Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3097/2022 29.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə X2 barəsində Nizami RPİ 23-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində Nizami RPİ 23-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə vətəndaşın şikayəti əsasında Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən çağırılmışdır. Polis Bölməsində ona kafedə səs-küy olduğu üçün vətəndaşın şikayət etdiyini bildirdilər. Nizami RPİ 23-cü Polis Bölməsi tərəfindən MN ******* saylı protokol tərtib edilmiş və protokolla tanış olmuşdur. İzahatında hərəkətindən peşman olduğunu və bir daha belə halın baş verməyəcəyini qeyd etmişdir. Qeyd olunanların nəzərə alınmasını və Nizami RPİ 23-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, X3 və Nizami RPİ 23-cü Polis Bölməsinin etibarnamə üzrə nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, işə X2 və Nizami RPİ 23-cü Polis Bölməsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Nizami RPİ 23-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X1 rayonu, NZS qəsəbəsi, “Cənub” kafesində səs-küy etdiyi müəyyən edilmiş, izahatında əməlindən peşman olduğunu və bir daha belə halın baş verməyəcəyini qeyd etmişdir. Nizami RPİ 23-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. İş materiallarına əlavə edilmiş Nizami RPİ 23-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, X3 barəsində protokol tərtib olunarkən izahatı alınmış, hərəkətindən peşman olduğunu və bir daha belə halın baş verməyəcəyini qeyd etmişdir. X2 şikayət ərizəsində Nizami RPİ 23-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün heç bir əsas qeyd etməmiş, əksinə izahatında hərəkətindən peşman olduğunu və bir daha belə halın baş verməyəcəyini qeyd etmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X1 rayonu, NZS qəsəbəsi, “Cənub” kafesində səs-küy salmış və bu fakt onun etirafı ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Nizami RPİ 23-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından şikayətçi X2 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Nizami RPİ 23-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3097/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3097/2022
29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver