Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3145/2022 26.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin nümayəndəsi, sahə inspektoru, polis kapitanı X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş 26 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25 avqust 2022-ci il tarixdə Xətai rayonu, Ramiz Quliyev 37 ünvanının qarşısında polis əməkdaşının qanuni tələblərinə qarşı gəlmiş və bilərəkdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 25 avqust 2022-ci il tarixdə Xətai rayonu, Ramiz Quliyev 37 ünvanının qarşısında polis əməkdaşının onun evinin darvazasının açıq qapısından onun evinə baxdığını görüb polis əməkdaşları ilə aralarında mübahisə yaranmış, o isə cibində olan bıçağı çıxardaraq polis əməkdaşlarına müqavimət göstərməyə çalışmış və onlara qarşı nalayiq ifadələr işlətmişdir. Bundan sonra onlara tabe olmadığına görə polis əməkdaşları tərəfindən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə aparılmışdır. Polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Protokolla razı deyil. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin nümayəndəsi, sahə inspektoru, polis kapitanı X3 26 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozduğunu bildirmiş və onun barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Həmçinin o qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə 34-cü Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı X2 ilə birlikdə mülki axtarışda olan şəxsin yerini müəyyən etmək üçün Xətai rayonu, Ramiz Quliyev 37B ünvanına getmişdir. Həmin ünvanda olanda Şəxs əlində bıçaqla ucadan nalayiq ifadələr işlədərək onlara yaxınlaşmış və onu hədələməyə başlamışdır. O Nəsrəddin Əliyevlə birlikdə Şəxs sakitləşdirməyə çalışmış və onu qayda qanuna riayət edərək qanunsuz hərəkətlərini sonlandırmağı tələb etmişlər. Həmin şəxs isə onların qanuni tələblərinə tabe olmamış və öz qanunsuz əməllərinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı X2 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə X1 icraatında olan mülki axtarışda olan şəxsin yerini müəyyən etmək üçün Həsənov Ruslanla birlikdə Xətai rayonu, Ramiz Quliyev 37B ünvanına getmişdir. Göstərilən ünvanda qonşularla söhbət zamanı yaxınlıqda olan dükan işlədən qadına bildirmişdir ki, bu şəxsi görərsə və yaxud tanıyırsa Xətai rayon İcra Şöbəsinə yaxınlaşmasını bildirsin. Bu zaman tanımadığı şəxs əlində bıçaqla ucadan nalayiq ifadələr işlədərək onlara yaxınlaşmış və Ruslan Həsənovu hədələməyə başlamışdır. Onlar həmin şəxsə bıçağı qırağa qoymağı və nalayiq ifadələrə son qoymağı tələb etmişlər. Həmin şəxs isə onların qanuni tələblərinə tabe olmamış və öz qanunsuz əməllərinə davam etmişdir. Sonra qonşular zor güc ilə bıçağı ondan almışlar və şəxs tərəflərindən şöbəyə aparılmışdır, həmçinin şöbədə olan zamanda izahat verməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 avqust 2022-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 25 avqust 2022-ci il tarixdə Xətai rayonu, Ramiz Quliyev 37 ünvanının qarşısında polis əməkdaşının qanuni tələblərinə qarşı gəlmiş və bilərəkdən tabe olmamışdır.. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 25 avqust 2022-ci il tarixdə saat 15:40-da tutulmuşdur. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2020-ci il tarixdə andan olmuş bir azyaşlı uşağı var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatı, şahidin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, 26 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərildiyi kimi 25 avqust 2022-ci il tarixdə Xətai rayonu, Ramiz Quliyev 37 ünvanının qarşısında polis əməkdaşlarının qanuni tələblərinə qarşı gəlmiş və bilərəkdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi himayəsində azayaşlı uşağının olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli «25» avqust 2022-ci il tarixdən saat 15:40-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «25» avqust 2022-ci il tarixdən saat 15:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3145/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3145/2022
26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver