Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3108/2024 20.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 04 İyul 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemindən əldə olunmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, işğaldan azad edilmiş ərazilərdə iş icazəsi alınmış X7, X6 və X4 xx.xx.2024-cü il tarixindən hal-hazıradək əmək müqavilələri hüquqi qüvvəyə minmədən müyyən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə sənədlər təqdim edərək bildirmişdir ki, Şəxs MMC-nin fəhlə peşəsində çalışan X7 ilə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən öz xahişi ilə xx.xx.2024-cü il tarixdən xitam verilmiş, X6 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respubikası Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən öz xahişi ilə xitam verilmiş, Caspian Road” MMC-nin fəhlə peşəsində çalışan X4 ilə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən öz xahişi ilə xx.xx.2024-cü il tarixdən xitam verilmiş həmin şəxslərlə bundan sonra hər hası bir əlaqələsi olmamış və hər hansı bir işlərin görülməsinə cəlb edilməmişlər. Şəxs barəsində tərtib edilmiş 04 iyul 2024-cü il tarixli, MN ******* nömrəli protokolda inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X8 protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Qarabağ Zəngəzur zonasında görülən işlərlə bağlı orada iki gün qalmış əmək şəraiti xoşuna gəlmədiyindən başqa yerdən daha münasib iş təklifi gəldiyi üçün qayıtmışdır. Məhkəmə iclas zalında şahid qismində dindirilmiş X7 və X1 Elvin Gülövsət oğlunun izahatında bildirdiklərinə uyğun izahat verərək iş şəraitini bəyənmədikləri üçün və başqa iş təklifi aldqıları üçün işləmədiklərini bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 İyul 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs X7, X6 və X4 xx.xx.2024-cü il tarixindən hal-hazıradək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müyyən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 20 may 2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Şəxs MMC-nin fəhlə peşəsində çalışan X7 ilə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən öz xahişi ilə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. 20 may 2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Şəxs MMC-nin fəhlə peşəsində çalışan X6 ilə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən öz xahişi ilə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. 20 may 2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Şəxs MMC-nin fəhlə peşəsində çalışan X4 ilə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən öz xahişi ilə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 04 İyul 2024-cü il tarixli, MN ******* nömrəli protokolda iş icazəsi alınmış X7, X6 və X4 xx.xx.2024-cü il tarixindən hal-hazıradək əmək müqavilələri hüquqi qüvvəyə minmədən müyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi qeyd edilsə də, həmin şəxslərin işlərə cəlb edilməsi öz təsdiqini tapmamışdır. Belə ki, 04 İyul 2024-cü il tarixli, MN ******* nömrəli protokola və ona əlavə edilmiş sənədlərlə Şəxs MMC tərəfindən X7, X6 və X2 hansı işləri görməsi, onların hansı işlərə cəb edilməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin təqdim edilmiş əmək müqavilərin surətindən görünür ki, X7, X6 və X4 ilə 25 may 2024-cü il tarixində əmək müqavilələrinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2–ci hissəsinin a bəndinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-3108/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3108/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver