Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3181/2021 06.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi ilə, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati tənbeh vermə haqqında 02.01.2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati tənbeh vermə haqqında 02.01.2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 02.01.2021-ci il tarixində Bakı şəhəri Binəqədi rayonunun Əcəmi Naxçıvani küçəsi ilə qaçış idmanı edərkən nəfəs almaq üçün tibbi maskamı çənə istiqamətində saxlamış, saat 18:24 radələrində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 05-ci Polis Bölməsinin 2 nəfər polis əməkdaşı qeyri-qanuni barəsində protokol tərtib etmişlər. Əcəmi Naxçıvani küçəsinin səki hissəsi ilə dostu ilə axşam qaçışı idmanı edərkən, 99AP106 NH (növbətçi hissə) Fiat Doblo markalı xidməti avtomobilini idarə edən polis əməkdaşı qəfil avtomobili üzərinə çəkərək və içindən 2 nəfər polis əməkdaşı üstünə şığıyaraq özlərini təqdim etmədən ona "Otur maşına gedək bölməyə" dedilər və onlara verilən səlahiyyətdən qeyri-qanuni istifadə edərək onun şərəf və ləyaqətini alçaltmağa çalışmışlar. Polisin təlimatına əsasən polis əməkdaşı vətəndaşa yaxınlaşarkən ilk öncə özünü başa düşülən və eşidilən formada təqdim etməlidir, sənədlərini təqdim etməlidir və onu saxlamağın səbəbini izah etməlidir və törədilmiş inzibati xətanı ona sübut etmək üçün video və ya foto qurğular vasitəsilə çəkilmiş dəlili ona yerində göstərdikdən sonra onun təqsirli olduğunu sübut etməlidir və həmçinin polis nəfəri soyuqqanlı, qərəzsiz olmalıdır və qərar verərkən hisslərə qapılmamalı və tam qanuni əsaslara istinad edib ədalətli qərar verməlidir. Heç kəsə ixtiyar verilməyib ki vətəndaş ilə qeyri-insani və qeyri etik rəftar etsin. İnzibati xətalar Məcəlləsinin 8-ci maddəsində qeyd olunmuş “təqsirsizlik prezumpsiyasına” əsasən o, özünün təqsirli olduğunu sübut etməyə borclu deyil, onu ittiham edən şəxs onun təqsirini sübut etməlidir. İdman edərkən tibbi maskanı çənə istiqamətində saxlamışdır ki qaçarkən nəfəs almağa maneə törətməsin və həmin polis əməkdaşları həmin vəziyyətin qeyri-qanuni olduğunu ona bildirib və buna görə ona maşına minib bölməyə gedib orda bu barədə protokol tərtib olunacağını bildirmişlər. Buna etiraz edərək protokolun yerində tərtib olunmasını tələb etmiş, onlar sahə inspektoru polis mayoru X2 zəng edərək onu həmin əraziyə dəvət etmişlər və o, ora gələrək heç bir inzibati xəta törətmədiyi halda qərarlı protokol tərtib etmiş və hətta idman edərkən maskanı məhz bu səbəbə görə çənə istiqamətində saxladığını bildirməyə imkan verməmişlər. Xüsusi karantin rejimi vaxtı açıq havada qida qəbul edərkən, su içərkən, siqaret çəkərkən və idman edərkən tibbi maskadan istifadə etməmək qanunla qadağan deyildir. Həmin 2 nəfər polis zabitlərinindən bir nəfərin adı Mansur olmuş, mülki geyimdə olmuş və digər polis zabiti öz adını təqdim etməmiş, rütbəsi leytenant ya da baş leytenant olmuşdur. Protokol tərtib etmək üçün əraziyə gələn sahə inspektoru mayor rütbəli bir şəxs olmuş, mülki geyimdə olmuş və özünü başa düşülməyən formada təqdim edərək qeyd dəftərinin arasında olan xidməti vəsiqəsini göstərmiş, vəsiqəni görmək mümkün olmamışdır. Həmin protokolu tərtib edən mayor rütbəli sahə inspektoru ona protokolda məcburi "küçədə hərəkət edərkən tibbi maskadan istifadə etməmişəm" yazdırmış, hansı ki, həqiqətə uyğun olmamış və əslində ora həqiqəti yəni idman edərkən maskanı çənə istiqamətində saxladığını yazmaq istəyəndə onu yazmağa icazə verməmişdir. Protokolda onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etməyinə baxmayaraq inspektor qərarlı protokolu tərtib etmişdir. Hörmətli məhkəmə heyəti, yazıb nəzərinizə çatdırmaq istəyir ki, karantin rejimini nəzərə alaraq Azərbaycanda fəaliyyət göstərən bütün idman zalları qapadılmışdır və o, ehtiyacından açıq havada qaçış idmanı ilə məşğul olur ki, həm immun sistemimi daim sağlam və həmdə çəkimi stabil saxlaya bilsin. Son iki il ərzində səhəti ilə yaşadığı problemlərdən dolayı iki dəfə keçirdiyi bağırsaq əməliyyatlarına görə həkim tərəfindən ona yenidən sağlamlığımilə problemlər yaşamamaq üçün və çəkini qorumaq üçün açıq havada qaçış idmanı etməyi məsləhət görmüşdür. Həmçinin bildirmək istəyir ki, ancaq istisna hallarda - açıq havada qida qəbul edərkən, su içərkən, siqaret çəkərkən və idman edərkən tibbi maskadan istifadə etməmək olar və bu səbəbə görə polis tərəfindən qərarlı protokol qanunsuz olaraq tərtib edilmişdir. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş səlahiyyətli orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin 02.01.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən X1 02.01.2021-ci il tarixdə saat 18-24-də karantin rejimi qaydalarını pozduğuna görə barəsində İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati tənbeh vermə haqqında 02.01.2021-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən X3 İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar; 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 02.01.2021-ci il tarixdə səlahiyyətli orqanın nümayəndəsi tərəfindən barəsində İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB onun 100 manat məbləğində inzibati cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında 02.01.2021-ci il tarixli, MN ******* saylı qərar qəbul olunmuşdur. Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin 02.01.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolunda X1 “karantin rejimi qaydalarını pozduğu” qeyd edilmiş, karantin rejimlərinin pozulmasına görə İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyət nəzərdə tutulmuş, buna baxmayaraq İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, 02.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda “İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir” qeyd edilmiş, xətanın mahiyyəti göstərilməmiş, xətanı təsdiq edən hər hansı sübuta istinad edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin iştirakı təmin olunmadan qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, 02.01.2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqanan (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X1 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissədə şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri Binəqədi RPİnin 5-ci PB-nin inzibati tənbeh vermə haqqında 02.01.2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-3181/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3181/2021
06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver