialla birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında Bakı şəhəri Xətai rayon prokuroru X5 12 avqust 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Şəxs 08.07.2021-ci il tarixində ünvan 2 ünvanında yerləşən həmin poliklinikada COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi həyata keçirilərkən, həmin poliklinikanın həkimi X1 təkidi ilə sonuncunun tanışı X2 peyvənd prosesinə cəlb olunmuş şəxs kimi qeydiyyatdan keçərək özünü təqdim etməsinə baxmayaraq, peyvənd vurdurmayaraq peyvəndlənmiş şəxs kimi qeydiyyata alınması və “Covid-19 vaksinasiyası üzrə məlumat “forma”sı blankının qanunsuz əldə olunması təklifi ilə razılaşaraq 14.03.2020-ci il tarixdən ölkə ərazisində qüvvədə olan epidemiya əleyhinə rejimin tərkib hissəsini təşkil edən və “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən həyata keçirilən vaksinasiya prosesini pozmaqla epidemiya əleyhinə rejimi pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı Baş Səhiyyə İdarəsinin 6 saylı şəhər poliklinikasının baş həkiminin müavini işləyir. 08.07.2021-ci il tarixində ünvan 2 ünvanında yerləşən həmin poliklinikada COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi həyata keçirilərkən, həmin poliklinikanın həkimi X1 təkidi ilə sonuncunun tanışı epilepsiya xəstəliyindən əziyyət çəkən X2 peyvənd prosesinə cəlb olunmuş şəxs kimi qeydiyyatdan keçərək özünü təqdim etməsinə baxmayaraq, peyvənd vurdurmayaraq peyvəndlənmiş şəxs kimi qeydiyyata alınması və “Covid-19 vaksinasiyası üzrə məlumat “forma”sı blankının qanunsuz əldə olunması təklifi ilə razılaşaraq, X4 peyvənd vurulmaması, lakin peyvənd vurulmuş şəxs kimi qeydiyyata alınma göstərişi vermişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Xətai rayon prokurorluğunun müstəntiqi X6 məhkəmə iclasında izahatında qeyd etmişdir ki, Şəxs 08.07.2021-ci il tarixində ünvan 2 ünvanında yerləşən həmin poliklinikada COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi həyata keçirilərkən, həmin poliklinikanın həkimi X1 təkidi ilə sonuncunun tanışı X2 peyvənd prosesinə cəlb olunmuş şəxs kimi qeydiyyatdan keçərək özünü təqdim etməsinə baxmayaraq, peyvənd vurdurmayaraq peyvəndlənmiş şəxs kimi qeydiyyata alınması və “Covid-19 vaksinasiyası üzrə məlumat “forma”sı blankının qanunsuz əldə olunması təklifi ilə razılaşaraq 14.03.2020-ci il tarixdən ölkə ərazisində qüvvədə olan epidemiya əleyhinə rejimin tərkib hissəsini təşkil edən və “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən həyata keçirilən vaksinasiya prosesini pozmaqla epidemiya əleyhinə rejimi pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İnzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında Bakı şəhəri Xətai rayon prokuroru X5 12 avqust 2021-ci il tarixli qərarının əsaslı olduğunu qeyd edərək Şəxs barəsində izibati tənbeh verilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon prokuroru X5 12 avqust 2021-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanmış və qərarın surəti toplanmış materialla birlikdə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi X3 12 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanaraq baxılması üçün Xətai rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 08.07.2021-ci il tarixində ünvan 2 ünvanında yerləşən həmin poliklinikada COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi həyata keçirilərkən, həmin poliklinikanın həkimi X1 təkidi ilə sonuncunun tanışı X2 peyvənd prosesinə cəlb olunmuş şəxs kimi qeydiyyatdan keçərək özünü təqdim etməsinə baxmayaraq, peyvənd vurdurmayaraq peyvəndlənmiş şəxs kimi qeydiyyata alınması və “Covid-19 vaksinasiyası üzrə məlumat “forma”sı blankının qanunsuz əldə olunmasına göstəriş vermişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin dispozisiyasına əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin dispozisiyasına əsasən Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, vətəndaşın peyvənd prosesinə cəlb olunmuş şəxs kimi qeydiyyatdan keçərək özünü təqdim etməsinə baxmayaraq, peyvənd vurdurmayaraq peyvəndlənmiş şəxs kimi qeydiyyata alınması və “Covid-19 vaksinasiyası üzrə məlumat “forma”sı blankının qanunsuz əldə olunmasına Şəxs tərəfindən göstəriş verməsi faktı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən qəbul edilmiş qərarlarda öz əksini tapmış normaların (yəni maska taxmaq, ara məsafəsi saxlamaq,sms icazə ilə yaşayış yerini tərk etmək və s. kimi halların) pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına dair hər hansı bir fakt məhkəməyə təqdim edilməmişdir, eləcə də Şəxs tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasını təsdiq edən hər hansı bir mötəbər dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən ”bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur”. Həmin Məcəllənin 75.0.1-ci maddəsinə əsasən “inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir”. Eyni zamanda 75.0.3-cü maddəsinə əsasən “inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir”. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır”. “Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir”. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən “bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni Məcəllənin 53.1.1-ci maddəsinə əsasən “inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir”. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən “inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir”. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsinin tərkibi aşkar edilmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114.2.1, 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Xətai rayon prokuroru X5 12 avqust 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3091/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3091/2021
06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver