Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3151/2024 13.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil qızınun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Məmmədov Xatir, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs MMC-nin rəhbəri X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs MMC Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6191/2023-011 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən MN ******* nömrəli, 24 iyul 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6191/2023-011 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs MMC tərəfindən borc öhdəliyi icra edilməmişdir. Borclunun 3323,32 manat ödənilməmiş borcu var. Nəticədə, Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Göstərilənlərə əsasən, Şəxs MMC barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri X3 bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6191/2023- 011 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs MMC-dən 3323,32 manat pul tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Onlar iyun ayında razılaşmışdırlar ki, 500 manat hər ay ödəniləcək, lakin Zərərçəkmiş şəxs pulu qəbul etmədi. İyul ayında hesab nömrəsi verdi, xx.xx.2024-cü il tarixində 500 manat ödənilmişdir hər ay da razılığa uyğun olaraq ödəniləcək. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanları nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6191/2023-011 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs MMC-dən 3323,32 manat pul tutularaq onun xeyrinə ödənilməlidir. Odur ki, Şəxs MMC barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6191/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs MMC tərəfindən 8 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq 2640 (iki min altı yüz qırx) manat, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya qismində 651 (altı yüz əlli bir) manat 32 (otuz iki) qəpik tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin xx.xx.2024cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs MMC-ə 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin xx.xx.2024cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs MMC-yə icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materiallarında olan borclunun hesabının üzərinə həbs qoyulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs MMC-nin banklarda olan hesablarının və hesablarındakı pul vəsaitlərinin üzərinə 3628,71 manat həcmində həbs qoyulmuşdur. İş materiallarında olan icra ödənişinin alınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borcludan 237,40 manat məbləğində icra ödənişi alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 3(011)-1709/2024 saylı, 14 may 2024-cü il tarixli qərarından görünür ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. "xxxx" ASC-nin 07 may 2024-cü il tarixli qəbzindən görünür ki, X3 tərəfindən Zərərçəkmiş şəxs hesabına 100 (yüz) manat ödənilmişdir. İş materialında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin rəhbəri X3 ilə qarşılıqlı şəkildə razılığa gələrək ayda 500 AZN olmaqla razılaşmışlar. Odur ki, bunu nəzərə alaraq hazırki inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. "xxxx" ASC-nin 02 avqust 2024-cü il tarixli qəbzindən görünür ki, Zərərçəkmiş şəxs hesabına 500 (beş yüz) manat ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3151/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3151/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver