Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3190/2021 10.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs iştirakı ilə 14.09.1978-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 207-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs 25 avqust 2021-ci il tarixində saat 02:15 radələrində ünvan 1 ünvanında yaşayan X1 şikayəti əsasında Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilmiş, narkotik vasitələrin, psixotrop maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru Rəşad Həsənzadə tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 207-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 25 avqust 2021-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs ifadəsində göstərmişdir ki, 25 avqust 2021-ci il tarixdə Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları onu saxlayıb bölməyə aparmışlar, daha sonra narkoloji mərkəzə müayinəyə aparmışlar, müayinədə sidiyi gəlmədiyi üçün analiz verə bilməmişdir. Daha sonra onu Xətai Rayon Məhkəməsinə aparmışlar. Məhkəmədə İXM-nin 535.1 və 510-cu maddələri əsasında ona 15 gün inzibati həbs verilmişdir. 09.09.2021-ci il tarixdə həbsdən buraxılmışdır.Sidik ifrazı üçün biraz zaman lazım olduğunu bildirmişdir.”Vaxtımız yoxdu səni gözləyək” diyərək imtina kimi protokol tərtib edilmişdir.Halbu ki, həkim onu yoxlamışdır. Əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq barəsində İXM-nin 207-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 1/1544 saylı 25.08.2021-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidik vermədiyi üçün müayinə aparılmamışdır. Beləliklə, məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, tibbi müayinə protokolunu və iş materiallarına əlavə edilmiş digər sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 207-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin faktiki halları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 207-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan 1/1544 saylı 25.08.2021-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolunda Şəxs tibbi müayinədən imtina etməsi qeyd edilməmişdir. Həmin protokoldan görünür ki,Budaqov digər müayinədən keçir ,lakin sidik ifraz edə bilmədiyindən test müayinəsi aparılmır.Bu fakt isə Budaqovun müayinədən imtina etmədiyini bir daha təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində isə təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 207-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105.1, 114.2.1, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 207-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Əsli ilə düzdür: Hakim: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3190/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3190/2021
10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver