Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-313/2024 21.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi ilə Azərbaycan Respublikası X7 Bakı şəhəri Reklam İdarəsinin səlahiyyətli nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Firmasının nümayəndəsi X1 iştirakları ilə Hüquqi şəxs Şəxs Firmasının barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının X7 Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: Azərbaycan Respublikası X7 Bakı şəhəri Reklam İdarəsi tərəfindən 11 yanvar 2024cü il tarixdə saat 11:44 radələrində Şəxs Firmasına məxsus Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi 272 ünvanında yerləşən “Təbrik Palace” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası X7 Bakı şəhəri Reklam İdarəsinin böyük müfəttişi X5 tərəfindən Şəxs Firmasınn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 11 yanvar 2024-cü il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası X7 Bakı şəhəri Reklam İdarəsinin səlahiyyətli nümayəndəsi X6 izahatında göstərmişdir ki, 11 yanvar 2024-cü il tarixdə saat 11:44 radələrində Şəxs Firmasına məxsus Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi 272 ünvanında yerləşən “Təbrik Palace” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Odur ki, barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Firmasının nümayəndəsi X4 protokola etiraz təqdim edərək göstərmişdir ki, protokol heç bir xəbərdarlıq edilmədən tərtib olunmuşdur və Şəxs firmasında heç kimin bundan xəbəri olmayıb. Şəxs firmasına istinad edilən İXM-nin 428.7.1-ci maddəsində qeyd olunan “açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına”nın nədə ifadə olunduğunu müəyyən etmək üçün müvafiq normativ hüquqi aktların məzmunu, hazırkı halda isə “Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-İVQ nömrəli Qanunu və “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası” nəzərə alınmalıdır. Göründüyü kimi Şəxs X2 Məcəlləsinin 428.7.1-ci maddəsində göstərilən inzibati xətanın törətmədiyinə dəlalət edir. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın 3.6-cı bəndində isə açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanunun 3.2-ci maddəsinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İş materiallarından göründüyü kimi, protokola heç bir əlavə edilmiş foto ya video mövcud deyildir, yəni inzibati xətanın törədilməsinə dair hər hansı bir sübutu inzibati orqanın nümayəndəsi də təqdim edə bilməmişdir. İnzibati orqanın yoxlayıcı əməkdaşları sahibkarlıq subyektində yoxlama aparmaq üçün inzibati orqanın qərarı olmadan, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədən qanunsuz yoxlama aparmışdırlar. İnzibati orqanın nümayəndəsi əməkdaşlarının fəaliyyətinin yoxlama fəaliyyəti olmadığını, onların sadəcə açıq hava məkanında sahibkarlıq subyektinə daxil olmadan inzibati xəta hadisəsini müəyyən edərək qərar qəbul etdiklərini desə də onların fəaliyyətinin sahibkarlıq sahəsində aparılan yoxlamalara aid olmadığını sübut edə bilməmişdir. Açıq məkanda kənardan inzibati xəta hadisəsinin törədilməsi müşahidə edilsə belə inzibati orqanın əməkdaşları sahibkarı bu barədə xəbərdar etməli, müvafiq araşdırma aparmalı, müəyyən etdiyi halın inzibati xəta hadisəsi olub-olmadığını müəyyən etmək üçün zərurət olduğu halda sahibkarlıq subyektinə də daxil olmalıdır. Əks halda inzibati orqan əsassız aktlarla nəinki öz iş yükünü, həmçinin sahibkarların iş fəaliyyətini də pozmuş olar. Belə ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanunun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yuxarıda qeyd edilən normativ hüquqi aktda sahibkarlıq sahəsində aparılan yoxlamalara şamil edilməyən yoxlamaların dairəsi müəyyən edilmişdir. Göründüyü kimi Bakı şəhər Reklam İdarəsinin əməkdaşlarının apardıqları yoxlamanın sahibkarlıq subyektində aparılan yoxlamalara aid olmadığı üzə çıxır. Azərbaycan Respublikası X7 heç bir qanunla müəyyən edilmiş xəbərdarlığı etmədən qanunsuz protokol tərtib etmişdir. Buna görə də Şəxs firması barəsində tərtib olunmuş 11 yanvar 2024-cü il tarixli MN ******* saylı protokol qeyri-qanun və əsassızdır. Həmçinin xx.xx.2023-cü il tarixli göstəriş hüquqi şəxsə, yəni hüquqi şəxsin ünvanına göndərilməmişdir. Məktubun guya “Əmiyev” soyadlı işçiyə çatdırılması isə formal xarakter daşıyır, çünki Şəxs Firmasının bu soyadda işiçisi olmayıb. Göstərilənlərə əsasən Şəxs Firması barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə xitam verilməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə inzibati xəta haqqında protokolu, tərəflərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Reklam İdarəsinin aparıcı müfəttişləri Toğrul Nəsibov və Əziz İbrahimov tərəfindən xx.xx.2023-cü il tarixdə saat 16:30-da Xətai rayonu Məhəmməd Hadi 272 ünvanında yerləşən “Təbrik Palace” adlı obyektin üzərində müvafiq icazə almadan 11 ədəd 28.15 m2 ölçüdə reklam aşkar edilmiş və Şəxs Firmasının nümayəndəsi aktın tərtib edilməsində iştirak etməmişdir. Bakı şəhəri Reklam İdarəsinin xx.xx.2023-cü il tarixli müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan göstərişindən görünür ki, Şəxs Firmasından xx.xx.2023-cü il tarixli aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması, icrası məcburi olan göstərişi aldığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı Şəhəri Reklam idarəsinə müraciət etməyi və ya icazəsiz reklam yayımını dayandırmağı tələb olunmuş, əks təqdirdə, müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən 1 iş günü ərzində barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir. 050848 saylı yol qaiməsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli göstəriş Xətai rayonu Məhəmməd Hadi 9 ünvanına göndərilmiş, xx.xx.2023-cü il tarixdə “Əmiyev” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Şəxs Firmasının direktoru Natiq Rəhimovun xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, N.Əmiyev adlı şəxs Şəxs Firmasının işçisi deyildir. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Şəxs Firmasına istinad edilən İXM-nin 428.7.1-ci maddəsində qeyd olunan “açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması”nın nədə ifadə olunduğunu müəyyən etmək üçün bu münasibətləri tənzimləyən “Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281- İVQ nömrəli Qanunu və “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”na istinad etmək zəruridir. “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməsi (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görməsi; 3.6. Açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilməsi; 3.7. Müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verməsi göstərilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X7 Bakı şəhəri Reklam İdarəsi yuxarıda göstərilən tələblərə əməl edilmədən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş göstərişlə Şəxs Firmasından xx.xx.2023-cü il tarixli aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması, icrası məcburi olan göstərişi aldığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı Şəhəri Reklam idarəsinə müraciət etməyi və ya icazəsiz reklam yayımını dayandırmağı tələb olunmuş, əks təqdirdə, müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən 1 iş günü ərzində barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir. Həmin göstəriş Xətai rayonu Məhəmməd Hadi 9 ünvanına göndərilmiş, xx.xx.2023-cü il tarixdə “Əmiyev” soyadlı şəxs tərəfindən qəbul edildiyi qeyd edilmişdir. Lakin Şəxs Firmasının hüquqi ünvanı ünvan 3vanı isə Xətai rayonu Məhəmməd Hadi 272 ünvanıdır. Həmçinin Şəxs Firmasında Əmiyev soyadlı şəxs işləmir. Göründüyü kimi göstərişin Şəxs Firması tərəfindən qəbul edilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Ümumiyyətlə göstəriş Şəxs Firmasının hüquqi ünvanına göndərilməmişdir. Akt və göstəriş Şəxs Firması tərəfindən qəbul edilmədiyindən 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı Şəhəri Reklam idarəsinə müraciət etmək və ya icazəsiz reklam yayımını dayandırmaq vəzifələrini icra edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs Firmasının əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs Firması barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-313/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-313/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver