Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3111/2021 31.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Göygöl rayon X7 Bölməsi tərəfindən qəbul edilmiş 03.08.2021-ci il tarixli TP seriyalı ******* nömrəli X6 haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş 03.08.2021-ci il tarixli TP seriyalı ******* nömrəli X6 haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 20.07.2021-ci il tarixdə, idarə etdiyi Mersedes Benz V class dövlət qeydiyyat nişanlı **-VE-*** avtomobilində Göygöl rayonunda Gəncə-Kəlbəcər yolu deyilən ərazidə, Göygöl rayonundan Gəncə şəhəri istiqamətində olarkən qəza baş vermişdir. Qəzanı törədən NAZ-Lifan markalı, dövlət qeydiyyat nişanı üzərində olmayan avtomobildir. Qeyd etmişdir ki, həmin yolda sürət həddi saatda 60 km-dir, yol iki zolaqlı, eyni istiqamətli, sola meylli bardurla ayrılmış yoldur. Bardur bitir, 4-5 metr sonra bardurlu yol davam edir (yanacaq doldurma məntəqəsinə yaxın ərazi). Bardurun bitən hissəsinə yaxın, saat təxminən 17:25 radələrində yolun sol hissəsi ilə, öz zolağında hərəkətdə olduğu zaman NAZ-Lifan markalı avtomobil ilk olaraq avtomobilinin sol arxa buferinə toxundu. O, təhlükəni hiss edərək avtomobilini sağa çəkdi. NAZ-Lifan bardura sıxışaraq yenidən avtomobilini sağa meylləndirərək ikinci dəfə zərbəni maşınının sol arxa qapısı və sürücünün qapısına vurdu. Avtomobilini hadisə yerindən 20- 25 metr sağa çəkib dayandı. Qeyd etmişdir ki, avtomobilində ölü zona deyilən qurğu da var. Hətta zərbə anında o, məlumat verdi. Avtomobilinin texniki üstünlükləri və illərin ona verdiyi təcrübəyə əsaslanaraq maşınını sağa çəkməli olmuşdur. Buna baxmayaraq ikinci zərbəni almışdır. Bu onu sübut edir ki, qarşı tərəfin sürəti yüksək olub. Hadisədən sonra NAZ-Lifan da gəlib ondan 4-5 metr qabaqda dayandı. Kiməsə bir xətər dəyib-dəymədiyini və hansı sürətlə avtomobili idarə etdiyini soruşdu. Qeyd etdi ki, sürəti saatda 100 km idi. Təcrübəsinə əsasən deyə bilər ki, sürəti daha çox olub. Qarşı tərəf dəfələrlə ondan xahiş etdi ki, avtomobilləri avtoservisə aparaq, tanış ustalar var, atası gəlsin öz aralarında həll etsinlər. O da bildirdi ki, hadisə yerini tərk edə bilmər, çünki bu qanunaziddir. 102 xidmətinə zəng edəcəyini bildirdi. Yenə təkid etdi ki, zəng etmə. Qanuna uyğun olaraq 102 xidmətinə və icbari sığorta - Xalq sığortaya hadisə haqqında məlumat verdi. Sonra Fariz adlı şəxs ona zəng vurdu. Özünü avtoqəza inspektoru kimi təqdim etdi. “Whatsapp” vasitəsi ilə hadisə yerindən video görüntü çəkib göndərməyi istədi ki, hadisənin Göygöl və ya Gəncə şəhərinə aid olan hissədə baş verdiyini dəqiqləşdirsin. Yuxarıda qeyd etdiyi kimi, bardurun son hissəsi Göygöl, məsafədən sonra başlayan növbəti bardur isə Gəncə ərazisinə aid olduğunu söyləyib dəqiqləşdirdikdən sonra Fariz bəy təxminən saat 17:55 radələrində hadisə yerinə gəldi. Fariz bəy hadisə yerinə gələnə qədər, digər sürücünün atası gəldi, o da aralarında həll etməyi təklif etdi, razılaşmadı. Bir daha bildirdi ki, polisə məlumat vermişdir. Fariz bəy hadisə yerinə gəldikdən sonra sənədləri təqdim etdi. Qarşı tərəfdən də sənədləri tələb etdi. Bu zaman sürücülük vəsiqəsi və texniki pasportu təqdim etdi. Etibarnamə tələb etdikdə isə sürücünün atası da maşında olduğunu bildirdi. O, bu zaman inspektora sürücünün atasının yalan ifadə verdiyini bildirdi. Çünki maşında 3 nəfər gənc var idi. Atası sonradan gəldi. Fariz bəy ilk olaraq onun avtomobilinin şəkillərini saat 18:02-də çəkdi. Qarşı tərəfin maşınının şəklini çəkmək üçün qeydiyyat nömrə nişanını gətirib üstünə taxmağı tələb etdi. Sürücünün atası bildirdi ki, nömrə evdədi. Zəng vurub nömrəni gətizdirdi. Nömrə maşının üstünə bağlandıqdan sonra saat 18:19-da avtomobilin şəklini çəkdi. Bunlar maddi sübut kimi telefonunda var. Burdan məlum oldu ki, “NAZ Lifan” markalı avtomobili idarə edən gəncin avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. Hər iki avtomobilin sığortaları hadisə yerinə gəlib şəkilləri çəkdilər, qeydə aldılar. Onun avtomobilinin şəkillərini çəkib qeydə alan şəxs Elşad müəllim idi. Elşad bəy də günahın qarşı tərəfdə olduğunu söylədi. Hadisə yerini incələdikdən sonra Fariz bəy bildirdi ki, guya o, qarşı tərəfin yoluna çıxmışdır, günahkar odur. Bundan sonra Fariz bəyə təklif etdi ki, yanacaq doldurma məntəqəsinin kamerasına baxsınlar. Oradan bildirdilər ki, müdiriyyət hal-hazırda burada yoxdur. Fariz bəy işçilərdən müdiriyyətin əlaqə nömrəsini alıb zəng etdi və ayın 21.07.2021-ci il tarixində saat 10-11 radələrində gəlib kameraya baxış etməyə köməklik edəcəyini bildirdi. O bir daha Fariz bəyə bildirdim ki, qarşı tərəf “Yol hərəkəti haqqında qanun”un 51-ci maddəsini pozub. Fariz bəy isə qayda pozuntusunu maddə 42.5 kimi qiymətləndirdi. Fariz bəyə zəng gəldi, digər avtoqəza hadisəsini araşdırmağa gedəcəyini bildirdi. Ona bildirdi ki, bölməyə gedib izahat yazsın və oturub onu gözləsin. Vacib işləri ilə əlaqədar Bakıya qayıtmalı olduğunu bildirdi və o, razılıq verdi. Orda sağollaşaraq Bakı istiqamətində yoluna davam etdi. 21.07.2021-ci il tarixində səhər saat 12:40 radələrində Fariz bəy “Whatsapp” vasitəsi ilə səsli mesaj ataraq bildirdi ki, hadisə yerindən olan görüntüyə baxdı. Görüntünün bulanıq və aydın olmadığını bildirdi. Yenə maşının toxunma və sürtünmə yerlərini nəzərə alaraq onun günahkar olduğunu bildirdi. Bildirdi ki, ona istəyir köməklik edə, amma qarşı tərəfə heç bir maddə tapıb qoya bilmir və hal-hazırda sığortada işləyən, 30 il Gəncə şəhər avtoqəza inspektoru işləmiş Ruhin bəylə məsləhətləşdi, onu təqsirkar bildi. Daha sonra dedi ki, cinayət axtarış bölməsinin rəisi var, Zaur müəllim. O da Naz-Lifandan narazılıq edirdi, ona məxsus avtomobili də təhlükəli şəkildə və sürət həddini aşaraq ötmə əməliyyatı edib. Zaur müəllim deyib ki, hadisə onun qabağında olub. Deyir günahı Naz-Lifandadır. Ona da başa saldı ki, istəyirəm günahı Naz- Lifana verim, amma Naz-Lifana maddə tapıb qoya bilmir. 22.07.2021-ci il tarixində Elşad bəyin telefonundan Ruhin bəy onunla əlaqə saxladı. Bildirdi ki, Fariz bəy ona hadisəni sözlə izah edib, onu günahkar bilmişdir. İndi fotoşəkillərə və videogörüntüyə baxdı, açıqaydın bilinir ki, NAZ-Lifan günahkardır, 51-ci maddəni pozub. Bu barədə zəng vurub Fariz bəyin özünə də şəxsən məlumat vermişdir. Bundan sonra Fariz bəyə zəng vurub Ruhin bəylə aralarında olan telefon danışığını olduğu kimi söyləmişdir. O isə cavab verdi ki, o, sığortada işləyir, təbii ki, sığortanın mənafeyini güdməlidir. Qeyd etmişdir ki, bütün bu danışıqlar, səs yazıları maddi sübut kimi əlində var. Videogörüntüyə o da baxdı. Görüntü bulanıq olsa da, yavaşladılmış formada baxan zaman, açıq-aşkar onun, yolun sol zolağı ilə hərəkətdə olduğu görünür və arxadan gələn NAZ-Lifan markalı avtomobil qəzaya səbəb olmuşdur. O, bu hadisəyə Fariz bəyin qərəzli, birtərəfli yanaşdığını düşünür. Günahın onda olmadığını bildirərək avto-texniki ekspertizanın keçirilməsini də izahatında tələb etmişdir. Sonradan 03 avqust 2021-ci il tarixdə mobil telefonuna gələn smsdən bildi ki, barəsində tərtib olunan 20.07.2021 tarixli İXP4106725 nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq guya onun “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə” nəticəsində AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətdiyi üçün X6 Haqqında qərar (03.08.2021-ci il tarixli, TP 4520177) çıxarılmışdır. Hesab edir ki, barəsində 20.07.2021 tarixli İXP4106725 nömrəli protokol əsasında tərtib olunmuş 03.08.2021-ci il tarixli TP ******* seriyalı qərar sübutlara istinad edilmədən və qiymət verilmədən, eyni zamanda qərəzli qəbul edilmiş, həmçinin həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş, formal mülahizələrə əsaslanmışdır. Zərərçəkmiş şəxs olduğum halda məni inzibati xəta törətmiş şəxs kimi dəyərləndirmişlər. Məhkəmə iclasında X3 şikayət ərizəsini müdafiə edərək Göygöl rayon X7 Bölməsi tərəfindən qəbul edilmiş 03.08.2021-ci il tarixli TP seriyalı ******* nömrəli X6 haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Göygöl rayon X7 Bölməsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Göygöl rayon X7 Bölməsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 03.08.2021-ci il tarixli TP seriyalı ******* nömrəli X6 haqqında qərardan görünür ki, X1 “Mercedes Benz V-Klasse” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, X3 barəsində Göygöl rayon X7 Bölməsi tərəfindən qəbul edilmiş 03.08.2021-ci il tarixli TP seriyalı ******* nömrəli X6 haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Göygöl rayon X7 Bölməsi tərəfindən qəbul edilmiş 03.08.2021-ci il tarixli TP seriyalı ******* nömrəli X6 haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Göygöl rayon X2ytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Göygöl rayon X7 Bölməsi tərəfindən qəbul edilmiş 03.08.2021-ci il tarixli TP seriyalı ******* nömrəli X6 haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Göygöl rayon X2ytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3111/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3111/2021
31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver