Məhkəmə qərarları › İş №3(011)-3152/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3152/2022

07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3152/2022 07.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 9 MKR, M.Cəlal küçəsi, ev 53, mənzil 13-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Şəxs barəsində Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsi ilə 12 avqust 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında qərar qəbul olunaraq baxılması üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında qərardad görünür ki, 31 may 2022-ci il tarixdə X3 barəsində Azərbaycan Respublikası CM-nin 178.1 -ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aidiyyəti üzrə Xətai RPİ-nin İŞ-nə göndərilmişdir. Cinayət işinin başlanmasına səbəb, Şəxs Xətai RPİ-nin 36-cı Polis Bölməsinə etdiyi müraciəti əsasında toplanmış sənədlər, əsas isə X4 gündəlik 20 manat əmək haqqı müqabilində satışını həyata keçirməsi üçün Şəxs aldığı 3.052 manat dəyərində 1.100 ədəd lotereya biletlərini dələduzluq yolu ilə ələ keçirməsi faktı olmuşdur. 01 iyun 2022-ci il tarixdə cinayət işi üzrə istintaqın aparılması Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı X5 tapşırılmış və cinayət işi icraata qəbul edilmişdir. 06 iyul 2022-ci il tarixdə X8 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, qeyd edilən tarixdə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs X4 törətdiyi cinayət əməli özünün etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs ifadəsi və hadisə yerinə baxış protokolu ilə tam sübuta yetirilmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Şəxs ifadəsində göstərmişdir ki, X6 internet vasitəsi ilə tanımışdır. Bununla bağlı lotoreya biletlərini “28 May"-da yerləşən "xxxx" ASC-nin ofisindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər gün alıb gündəlik satışını həyata keçirmək üçün satıcı axtarmışdır. Bu işlə bağlı internet sosial şəbəkəsində elan yerləşdirirərək satıcı axtardığını və günlük 20 manat əmək haqqı verəcəyini qeyd etmişdir. Bir neçə gün sonra elanda yerləşdirdiyi telefon nömrəsinə zəng gəlmiş, zəng edən şəxs özünü Elvin Həsənov kimi təqdim etmiş və həmin işi istədiyini bildirmişdir. Bundan sonra Elvin Həsənov ilə görüşmüş, sonuncuya izah etmiş və satacağı yeri göstərmişdir. Daha sonra isə günlük məvacibini 20 manat olaraq razılaşmışlar. Elvin Həsənova Bakı Metropolitenin “Həzi Aslanov” stansiyasının yanında biletləri satacağı yerdə səhər saatlarında görüşmüşlər. Həmin vaxt Elvinə biletləri vermiş, axşam saatlarında isə hesabat aparıb sonuncunun əmək haqqını 20 manat pulu vermişdir. Elvin Həsənov ilə əmək müqaviləsi bağlanmamış, onunla şifahi razılaşmış və sonuncu səyyar satışla məşğul olmuşdur. Onların arasında heç bir yazılı, rəsmi müqavilə və ya bu kimi sənəd imzalanmamışdır. 07 aprel 2022-ci il tarixində Elvin Həsənov günorta 13 radələrində 3.052 manat dəyərində 1.100 ədəd olan lotoreya biletlərini götürüb, piştaxtanı da yığışdıraraq kənara qoyub, çıxıb getmişdir. Bir neçə gün Elvinlə əlaqə saxlamaq istəmiş, ancaq sonuncu telefon zənglərinə cavab verməmişdir. Daha sonra Elvinlə görüşmüş və məlum olmuşdur ki, sonuncu biletlərin hamısını öz şəxsi maraqları üçün istifadə etmişdir. Bu müddət ərzində 500 manat pul məbləğincə ziyanını geri qaytarmışdır. Biletlərin isə ümumi dəyəri 3.052 manat olmaqla ümumilikdə 1.100 ədəd bilet mövcud olmuşdur. Biletlər 1, 2, 5 və 10 manatlıq biletlər olmuşdur. Həmin biletlər xx.xx.2022-ci il tarixdə səhər "Azərlotoreya” ASC-dən aldığı 1.000 ədəd və satılmamış 100 ədəd bilet olmuşdur. Elvinlə biletləri görüşərək vermişdir. X1 üçün verdiyi lotereya biletlərini "xxxx" ASC-yə şifahi formada yaxınlaşaraq pulunu ödəyib almışdır. "Azərlotereya” ASC ilə arasında heç bir müqavilə bağlanılmamışdır. X8 ilə arasında əmək müqaviləsi bağlanılmamış, yalnız sonuncu ilə öz aralarında razılaşmışlar. Piştaxtanı qeyriqanuni olaraq “Şanlı Urfa” restoranın qarşısına qoymuş və piştaxtanı oraya qoyması ilə bağlı hər hansı bir dövlət orqanına müraciət etməmişdir. Azərbaycan Respublikası İXMnin 401.1-ci maddəsinə əsasən, lotoreyaların buna hüququ olmayan şəxs tərəfindən təşkilinə və keçirilməsinə görə üç min manatdan dörd min manatadək cərimə edilir. Şəxs ilə "xxxx" ASC arasında hər hansı müqavilə bağlanmamış, qeyri-qanuni olaraq piştaxtanı “Şanlı Urfa” restoranının qarşısına qoymuş, piştaxtanın orada qoyulması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdir və bu sonuncunun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 401.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq Xətai rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Xətai Rayon Prokurorluğuna məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasında deyilirdi: “Maddə 401. Lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi qaydalarının pozulması 401.1. Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkilinə və ya keçirilməsinə görəüç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir”. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 27 dekabr 2021-ci il tarixli 451-VİQD saylı Qanunu 2022-ci il yanvarın 1dən qüvvəyə minmiş və 401-ci maddə aşağıdakı redaksiyada verilmişdir: “Maddə 401. Qumar oyunları 401.1. Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə – fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir”. Həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalara və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.20-ci maddəsinə əsasən lotereya biletlərinin satıcısı – lotereya təşkilatçısı ilə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərən və lotereya biletlərinin satışını bilavasitə, lotereya terminalları və ya virtul mühit vasitəsilə həyata keçirən şəxs. Göründüyü kimi, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında qərar İXM-nin köhnə redaksiyası ilə tərtib edilmiş, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 27 dekabr 2021-ci il tarixli 451- VİQD saylı Qanunu qüvvəyə mindikdən sonra həmin maddə dəyişdirilmişdir. Bununla da inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması zamanı qüvvədə olan İXM-də lotereyaların buna hüququ olmayan şəxs tərəfindən təşkilinə və keçirilməsinə görə məsuliyyət nəzərdə tutulmamışdır. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalara İXM-nin 401-ci maddəsinin qüvvəsi şamil edilmir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar