Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3138/2024 14.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Xətai Rayon DYPŞ Axtarış üzrə inspektor polis kapitanı X2 13 iyul 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində, saat 14:15-də KİA RİO MİNİK markalı, 99PL537 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 14:15 radələrində KİA RİO markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Xətai rayonu, 8 Noyabr prospekti ilə yolun soldan 2-ci hərəkət zolağı ilə saatda 30-40 km sürətlə hərəkətdə olan zaman Asiman şadlıq evinin qarşısında yerləşən işıqforun qırmızı işığında qarşısında gedən FORD FİESTA markalı avtomaşının dayandığını görmədiyi üçün həmin avtomaşının arxa hissəsindən vurmuşdur. Hadisə zamanı avtomaşında tək olmuş, heç bir xəsarət almamış, avtomaşının yük yeri yüksüz olmuş və avtomaşın texniki cəhətdən saz olmuşdur. Hadisə zamanı FORD markalı avtomaşında olan sərnişin xəsarət aldığı üçün təcili yardım maşını çağırmışdır. Hazırda etdiyi əməldən peşmancılıq hissi keçirdiyini və qeyd edilənlərə əsasən onun barəsində yüngül inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhəri Xətai Rayon Polis İdarəsi nümayəndəsi tərəfindən məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsin 579 nömrəli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə Xətai rayonu ərazisində baş vermiş YNH zamanı sərnişin X6 xəsarət almışdır. Müayinə olunanın deməsinə görə, xx.xx.2024-cü il tarixdə 8 Noyabr pr-də sərnişin olduğu avtomobildə YNH zamanı xəsarət almışdır. Heç bir tibbi müəssisəyə müraciət etməmişdir. Səhhəti ilə bağlı əsaslı şikayəti yoxdur. X1 məhkəmə-tibbi ekspertizası zamanı xəsarət müəyyən edilməmişdir. 02 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsin 583 nömrəli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, vətəndaş X4 başın təpə nahiyəsinin dərialtı hematoması və sıyrığı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilmişdir. 20 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Ağazadə Nurlanın qərarından görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, yol-nəqliyyat hadisəsini törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Xətai rayon DYPŞ-nin 13 iyul 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 30 may 2024-cü il tarixdə saat 14:15-də “KİA RİO” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətlərinin yetirilməsinə görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3138/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3138/2024
14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver