Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3159/2021 26.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Hakim Hüseyn Cavid Vaqif oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş AP seriyalı ******* nömrəli 02 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC 29 iyun 2021-ci il tarixdə Xətai DYP tərəfindən göndərilən sorğunu qəbul etmiş, lakin mülkiyyətində olan H011034 dövlət qeydiyyat nişanlı avtomobilin inzibati xəta törətmiş sürücüsü barədə məlumatı 05 gün müddətində verməmiş, bununla da barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. İş materiallarında olan və tədqiq edilmiş: Bakı şəhər Xətai Rayon Polis İdarəsinin DYPŞ-nin "xxxx" MMC rəhbərliyinə ünvanladığı sorğudan görünür ki, "xxxx" MMC mülkiyyətində olan «KAMAZ YÜK» markalı, H011034 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin törətdiyi qayda pozuntusu barədə məlumat verilməsi ilə bağlı olan sorğu icra olunması üçün həmin MMC-nin ünvanına göndərilmişdir; Həmçinin iş materiallarına əlavə edilmiş xəbərnamənin üzərindəki imzadan görünür ki, həmin sorğu Rafiq Əliyev ad və soyadlı şəxs tərəfindən qəbul edilmiş, lakin həmin şəxsin "xxxx" MMC-nin əməkdaşı olmasına dair heç bir məlumat göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə yuxarıda sadalanan qanunun tələbləri rəhbər tutaraq qeyd edir ki, təqdim edilmiş sənədlərə əsasən "xxxx" Məhdud Məsluliyyətli Cəmiyyətinin mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xətaya yol vermiş fiziki şəxs barədə məlumatın təqdim edilməsi barədə göndərilmiş sorğunun surəti əlavə edilsə də, həmin sorğu Rafiq Əliyev ad və soyadlı şəxs tərəfindən qəbul edilmiş, lakin həmin şəxsin "xxxx" MMC-nin əməkdaşı olmasına dair heç bir sübut əlavə edilməmiş, əlavə edilən imzalanmış sorğu isə kim tərəfindən alınması aydın olmaması ilə yanaşı səlahiyyətli orqan tərəfindən İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsluliyyətli Cəmiyyətinin törədilməsi ehtimal edilən inzibati xətaya aidiyyətinin olmasını təsdiq edən zəruri sənədlər əlavə olunmamışdır. Bundan əlavə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusu ünvan 2 ünvanına göndərilmiş, lakin iş materiallarına "xxxx" Məhdud Məsluliyyətli Cəmiyyətinin hüquqi ünvanının həmin yer olması ilə bağlı hər hansı bir sənəd əlavə edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrində "xxxx" Məhdud Məsluliyyətli Cəmiyyəti haqqında, həmin hüquqi şəxsin mövcud olub-olmaması ilə bağlı hər hansı bir məlumat olmamışdır. Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-3159/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3159/2021
26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver