Məhkəmə qərarları › İş №3(011)-3095/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3095/2022

01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3095/2022 01.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil oqtay oğlunun katibliyi, X1 və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 3 saylı ərazi X11 İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, X3 Bakı Şəhər Xəti Rayon 3-cü ərazi DYNİ tərəfindən qəbul edilmiş xx.xx.2022-cu il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər Xətai Rayon 3-cü ərazi DYNİ tərəfindən qəbul edilmiş xx.xx.2022-cu il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(011)-3095/2022 saylı qərarına əsasən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə qəbul edilmiş Bakı Şəhər Xəti Rayon 3-cü ərazi DYNİ tərəfindən qəbul edilmiş xx.xx.2022cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Həmin qərarından narazı qalan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 3 saylı ərazi X11 İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və X4 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-2589/2022 saylı qərarı ilə Apellyasiya şikayəti qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən 138 saylı tam orta məktəbin direktoru X3 barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 3 saylı ərazi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilərək həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Xəti Rayon 3-cü ərazi DYNİ-ni baş inspektoru mayor İ.Şirinov xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında 138 saylı tam orta məktəbdə keçirilən yoxlama zamanı YTO 01-2001 bənd 6.1-6.5 25 10.4-nun tələblərininn pozulması barədə xx.xx.2022-cu il tarixli MN ******* tarixli protokol tərtib edərək Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd olunmuşdur. Həmin protokola əsasən verilmiş inzibati tənbehvermə haqqında MN ******* saylı xx.xx.2022-ci il tarixli qərarla 120 manat məbləğində cərimə olunmuşdur. Bu qərar işun faktiki hallarına uyğun olmadığından ləğv olunmalıdır. Belə ki, məktəbdə olan 14 ədəd yanğından mühafizə balonu "xxxx"-yə xx.xx.2022-ci il tarixdə doldurulması üçün təhvil verilmişdir. Həmin yanğınsöndürmə balonları xx.xx.2022-ci ildə doldurularaq məktəbə geri təhvil verilmiş və bu barədə akt tərtib olunmuşdur. Balonlar işlək vəziyyətdə yerində olmasına baxmayaraq, əməkdaş tərəfindən qərəzli olaraq protokol tərtib olunaraq qərar qəbul edilmişdir. Beləliklə, qeyd olunanların nəzərə alınaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 3 saylı ərazi X11 İdarəsinin nümayəndəsi X9 izahat verərək, X3 Bakı Şəhər Xəti Rayon 3-cü ərazi DYNİ tərəfindən qəbul edilmiş xx.xx.2022-cu il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Bakı Şəhər Xəti Rayon 3-cü ərazi DYNİ tərəfindən qəbul edilmiş xx.xx.2022-cu il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X2 rayonu M.Rüstəmov küçəsi 122 ünvanında 138 saylı tam orta məktəbdə keçirilən yoxlama zamanı YTO 01-2001 bənd 6.1- 6.5 25 10.4-nun tələblərininn pozulması barədə xx.xx.2022-cu il tarixli MN ******* tarixli protokol tərtib edərək Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 120 (yüz iyirmi) manat məbləğində cərimə tətbiq edilmişdir İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 14 ədəd yanğınsöndürmə balonu yenidən doldurulması və təmir olunması üçün "xxxx"-yə təhvil verilmişdir. ş materiallarında olan EYT-377 saylı aktdan görünür ki, cəmiyyətin nümayəndəsi X10 13 iyun 2022-ci il tarixdə 14 ədəd yanğınsöndürmə balonunu məktəbə geri təhvil vermişdir. Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsinə əsasən Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş olan Aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən 138 saylı tam orta məktəbdə yoxlama keçirilən zaman, yəni xx.xx.2022-ci il tarixdə 14 ədəd yanğınsöndürmə balonları orada mövcud olmamışdır. Həmçinin xx.xx.2022-ci il tarix də tərtib olunmuş aktdan görünür ki, balonlar təkrar doldurulma üçün aparılmış, lakin əvəzləyici ilə təmin edilməmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş 377 nömrəli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə 138 saylı tam orta məktəbə məxsus olan 14 ədəd yanğımsöndürən balonu doldurulduqdan sonra geri təhvil verilmişdir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun, habelə onların vəzifəli şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası Azərbaycan Respublikasının ərazisində olan bütün şəxslər üçün məcburidir. Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu X11nin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir: - dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq; - dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında göstərişlər vermək; - yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq; - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında təhqiqat aparmaq, habelə inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş qərarları icra etmək. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X4 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı Şəhər Xəti Rayon 3-cü ərazi DYNİ tərəfindən qəbul edilmiş xx.xx.2022-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhər Xəti Rayon 3-cü ərazi DYNİ tərəfindən qəbul edilmiş xx.xx.2022-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar