Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3104/2024 07.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 02 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Qarabağ və X11 Rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış X2 (xx.xx.2024-xx.xx.2024-cü il tarixinədək), X7 və X8 (xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək) Şəxs MMC tərəfindən əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X12 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs MMC-yə inzibati xətanın törədilməsi faktının olub-olmamasının müəyyənləşdirilməsi üçün 02 iyul 2024-cü il tarixdə, saat 16:30-da nümayəndəsinin X9 Xidmətinin Bakı şəhər idarəsində iştirakının təmin edilməsi barədə xx.xx.2024-cü il tarixli məktub göndərildiyini, lakin nümayəndənin inzibati icraatın aparılmasında iştirak etmədiyini və inzibati icraat aparılarkən hər hansı pozuntuya yol verilmədiyini, inzibati xətanın iş materialları ilə tam təsdiq edildiyini bildirərək hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X13 barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X9 tərəfindən tərtib edilən xx.xx.2024-ci il tarixli, ******* inzibati xəta protokol tamamilə əsassızdır və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Müfəttişlik icraat prosesini İXM-nin fundamental prinsiplərini pozaraq işi tam, obyektiv və hərtərəfli aydınlaşdırmadan, “Qarabağ-X11 rayonlarına giriş informasiya sistemindən” əldə edilmiş yanlış (diqqətsizlik nəticəsində qeydə alınmış) məlumata əsasən işin faktiki hallarına tamamilə uyğun olmayan səhv nəticəyə gəlmişdirki, guya tərəflərindən X8, X2 və X7 ilə əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirməsi üçün cəlb edilmələrinə yol vermişlər. Araşdırma zamanı müfəttişliyin nəzərinə çatdırılmışdır ki, X8 adında şəxs heç vaxt Şəxs MMC-nin işçisi olmamışdır. Elxan Əhmədov Şəxs MMC ilə subpodrat müqaviləsi bağlamış sahibkar fiziki şəxsin Zabil Hüseynovun işçisi olaraq “Qarabağ-X11 rayonlarına giriş informasiya sistemində” şirkətləri adından qeydə alınmışdır. Elxan Əhmədovun icazəsi şirkətləri adından rəsmiləşməsinin izahı belədir ki, bütün bu növ icazələrin rəsmiləşdirməsini onlar birbaşa yox, yalnız "xxxx" QSC və ya “AYDAA”-nın vasitəsi ilə həyata keçirirlər. Qarabağ-X11 rayonlarında aparılan iri miqyaslı strateji tikintiquraşdırma işlərin icrasını vaxtında operativ qaydada həll olunmasının təmin edilməsi üçün “Qarabağ-X11 rayonlarına giriş informasiya sistemində” suppodratçı təşkilatın işçiləri Şəxs MMC-nin işçisi kimi formal qeydə alınırdı. Belə hallar yalnız xx.xx.2024-cü il tarixədək baş verirdi və hazırda “giriş informasiya sistemin” işi texniki cəhətdən tam tənzimlənmişdir. X3 heç vaxt Şəxs MMC-nin işçisi olmaması sahibkar Zabil Hüseynovla bağladıqları xx.xx.2024cü il tarixli podrat müqaviləsi, X1 Zabil Hüseynovla əmək münasibətlərini təsdiq edən bildiriş X3 notariat qaydasında təsdiq edilmiş şəxsi ərizəsi sübut edir. Eyni ilə araşdırma zamanı müfəttişliyin nəzərinə çatdırılmışdır ki, X2 xx.xx.2024-cü il tarixində Şəxs MMC-nin 6 saylı Yol Tikinti İdarəsinə dəmirçi köməkçisi vəzifəsinə qəbul edilmişdir və xx.xx.2024-cü il tarixində öz xahişi ilə ƏM 68.2a maddəsinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. X7 xx.xx.2024-cü il tarixində Şəxs MMC-nin Maşın Mexanizmlərinin Təmiri və İstismarı İdarəsinə vərdənə maşinisti vəzifəsinə qəbul edilmişdir və xx.xx.2024-cü il tarixində öz xahişi ilə ƏM 68.2a maddəsinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. X2 və X4 əmək müqavilələri ləğv olunduqdan sonra “Qarabağ-X11 rayonlara giriş informasiya sistemində” şirkətin işçiləri kimi qalmalarının izahı odur ki, icazənin alınması üçün müraciət öncə edilir. Bu səbəbdən və cüzi diqqətsizlikləri ucbatından Şıxverdiyev Robert və Kərimov Bəhrəm şirkətlərindən işdən çıxdıqdan sonrakı müddətdə “giriş informasiya sistemində” formal adlarında qalmışlar və siyahıdan çıxarılmaları tərəflərindən unudulmuşdur. xx.xx.2024-cü il tarixindən başlayaraq “giriş informasiya sistemində” belə məsələlər tam tənzimlənib və işçi ilə əmək müqaviləsinə xitam verildiyi təqdirdə “giriş informasiya sistemində” icazəni ləğv edilməsi texniki cəhətdən mümkün olmuşdur. X2 və X4 əmək müqavilələri ləğv olunduqdan sonra Şəxs MMC-də işləməmələri faktı “Bildirişlərlə”, işdən çıxması ərizələri ilə və notariat qaydasında təsdiq edilmiş şəxsi ərizələri ilə sübut edilir. Beləliklə göstərilənlərə əsasən o, barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin çıxışlarını dinləyib hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduqlarından, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün olmadığından həmin materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən “Qarabağ və X11 Rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında protokol tərtib edilərək iş materialları məhkəməyə göndərilmiş, vətəndaşlar X2, X7 və X3 izahatları alınaraq zəruri araşdırma aparılmamış, həmin vətəndaşlarla Şəxs MMC arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilməmişdir. Bununla da şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirilməklə kifayətlənilmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar, yəni Şəxs MMC tərəfindən icazəsi istənilən məlumatda adı qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedibgetməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamaları araşdırılmamışdır. Belə ki, həmin şəxslər üçün icazənin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilmələri anlamına gəlmir. Çünki, Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasın Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmələri müəyyən olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda isə hüquqi şəxs Şəxs MMC tərəfindən protokolda adı qeyd edilən şəxslərin əməyə cəlb edilmələri göstərilsə də, araşdırma natamam şəkildə aparıldığından və yuxarıda qeyd olunan xüsusatlar aydınlaşdırılmadığından, iş materiallarında bu barədə hər hansı sübut mövcud deyildir. Odur ki, yuxarıda sadalanan nöqsanlarla əlaqədar olaraq məhkəmə tərəfindən hüquqi şəxs Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində nəticəyə gəlmək mümkün deyil. Beləliklə, məhkəmə hesab edir ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 02 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinə geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3104/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3104/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver