Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3098/2024 30.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1995-ci il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Siyəzən rayonu, Zarat Ərazi Dairəsi, Zarat kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Tural Abdullayevin 04 iyun 2023-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində ünvan 2 ünvanın qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota Prius” markalı avtomobilin sürücüsü "Yol hərəkəti haqqında" Azərbaycan Respjblikası Qanunun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, idarə etdiyi “Toyota Prius” markalı, 77XV962 dövlət qeydiyyat nişanlı avtomobilini geriyə doğru hərəkət etdirərək piyada Zərərçəkmiş şəxs vuraraq ona, sol bazu və sol dirsək oynaqlarının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematomaları, oynaqlarda hərəkət məhdudluğu, sol dirsək oynağı nahiyəsinin sıyrığı, sol sağrı nahiyəsinin qançırı kimi yüngül dərəcəli bədən xəsarəti yetirərək yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilib izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində ünvan 2 ünvanın qarşısında idarə etdiyi “Toyota Prius” markalı avtomobilini geriyə doğru hərəkət etdirərək piyada Zərərçəkmiş şəxs vurmuşdur. İş üzrə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırılma aparılmış və əməlində cinəyət tərkibi müəyyən edilmədiyindən həmin şöbənin baş təhqiqatçısı X2 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surəti Bakı şəhəri Xətai rayon Polis İdarəsinin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin DYPŞ-si tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Hal-hazırda inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Beləliklə o, göstərilənlərə əsasən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxsə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi və zərəçəkmiş şəxs iştirak etməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və zərəçəkmiş şəxsin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 29 may 2023-cü il tarixli 578 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs sol bazu və sol dirsək oynaqlarının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematomaları, oynaqlarda hərəkət məhdudluğu, sol dirsək oynağı nahiyəsinin sıyrığı, sol sağrı nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2023-ci il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Tural Abdullayevin 04 iyun 2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində çıxarılmış qərarın surətinin Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində ünvan 2 ünvanın qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota Prius” markalı avtomobilin sürücüsü "Yol hərəkəti haqqında" Azərbaycan Respjblikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, idarə etdiyi “Toyota Prius” markalı, 77XV962 dövlət qeydiyyat nişanlı avtomobilini geriyə doğru hərəkət etdirərək piyada Zərərçəkmiş şəxs vuraraq ona, sol bazu və sol dirsək oynaqlarının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematomaları, oynaqlarda hərəkət məhdudluğu, sol dirsək oynağı nahiyəsinin sıyrığı, sol sağrı nahiyəsinin qançırı kimi yüngül dərəcəli bədən xəsarəti yetirərək yol-nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş sürücü Şəxs hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olmadığı müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanması 04 iyun 2023-cü il tarixli qərar əsasında rədd edilmişdir. Araşdırma zamanı Şəxs yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydasını pozaraq ehtiyyatsızlıqla zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirdiyinə görə onun hərəkətlərində İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğu müəyyən edilmiş və bu barədə xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Beləliklə, məhkəmə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən 01 ildən artıq müddət keçməsini, şəxsin barəsində inzibati tənbeh tətbiq etmə müddətinin 04 sentyabr 2023-cü il tarixində başa çatmasını, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərin xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmasını, həmçinin inzibati xəta törətmiş şəxsin qaçıb gizlənməsi faktının müəyyən edilmədiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tətbiq etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3098/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3098/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver