Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3200/2021 21.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-in 548.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 26-08844-2021 saylı 13.07.2021-ci il tarixli göstərişi ilə tələb edilən sənədlər Şəxs ASC tərəfindən təqdim edilməmişdir. Bununla bağlı 13 avqust 2021-ci il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası Mərkəzi Bankın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 26-08844-2021 saylı 13.07.2021-ci il tarixli göstərişi ilə tələb edilən sənədlər bankın poçt qutusuna atılmışdır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Mərkəzi Bankının 26-08844-2021 saylı 13.07.2021-ci il tarixli Şəxs ASC-ə ünvanladığı sorğusundan görünür ki, Şəxs ASC-dən vətəndaş İmanqulu Bayramovun müraciətində qeyd edilən məsələnin araşdırılması məqsədilə 2015-ci ildən 2020-ci ilədək mənfəət və zərər haqqında hesabatları 05 gün ərzində banka təqdim edilməsi tələb olunmuşdur. İş materiallarında olan Şəxs ASC tərəfindən ünvanlanmış məktubdan görünür ki, müstəqil auditorun hesabatı, cəmiyyətin maliyyə hesabatları və emitentin idarəetmə hesabatı təqdim edilmişdir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının 26-08844-2021 saylı 13.07.2021-ci il tarixli göstərişi ilə tələb edilən sənədlər təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən isə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin əməlində inzibati xəta hadisəsi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.1, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İnzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İXM-in 548.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3200/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3200/2021
21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver