Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3115/2024 12.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndələri X10 və X4, şikayətçi "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X13 iştirakları ilə, "xxxx" MMC-nin direktoru X20 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC-nin direktoru X27 məhkəməyə müraciət edərək, inzibati xəta hadisəsi olmadığına görə 15 iyul 2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi "xxxx" MMC-nin direktoru X27 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 15 iyul 2024-cı il tarixində Azəıbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X17 barəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə ******* saylı Qərar qəbul etmişdir. Qeyd edilən Qərar əsassız və qanunsuzdur. Müfəttişlik icraat prosesini İXM-nin fundamental prinsiplərini pozaraq işi tam, obyektiv və hərtərəfli aydınlaşdırmadan, “Qarabağ-X21 rayonlarına giriş informasiya sistemindən” əldə edilmiş yanlış (diqqətsizlik nəticəsində qeydə alınmış) məlumata əsasən işin faktiki hallarına tamamilə uyğun olmayan səhv nəticəyə gəlmişdir ki, guya tərəfindən X14, X5 və X15 fiziki şəxslərlə əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirməsi üçün cəlb etməsinə yol vermişdir. Araşdırma zamanı müfəttişliyin nəzərinə çatdırılmışdır ki, X14 adında şəxs heç vaxt "xxxx" MMC-nin işçisi olmamışdır. Elxan Əhmədov "xxxx" MMC ilə subpodrat müqaviləni bağlamış sahibkar fiziki şəxsin (Zabil Hüseynovun, VÖEN:**********) işçisi olaraq “Qarabağ-X21 rayonlarına giriş informasiya sistemində” şirkətlərinin adından qeydə alınıbdır. Elxan Əhmədovun icazəsinin şirkətlərinin adından rəsmiləşməsinin izahı belədir ki, bütün bu növ icazələrin rəsmiləşdirilməsini onlar birbaşa yox, yalnız "xxxx" QSC və ya “AYDAA”-nın vasitəsi ilə həyata keçirirlər. Qarabağ-X21 rayonlarında aparılan iri miqyaslı strateji tikinti-quraşdırma işlərinin icrasının vaxtında operativ qaydada həll olunmasının təmin edilməsi üçün “Qarabağ-X21 rayonlarına giriş informasiya sistemində” suppodratçı təşkilatın işçiləri "xxxx" MMC-nin işçi kimi formal qeydə alınırdı. Belə hallar yalnız xx.xx.2024-cü il tarixədək baş verirdi və hazırda “giriş informasiya sisteminin” işi texniki cəhətdən tam tənzimlənibdir. X7 heç vaxt "xxxx" MMC-nin işçisi olmaması sahibkar Zabil Hüseynovla bağladıqları xx.xx.2024-cü il tarixli podrat müqaviləsi; X1 Zabil Hüseynovla əmək münasibətlərini təsdiq edən “Bildiriş”; X7 notariat qaydasında təsdiq edilmiş şəxsi ərizəsi sübut edir. Eyni ilə araşdırma zamanı müfəttişliyin nəzərinə çatdırılmışdır ki, X5 xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nin 6 saylı Yol Tikinti İdarəsinə dəmirçi köməkçisi vəzifəsinə qəbul edilmişdir və xx.xx.2024-cü il tarixində öz xahişi ilə ƏM 68.2a maddəsinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. X15 xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nin Maşın Mexanizmlərinin Təmiri və İstismarı İdarəsinə vərdənə maşinisti vəzifəsinə qəbul edilmişdir və xx.xx.2024-cü il tarixində öz xahişi ilə ƏM 68.2a maddəsinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. X5 və X8 əmək müqavilələri ləğv olunduqdan sonra “Qarabağ-X21 rayonlara giriş informasiya sistemində” şirkətlərinin işçiləri kimi qalmasının izahı odur ki, icazənin alınması üçün müraciət öncə edilir. Bu səbəbdən və cüzi diqqətsizlikləri ucbatından Şıxverdiyev Robert və Kərimov Bəhrəm şirkətlərindən işdən çıxdıqdan sonrakı müddətdə “giriş informasiya sistemində” formal adlarında qalıblar və siyahıdan çıxarılması tərəflərindən unudulmuşdur. xx.xx.2024-cü il tarixindən başlayaraq “giriş informasiya sistemində” belə məsələlər tam tənzimlənib və işçi ilə əmək müqaviləsinə xitam verildiyi təqdirdə “giriş informasiya sistemində” icazənni ləğv edilməsi texniki cəhətdən mümkün olubdur. X5 və X8 əmək müqavilələri ləğv olunduqdan sonra "xxxx" MMC-də işləməməsi faktı “Bildirişlərlə”, işdən çıxması ərizələri ilə və notariat qaydasında təsdiq edilmiş şəxsi ərizələri ilə sübut edilir. Odur ki, göstərilənlərə əsasən inzibati xəta hadisəsi olmadığına görə 15 iyul 2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X24 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, həqiqətən də X14 adında şəxs heç vaxt "xxxx" MMC-nin işçisi olmamışdır. Elxan Əhmədov "xxxx" MMC ilə subpodrat müqaviləni bağlamış sahibkar fiziki şəxsin işçisi olaraq “Qarabağ-X21 rayonlarına giriş informasiya sistemində” şirkətləri adından qeydə alınmışdır. X5 həqiqətən xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nin 6 saylı Yol Tikinti İdarəsinə dəmirçi köməkçisi vəzifəsinə qəbul edilmişdir və xx.xx.2024-cü il tarixində öz xahişi ilə ƏM 68.2a maddəsinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Eyni qaydada X15 həqiqətən xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nin Maşın Mexanizmlərinin Təmiri və İstismarı İdarəsinə vərdənə maşinisti vəzifəsinə qəbul edilmişdir və xx.xx.2024cü il tarixində öz xahişi ilə ƏM 68.2a maddəsinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. X5 və X8 əmək müqavilələri ləğv olunduqdan sonra “Qarabağ-X21 rayonlara giriş informasiya sistemində” şirkətlərinin işçiləri kimi qalmasının izahı odur ki, icazənin alınması üçün 2-3 gün əvvəl müraciət edilir. Bu səbəbdən və cüzi diqqətsizlikləri ucbatından Şıxverdiyev Robert və Kərimov Bəhrəm şirkətlərindən işdən çıxdıqdan sonrakı müddətdə “giriş informasiya sistemində” formal adlarında qalıblar və siyahıdan çıxarılması tərəflərindən unudulmuşdur. xx.xx.2024-cü il tarixindən başlayaraq “giriş informasiya sistemində” belə məsələlər tam tənzimlənib və işçi ilə əmək müqaviləsinə xitam verildiyi təqdirdə “giriş informasiya sistemində” icazənin ləğv edilməsi texniki cəhətdən mümkün olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X11 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, vətəndaşlar X6 xx.xx.2024-cü il tarixindən, X15 və X14 xx.xx.2024-cü il tarixindən bugünədək "xxxx" MMC-nin direktoru X27 tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 3000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən o, şikayətçi "xxxx" MMC-nin direktoru X27 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X22 izahatında X4 göstərdiyi xüsusatları təsdiqləyərək şikayətçi "xxxx" MMC-nin direktoru X27 tərəfindən verilmiş şikayətin təmin edilməməsini və 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Məhkəmə iş materiallarını, şikayətçinin ərizəsini, tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin baş əmək müfəttişi X16 tərəfindən tərtib olunmuş 02 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Qarabağ və X21 Rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış X5 (xx.xx.2024-xx.xx.2024-cü il tarixinədək), X15 və X14 (xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək) "xxxx" MMC tərəfindən əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Bu səbəbdən X27 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X9 tərəfindən tərtib olunmuş 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaşlar X3 xx.xx.2024-cü il tarixindən, X8 və X7 xx.xx.2024-cü il tarixindən bugünədək "xxxx" MMC-nin direktoru X27 tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmələri əsas gətirilərək X20 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X7 Bakı şəhəri 39 saylı notariat ofisində verdiyi **********519 saylı ərizəsindən görünür ki, o, “Azvirt" MMC-də heç vaxt işləməmişdir. Onun işəgötürəni - sahibkar fiziki şəxs Zabil Hüseynovun "xxxx" MMC ilə subpodrat müqaviləsi olmuşdur və onun “Qarabağ- Şərqi Zəngəzur rayonlara” giriş icazəsi xx.xx.2024-xx.xx.2024-cü il müddətinə formal olaraq "xxxx" MMC-dən rəsmiləşdirilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X12 ilə X14 arasında bağlanmış əmək müaviləsinə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68.2a maddəsinə əsasən xitam verilmişdir. X3 Xaçmaz rayon 1 saylı notariat ofisində verdiyi **********771 saylı ərizəsindən görünür ki, o, xx.xx.2024-xx.xx.2024-cü il müddətində "xxxx" MMC-də dəmirçi köməkçisi vəzifəsində işləmişdir. 15 maydan sonra "xxxx" MMC-də işləməmişdir və “Qarabağ-Şərqi Zəngəzur rayonlarına” getməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış əmək müaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68.2a maddəsinə əsasən xitam verilmişdir. X8 Şirvan şəhər 1 saylı notariat ofisində verdiyi **********537 saylı ərizəsindən görünür ki, o, xx.xx.2024-xx.xx.2024-cü il müddətində "xxxx" MMC-də vərdənə maşinisti vəzifəsində işləmişdir. 24 maydan sonra "xxxx" MMC-də işləməmişdir və “Qarabağ-Şərqi Zəngəzur” rayonlarına getməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə X15 arasında bağlanmış əmək müaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68.2a maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərara əsasən vətəndaşlar X3 xx.xx.2024-cü il tarixindən, X8 və X7 xx.xx.2024-cü il tarixindən bugünədək "xxxx" MMCnin direktoru X27 tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmələri əsas gətirilərək X20 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X24 inzibati tənbeh vermə haqqında qərara etiraz edərək bildirmişdir ki, X14 adında şəxs heç vaxt "xxxx" MMC-nin işçisi olmamışdır. Elxan Əhmədov "xxxx" MMC ilə subpodrat müqaviləni bağlamış sahibkar fiziki şəxsin işçisi olaraq “Qarabağ-X21 rayonlarına giriş informasiya sistemində” şirkətləri adından qeydə alınmışdır. X5 həqiqətən xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nin 6 saylı Yol Tikinti İdarəsinə dəmirçi köməkçisi vəzifəsinə qəbul edilmişdir və xx.xx.2024-cü il tarixində öz xahişi ilə ƏM 68.2a maddəsinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Eyni qaydada X15 həqiqətən xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nin Maşın Mexanizmlərinin Təmiri və İstismarı İdarəsinə vərdənə maşinisti vəzifəsinə qəbul edilmişdir və xx.xx.2024-cü il tarixində öz xahişi ilə ƏM 68.2a maddəsinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. X5 və X8 əmək müqavilələri ləğv olunduqdan sonra “Qarabağ- X21 rayonlara giriş informasiya sistemində” şirkətlərinin işçiləri kimi qalmasının izahı odur ki, icazənin alınması üçün 2-3 gün əvvəl müraciət edilir. Bu səbəbdən və cüzi diqqətsizlikləri ucbatından Şıxverdiyev Robert və Kərimov Bəhrəm şirkətlərindən işdən çıxdıqdan sonrakı müddətdə “giriş informasiya sistemində” formal adlarında qalıblar və siyahıdan çıxarılması tərəflərindən unudulmuşdur. xx.xx.2024-cü il tarixindən başlayaraq “giriş informasiya sistemində” belə məsələlər tam tənzimlənib və işçi ilə əmək müqaviləsinə xitam verildiyi təqdirdə “giriş informasiya sistemində” icazənin ləğv edilməsi texniki cəhətdən mümkün olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsinə əlavə edilmiş X7 Bakı şəhəri 39 saylı notariat ofisində verdiyi **********519 saylı ərizəsindən görünür ki, o, “Azvirt" MMC-də heç vaxt işləməmişdir. Onun işəgötürəni - sahibkar fiziki şəxs Zabil Hüseynovun "xxxx" MMC ilə subpodrat müqaviləsi olmuşdur və onun “Qarabağ-Şərqi Zəngəzur rayonlara” giriş icazəsi xx.xx.2024-xx.xx.2024-cü il müddətinə formal olaraq "xxxx" MMC-dən rəsmiləşdirilmişdir. Onun ərizəsində qeyd etdiyi xüsusatlar iş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə də bir daha öz təsdiqini tapmışdır. Belə ki, həmin bildirişdən məlum olduğu kimi X2 fiziki şəxs Zabil Hüseynov ilə əmək müqaviləsi bağlamış və onun işçisi olmuşdur. Bundan əlavə, X3 Xaçmaz rayon 1 saylı notariat ofisində verdiyi **********771 saylı ərizəsindən görünür ki, o, xx.xx.2024-xx.xx.2024-cü il müddətində "xxxx" MMC-də dəmirçi köməkçisi vəzifəsində işləmişdir. 15 maydan sonra "xxxx" MMC-də işləməmişdir və “Qarabağ-Şərqi Zəngəzur rayonlarına” getməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən göründüyü kimi "xxxx" MMC ilə X6 arasında bağlanmış əmək müaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68.2a maddəsinə əsasən xitam verilmişdir. Həmçinin, X8 Şirvan şəhər 1 saylı notariat ofisində verdiyi **********537 saylı ərizəsindən görünür ki, o, xx.xx.2024-xx.xx.2024-cü il müddətində "xxxx" MMC-də vərdənə maşinisti vəzifəsində işləmişdir. 24 maydan sonra "xxxx" MMC-də işləməmişdir və “Qarabağ-Şərqi Zəngəzur” rayonlarına getməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən göründüyü kimi "xxxx" MMC ilə X15 arasında bağlanmış əmək müaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68.2a maddəsinə əsasən xitam verilmişdir. Lakin, yuxarıda qeyd olunan hallar və şikayətçinin ərizəsində göstərdiyi xüsusatlar araşdırılmadan, X6, X15 və X7 izahatları alınaraq zəruri araşdırma aparılmadan, həmin vətəndaşlarla "xxxx" MMC arasında hər hansı bir əmək münasibətinin yaranıbyaranmaması dəqiqləşdirilmədən, bununla da şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmadan vəzifəli şəxs X20 barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarında inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X20 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X20 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X20 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X20 şikayəti qismən təmin edilsin. X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 15 iyul 2024cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3115/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3115/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver