Məhkəmə qərarları › İş №3(011)-3173/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3173/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3173/2023 31.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rafail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru Cavad Qafarov, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi - X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Oba” marketə daxil olmuş, orada əlində olan çantaya təxminən 5 ədəd “AlpenGold” şokoladlarını, 1 ədəd “novo zellandiya” və 1 ədəd kərə yağını yerləşdirmiş və marketdən çıxmışdır. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru Cavad Qafarov tərəfindən 31 avqust 2023-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 2023-cü ilin avqust ayının sonlarında ünvan 1 ünvanında yerləşən “Oba” marketə daxil olmuşdur. Orada əlində olan çantaya təxminən 5 ədəd “AlpenGold” şokoladlarını, 1 ədəd “novo zelandiya” və 1 ədəd kərə yağını yerləşdirib və marketin içində guya alış-veriş edərcəsinə gəzməyə başlamışdır. Bundan sonra kassada olan satıcının tək olmasını və başının digər müştərilərə qarışıq olmasını nəzərə alaraq gizli şəkildə marketdən çıxıb və şokoladları özü ilə aparmışdır. Anasının xəstə olmasına görə həmin şokoladları və yağı dəyər-dəyməz qiymətə sataraq dərman alıb və anasının müalicəsi üçün vermişdir. Hazırda əməlindən səmimi peşmançılıq çəkir və zərərçəkmiş şəxsə olan zərər tam ödənilmiş və barışıq əldə etmişdir. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X2 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək məzuniyyətdə olmuş, məzuniyyətdən qayıtdıqdan sonra administrator kimi marketin mallarının hesabatını aparan zaman 5 ədəd “AlpenGold” markalı şokoladların, 1 ədəd “novo zelandiya” yağının və 1 ədəd kərə yağının olmadığını görmüşdür. Buna görə də kamera görüntülərinə baxmışdır. Həmin zaman aşkar etmişdir ki, xx.xx.2023-cü il tarixdə məzuniyyətdə olan zaman tanımadığı müştəri qismində marketə daxil olmuş şəxs işçinin tək olmasından və başının qarışıq olmasından istifadə edərək həmin şokoladları oğurlayaraq marketdən çıxıb getmişdir. Oğurluq nəticəsində dəymiş maddi ziyanın 35 AZN olduğunu bildirmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru Cavad Qafarov işin hallarını təsdiq edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərəfindən inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materillarında olan zərərçəkmiş şəxsin nümayəndəsi X2 tərəfindən verilmiş ərizədən göründüyü kimi, dəymiş zərər ödənilmiş və Şəxs barəsində başlanılmış iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs ilə zərərçəkmiş şəxs ilə barışdığından, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rafail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar