Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3175/2022 29.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi ilə, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə müvəkkili, polis mayoru Sərdar Əhmədovun iştirakları ilə, xx.xx.1984-cü il tarixdə ermənistan respublikasının masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs 10 iyul 2022-ci il tarixdə ünvan 2 ünvanında X2 məxsus içərisində 50 manat pul olan, şəxsiyyət vəsiqəsi, məcburi köçkün vəsiqəsi, Beynəlxalq Banka aid pensiya kartı olan əl çantasını oğurlayaraq talamışdır. Bundan başqa, Şəxs 27 avqust 2022-ci il tarixdə saat 22:00, 23:00 radələri arasında sonuncu dəfə Əhmədli metrostansiyasının yaxınlığında qanunsuz olaraq narkotik vasitə olan heroin istehlak etmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə müvəkkili, polis mayoru Sərdar Əhmədov tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 29 avqust 2022-ci il tarixli protokollar tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 10 iyul 2022-ci il tarixdə səhər saatlarında Xətai rayonu M.Hadi küçəsi 152 saylı binanın 1-ci mərtəbəsinin pəncərə torunu götürüb evə daxil olmuş, mənzildə bir nəfər qadının yatdığını görmüş, qapının girişində asılmış əl çantasını götürüb evdən çıxmışdır. Əl çantasının içərisində 50 manata yaxın pul və sənədlər olmuş, 50 manat pulu götürmüş, sənədləri isə əl çantası ilə birlikdə Ukrayna dairəsində yerləşən H.Əliyev parkına atmış, 50 manatı isə öz maddi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa, təxminən 10 ilə yaxındır ki, qanunsuz olaraq narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixində təxminən saat 22:00-23:00 radələri arasında Əhmədli Metrostansiyasının yaxınlığında qanunsuz olaraq narkotik vasitə olan heroindən istifadə etmişdir. Özünü şübhəli apardığından polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmış, daha sonra sərxoşluğunu, narkotik maddələrdən istifadə etməsini müəyyən etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparılmış və tibbi müayinədən keçirilən zaman sidiyində narkotik vasitə və psixatrop maddə aşkar edilmişdir. Hazırda dəymiş ziyanı tam olaraq ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Əməllərindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, 10 iyul 2022-ci il tarixdə ona məxsus ünvan 2 ünvanında evdə yatan zaman bir nəfər şəxs və ya şəxslərin, içərisində 50 manat pul olan, şəxsiyyət vəsiqəsi, məcburi köçkün vəsiqəsi, Beynəlxalq Banka aid pensiya kartı olan əl çantasını oğurladığını aşkar etmiş, bu barədə polisə şikayət etmiş, əl çantasınınn Şəxs tərəfindən oğurlanması məlum olmuşdur. Hazırda Şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən bunu qərar qəbul edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə müvəkkili, polis mayoru Sərdar Əhmədov protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 206 və 227-ci maddələri nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində müvafiq olaraq protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 10 iyul 2022-ci il tarixdə ünvan 2 ünvanında X2 məxsus içərisində 50 manat pul olan, şəxsiyyət vəsiqəsi, məcburi köçkün vəsiqəsi, Beynəlxalq Banka aid pensiya kartı olan əl çantasını oğurlayaraq talamış, bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. 29 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs qanunsuz olaraq narkotik vasitə - heroin istehlak etmiş, bu səbədən barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində heroin OPİ (+) qrupuna aid narkotik vasitə heroin, psixtarop maddə MOP (+), AMP (+) aşkar olunmuşdur; Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı Aqşin Abdullayevin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd olunmuşdur; 28 avqust 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdən saat 08:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 227-cı maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları əsasında sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 227 və 206-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.4-cü maddəsinə əsasən barəsində inzibati tənbeh tədbiri həbs tətbiq olunmalı, həbs etmənin əvvəli tutulduğu «28» avqust 2022-ci il tarixdən saat 08:10-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «28» avqust 2022-ci il tarixdən saat 08:10-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-3175/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3175/2022
29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver