Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3103/2022 29.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X2 iştirakı ilə X2 Xətai RPİ 35-ci Polis Bölməsinin 07 may 2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə təyin edilməsi barədə Xətai RPİ 35-ci Polis Bölməsinin 07 may 2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 vəsatət təqdim edərək bildirmişdir ki, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan xəbəri olmadığından və qərarın surətini gec aldığına görə qanunvericilikdə nəzərdə tutulmuş qərardan şikayət vermə müddətini buraxmışdır. Buraxılmış müddəti bərpa edərək işinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Xətai RPİ 35-ci Polis Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Xətai RPİ 35-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 qərardan şikayət vermə müddətini bərpa edərək işinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İş materiallarında olan EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, həmin qərar 07 may 2021-ci il tarixdə qəbul edilmişdir. İş materiallarından görünür ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi on gün müddətdən artıq müddət keçdikdən sonra, yəni 18 avqust 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəb olmadan buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 Xətai RPİ 35-ci Polis Bölməsinin 07 may 2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən, vəsatəti rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 Xətai RPİ 35-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 07 may 2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından buraxılmış müddətin bərpasına dair vəsatəti rədd edilsin. Qərardaddan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3103/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3103/2022
29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver