Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-31/2024 15.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə X4 Bakı şəhəri X11 İdarəsinin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində ** BY *** dövlət qeydiyyat nişanlı “BMW" markalı avtomobillə Kənar Dairəvi yolla hərəkət edib dairəyə daxil olub, sağa Badamdar bağlar massivi istiqamətində hərəkətdə olarkən, onunla eyni istiqamətə hərəkət edən ** HU *** dövlət qeydiyyat nişanlı Audi markalı avtomobilin sürücüsü, avtomobili sol arxa yan hissəsindən vuraraq yol-nəqliyyat hadisəsi törətdi. Dərhal DİN-nin 102 zəng mərkəzinə məlumat verib hadisəni qeydiyyata aldırdı. Hadisə yerinə adını xatırlamadığı bir polis serjantı yaxınlaşaraq sənədləri aldı və səhər, yəni xx.xx.2023-cü il tarixində saat 14:00-da Bakı şəhər DYPİ-nə yaxınlaşmalı olduğunu bildirdi. xx.xx.2023-cü il tarixində saat 14:00-da Bakı DYPİ-nə yaxınlaşdıqda inspektor hadisə yerinə çıxmadan, hadisəni əks etdirməyən hansısa videogörüntüyə əsaslanaraq barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edərək, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar çıxardı. Təbii ki, inspektora etirazını bildirdi və izahat yazdı. İzahatında digər nəqliyyat vasitəsinin sağında olduğunu, eyni istiqamətə getdiyini, lakin solunda olan sürücünün eyni istiqamətə gedən digər nəqliyyat vasitəsinə, yəni ona yol verməli olduğu təqdirdə yol vermədiyini, manevr qaydalarını pozduğunu bildirsə də heç bir xeyri olmadı. Orada olduğu müddət ərzində inspketor tərəfindən hadisə yerinə baxış keçirilmədi, hadisənin çertyoju çəkilmədi, digər sürücünün əməllərinə heç bir hüquqi qiymət verilmədi. Avtomobilində quraşdırılmış videoqeydiyyatçıda hadisənin necə olması və nə cür baş verməsi tam olaraq əks olunub. Belə ki, sutkanın pik vaxtlarında kənar dairəvi yolda üzü Badamdar istiqamətinə düzünə hərəkətdə olan zaman DYP-nin ** YP *** dövlət qeydiyyat nişanlı avtomobili tərəfindən yolun onun tərəfdə olan zolağı, sağ zolağı kəsilərək süni tıxac yaradılmışdı. Maneəni keçdikdən sonra, sağa düzünə gedəcəyini nəzərə alaraq, yenidən sağ tərəfə keçib,təkrar öz yolunu tutub hərəkətinə davam etdi. Bu zaman ondan sol tərəfdə yerləşən digər avtomobilin sürcüsü avtomobilinin qabaq sağ yan tərəfi ilə onun avtomobilinin sol arxa yan tərəfini vurdu. Hadisə nəticəsində onun avtomobili hündür olduğundan yalnız ön bamperinin sağ hissəsi, onun avtomobilinin isə arxa bamperin sol yan və arxa sol qanad deformasiyaya uğradı. Toqquşma nəticəsində avtomobilimin arxası qeyri-ixtiyari sağ tərəfə qaçdığından və eyni zamanda avtomobil zərbə nəticəsində qabağa sıçradığından, məcburi olaraq, hərəkət axınının qarşısını almamaq üçün yol ayrıcını keçib dayandı. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1 -ci bəndinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə şiqnal verməlidir. Manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Eyni maddənin 5-ci bəndinə əsasən, eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Azərbaycan Respublikasının Yol hərəkəti haqqında qanununa əsasən baş vermiş hadisədə onun günahı yoxdur. Bakı şəhəri DYPİ Polis X3, otağında ona hadisənin əks olunmadığı bir video göstərir hansı ki, orda süni tıxacdan çıxdıqdan sonra sağa getmək üçün sağ tərəfi tutub düzünə hərəkətini davam edir. Onun göstərdiyi videoda nə hadisə var, nə avtomobillərin yerləşməsi nə də hansısa bir zolaq. Dairədə ümumiyyətlə zolaq yoxdur. Dairədə hərəkət illərdir zolaqsız təşkil edilir. İnspektor israrla ona sola getdiyindən şübhələndiyini bildirsə də, videonu göstərib sağ cinahla düzünə getdiyini bildirdi. Lakin, sonunda inspektor şəxsi şübhələrinə və şəxsi mülahizələri əsasında barəsində İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib etdi. Ortada hadisənin fərqli halda baş verməsini əks etdirən bir video görüntü yoxdur, nəinki görüntü, ümumiyyətlə onun təqsirini sübuta yetirə biləcək sübut yoxdur, əvəzində isə hadisənin dediyi kimi baş verməsim əks etdirən videogörüntü var. Bakı şəhəri DYPİ Polis X2 tərtib etdiyi TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı tamamilə qanunsuz hesab edir. Məhkəmə iclasında X6 şikayət ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri X11 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı şəhəri X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri X11 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə etdiyinə görə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. İİİ. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş videgörüntüyə əsasən müəyyən edilmişdir ki, qəzanın baş verdiyi M.Müşfiq küçəsində ** HU *** dövlət qeydiyyat nişanlı Audi markalı avtomobil sağ tərəfdən yerdəyişmə edərkən ** BY *** dövlət qeydiyyat nişanlı “BMW" markalı avtomobillə toqquşmuşdur. X6 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə qaydasının pozulmasının nədən ibarət olması araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X4 törətdiyi xətanın hansı sübutla müəyyən edildiyi göstərilməmiş və qərarda öz əksin tapmamışdır. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Bakı şəhəri X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X11 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhəri X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X11 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-31/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-31/2024
15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver