Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3154/2022 15.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “M.Ə.Əfəndiyev adına X12” PHŞ-in etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, “M.Ə.Əfəndiyev adına X12” X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “M.Ə.Əfəndiyev adına X12” PHŞ-in barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən xəstəxanada ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş, yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikası ilə yerinə yetirilməsi faktı aşkar edilmişdir. Bununla da hüquqi şəxs Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən “M.Ə.Əfəndiyev adına X12” PHŞ-in nümayəndəsi X6 barələrində tərtib olunmuş protokolla razılaşmayaraq bildirmişdir ki, protokol tərtib edildikdən sonra tərəflərindən xəstəxanada olan ölçmə vasitələrinin metroloji attestasiyadan keçirmələrinə dair və ölçmə vasitələrinin vəhdətinin təmin olunması məqsədilə müvafiq yoxlamalardan keçirmələrinə dair şəhadətnamələr alınmışdır. Odur ki o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun əsassız olduğunu bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat verərək, “M.Ə.Əfəndiyev adına X12” PHŞ-in barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsləhətçisi X7 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən xəstəxanada ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş, yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikası ilə yerinə yetirilməsi faktı aşkar edilmişdir. Bu səbəblə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib olunmuş 18 iyul 2022-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X10 tabeliyində olan “M.Ə.Əfəndiyev adına X12” PHŞ 2 (iki) mərtəbədən təşkil olunmuş reanimasiya, laboratoriya, cərrahiyə otaqları və palatalardan ibarətdir. Yoxlama zamanı aşağıda qeyd olunan nöqsanlar aşkar olunmuşdur: 1) Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması 62 (altmış iki) ölçmə vasitələrindən 22 (iyirmi iki) ölçmə vasitəsində aşkar edilmişdir. Bununla da “Ölçmələrin vəhdətinin təmin olunması haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələbləri pozulmuşdur. 2) Ölçmə vasitələrinin ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz saxlanması və ya ölçmə vasitələrinə müdaxilə edilməsi halları aşkar edilməmişdir. 3) Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin üzərinə yararsızlıq nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməklə aparılması halları aşkar edilməmişdir. “M.Ə.Əfəndiyev adına X12” PHŞ-də yoxlamadan keçirilmədən istifadə olunan ölçmə vasitələrinin siyahısından görünür ki, Labomed tipli Mikroskop, Fazzini tipli Tərəzi, B.Braun tipli Perfezor-İnfuzomat və Optipette tipli Dozator pipetka ölçmə vasitələri xx.xx.2022-ci il tarixdə yoxlamadan keçirilməmişlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Metrologiya İnstitutu” PHŞ tərəfindən verilmiş R seriyalı 029375 nömrəli sınaq protokolundan görünür ki, Labomed tipli Mikroskop xx.xx.2022-ci il tarixdə sınaqdan keçirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Metrologiya İnstitutu” PHŞ tərəfindən verilmiş ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələrdən görünür ki, Fazzini S7700HR tipli Tərəzi və Optipette tipli Dozator pipetka xx.xx.2022-ci il tarixdə, B.Braun Melsungen tipli Perfezor-İnfuzomat isə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə yoxlamadan keçirilmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 538.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Belə ki, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” 13 iyun 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları (metodları) ilə (birbaşa ölçmələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ölçmə metodikaları (metodları) istisna olmaqla) yerinə yetirilməlidir. Ölçmələrin nəticələri Azərbaycan Respublikasında tətbiqinə icazə verilmiş kəmiyyət vahidləri ilə ifadə olunmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, “M.Ə.Əfəndiyev adına X12” PHŞ tərəfindən xx.xx.2022-ci il tarixdə ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipinin təsdiq edilməməsi, yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikası ilə yerinə yetirilməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “M.Ə.Əfəndiyev adına X12” PHŞ-in etibarnamə üzrə nümayəndəsi X6 izahatında qeyd etmişdir ki, tərəflərindən xəstəxanada olan ölçmə vasitələrinin metroloji attestasiyadan keçirmələrinə dair və ölçmə vasitələrinin vəhdətinin təmin olunması məqsədilə müvafiq yoxlamalardan keçirmələrinə dair şəhadətnamələr alınmışdır. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X10 nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Metrologiya İnstitutu” PHŞ tərəfindən verilmiş ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələrdən görünür ki, Fazzini S7700HR tipli Tərəzi, Optipette tipli Dozator pipetka və B.Braun Melsungen tipli Perfezor- İnfuzomat xx.xx.2022-ci il tarixədək, yəni protokol tərtib olunanadək yoxlamadan keçirilməli olduqları halda, həmin ölçmə vasitələri müvafiq olaraq xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə yoxlamadan keçirilmişlər. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “M.Ə.Əfəndiyev adına X12” PHŞ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: “M.Ə.Əfəndiyev adına X12” X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3154/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3154/2022
15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver