Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3099/2024 08.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X10 və Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X8 iştirakları ilə, Hüquqi şəxs “X10 və Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs “X10 və Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 08 iyul 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs “X10 və Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti X4, X18 və X5 müvafiq olaraq xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərindən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müyyən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X10 və Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 təqdim edərək bildirmişdir ki, “X10 və Təmir Tikinti” MMC-nin fəhlə peşəsində çalışan X18 ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən öz xahişi ilə 01 iyul 2024-cü il tarixdən xitam verilmiş, X5 ilə xx.xx.2022-ci il tarixdı bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, həmin şəxslərlə bundan sonra hər hası bir əlaqələsi olmamış və hər hansı bir işlərin görülməsinə cəlb edilməmişlər. “X10 və Təmir Tikinti “ MMC ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli № VLT/2023/12/51 saylı podarat müqaviləsinə əsasən “Xocalı şəhərində xarici elektik təchizatı və küçə işıqlandırma” işlərini həyata keçirir, bununla bağlı Qarabağ zonasına “giriş” və “çıxış” icazələrinin alınması "xxxx" tərəfindən “Qarabağ icazə portalları ilə bağlı şərtlər və qaydaları” əsasında həyata keçirir, həmin qaydalara əsasən işçinin icazəsinin ləğv olunması günü həftənin 3-cü günü və ləğv olunan icazələrin siyahısı yalnız şəxsi mesaj vasitəsilə "xxxx" MMC-nin əlaqələndirici nümayəndəsinə göndərilməsi bildirilmiş, X11 xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilmiş, bu da həftənin 1-ci gününə təsadüf etmiş, onlara təqdim olunmuş qaydalara uyğun olaraq icazələrin ləğvi həftənin 3-cü günü yəni xx.xx.2024-cü il tarixində göndərilməli və elə həmin tarixdə də göndərilmiş, görüş də xx.xx.2024-cü il tarixinə təsadüf etdiyi üçün əvvəllər işçiləri olmuş X11 adı “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində görünmüş gün sonuna qədər "xxxx" MMC tərəfindən işçinin icazə portalı deaktiv edilmiş, digər əvvəllər işçisi olmuş X5 ilə bağlanmış Əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş bu da həftənin 1-ci gününə təsadüf etmiş, təqdim olunmuş qaydalara uyğun olaraq icazələrin ləğvi həftənin 3-cü gününə yəni xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə göndərilmiş, buna baxmayaraq X2 adının “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində görünməsindəki səbəb kimi cəmiyyətimiz tərəfindən göndərilmiş sorğuya cavab olaraq "xxxx" MMC-dən bildirilmişdir ki, onların portal icazələri ilə bağlı səlahiyyətli nümayəndəsinin etdiyi texniki səhv olmuş, bu texniki səhvin aradan qaldırılması üçün aidiyyatı üzrə göstəriş verdiklərinin bildirmişlər. “X10 və Təmir Tikinti” barəsində tərtib edilmiş 08 iyul 2024-cü il tarixli, MN ******* nömrəli protokolda inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X16 protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs “X10 və Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 iyul 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs “X10 və Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti X4, X18 və X5 müvafiq olaraq xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərindən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müyyən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “X10 və Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığı məktubdan görünür ki, X18 ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən öz xahişi ilə 01 iyul 2024-cü il tarixdən xitam verilmiş, X5 ilə xx.xx.2022-ci il tarixdı bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, 350/K\2024 saylı əmrdən görünür ki, X5 xx.xx.2022-ci il tarixdən qaynaqçı peşəsində çalışmış, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən tutduğu vəzifədən azad edilmiş və onunla xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 648SU2A000400 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, 419/K\2024 saylı əmrdən görünür ki, “X10 və Təmir Tikinti” MMC bölməsində “Rəngsaz” vəzifəsində işləyən X6 ilə bağlanmış 1WBMJ4V000400 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2. “a”- tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmiş, işçinin xx.xx.2020 tarixdən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 17 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departementinə həvalə edilmişdir. "xxxx" MMC-nin 05 iyul 2024-cü il tarixli № BA/D/56 saylı məktubundan görünür ki, X5 və X11 adları icazə portalına baxan əlaqələndirici şəxs tərəfindən texniki səhv olaraq çıxarılmamış, sorğuya əsasən araşdırmadan sonra hal-hazırda hər iki şəxsin icazə portalında icazələri tərəfimizdən deaktiv edilmişdir. "xxxx" MMC-nin 03 iyul 2024-cü il tarixli № BA/D/55 saylı məktubundan görünür ki, X5 icazə portalına baxan əlaqələndirici şəxs tərəfindən texniki səhv olaraq çıxarılmamış, digər işçi isə X18 xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmiş icazə qaydalarına uyğun olaraq həftənin 3-cü günü yəni xx.xx.2024-cü il icazəsi deaktiv edilməsi barədə aidiyyəti üzrə gösəriş verilmişdir. X11 01 iyul 2024-cü il tarixli izahatından görünür ki, 01 iyul 2024-cü il tarixindən öz xahişi ilə ərizə yazaraq X10 və Təmir Tikinti MMC-dən ayrılmış və əmək müqaviləsinə son verilmişdir. Həmin tarixdən etibarən X10 və Təmir Tikinti MMC ilə əlaqəsi olmamış, onu hər hansısa bir işə yönləndirməmiş, heç bir əmək fəaliyyətinə cəlb etməmişlər. Həmin tarixdən sonra Qarabağ ərazisində olmamış izahatı öz xəttiylə yazmış və öz imzasıyla təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs “X10 və Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X9 ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi bağlamadan müyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində protokol tərtib olunmuş “X10 və Təmir Tikinti” MMC-nin nümayəndəsinin bildirdiyi kimi X18 ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən öz xahişi ilə 01 iyul 2024-cü il tarixdən xitam verilmiş, X5 ilə xx.xx.2022-ci il tarixdı bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, X6 ilə bağlanmış 1WBMJ4V000400 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2. “a”tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. X12 Xidmətinin Bakı Şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 08 iyul 2024-cü il tarixli, MN1933421 saylı protokolda qeyd edilən təqdim edilmiş sübutlarla tam olaraq təkzib edilmiş, “X10 və Təmir Tikinti” MMC əməlində inzibati xəta tərkibi müəyyən olunmamalıdır. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs “X10 və Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs “X10 və Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-3099/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3099/2024
08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver