Məhkəmə qərarları › İş №3(011)-3124/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3124/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3124/2021 15.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, "xxxx" MMC-nin qanuni təmsilçisi X2, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən 09 avqust 2021-ci il tarixli 00100-1553/21 saylı və 09 avqust 2021-ci il tarixli 00100-1554/21 saylı inzibati xəta haqqında protokollar məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin qanuni təmsilçisi X4 məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən şirkət barəsində eyni vaxtda törədilmiş 2 inzibati xəta haqqında iş üzrə 2 protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Yüklər eyni vaxtda və eyni nəqliyyat vasitəsilə daxil olduğundan Məhkəmənin icraatında olan eyni inzibati xəta haqqında iş üzrə olan 3(011)-3125/2021 saylı və 3(011)-3124/2021 saylı materialları bir icraatda birləşdirilməsini məhkəmədən xahiş etmişdir. Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 yazılı ərizə təqdim edərək bildirmişdir ki, yüklər eyni vaxtda və eyni nəqliyyat vasitəsilə daxil olduğundan 3(011)-3125/2021 saylı və 3(011)-3124/2021 saylı materialların bir icraatda birləşdirilməsinə etiraz etməmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli hüquqi şəxs "xxxx" MMC-nin barəsində tərtib olunmuş protokollar üzrə olan materiallar bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin barəsində məhkəmənin icraatında olan eyni inzibati xəta haqqında iş üzrə olan 3(011)-3125/2021 saylı və 3(011)-3124/2021 saylı materiallar bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsini rəhbər tutub Q Ə R A R A A L D İ M: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nin 485.2-ci maddəsi ilə Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 3(011)-3125/2021 saylı və 3(011)-3124/2021 saylı materiallar bir icraatda birləşdirilsin. Hakim: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar