Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3177/2022 30.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər DYPİ YNH ispektoru polis kapitanı X4, zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında icraat aparılan X3 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər DYPİ-dən daxil olmuş 28 avqust 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X6 28 avqust 2022-ci il tarixdə, saat 10:34 radələrində idarə etdiyi “X14” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək törətdiyi xəta nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər DYPİ YNH ispektoru polis kapitanı X9 göstərmişdir ki, 28 avqust 2022-ci il tarixdə, saat 10:34 radələrində X6 idarə etdiyi “X14” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək X8 məxsus “Vaz 21214” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Hadisənin baş verdiyi vaxt X1 hüququ olmamış, daha sonra X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X10 göstərdi ki, 28 avqust 2022-ci il tarixdə, saat 10:34 radələrində Bakı şəhəri Xətai rayonu ukraniya dairəsində hərəkət üstünlüyü onun olsa da idarə etdiyi “Vaz 21214” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşaraq, ona maddi ziyan vurmuşdur. X6 ona dəymiş zərərdən bir hissəsini ödəmiş, qalan məbləği isə hissə-hissə ödəmək barədə razılığa gəlmişdir. Hazırda şikayəti yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan X6 məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, 28 avqust 2022-ci il tarixdə, saat 10:34 radələrində Bakı şəhəri Xətai rayonu ukraniya dairəsində hərəkət üstüblüyünə malik “Vaz 21214” minik markalı, **- MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşaraq X8 maddi ziyan vurmuşdur. Əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını və barəsində olan inzibati xəta haqqında iş üzrə yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 avqust 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda aydın olur ki, X6 28 avqust 2022-ci il tarixdə, saat 10:34 radələrində idarə etdiyi “X14” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək X8 məxsus “Vaz 21214” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuş, barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protkol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın X6 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X2 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-3177/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3177/2022
30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver