Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3204/2022 29.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Hacıyeva Sülhanə Sərdar qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6, Şikayətçi "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakları ilə, "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC-nin direktoru X9 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi "xxxx" MMC-nin direktoru X9 oğlu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi nəzərə alınaraq MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarla 4000 (dörd min) manat məbləğində inzibati cərimə olunmuşdur. Hesab edir ki, sözügedən üərsr qanunsuz və əsassız olduğundan ləğv ediləlidir. Belə ki, X11 "xxxx" MMC-nin Mingəçevir anbarına fəhlə vəzifəsinə işə qəbul olunmuşdur. İşçinin iş yeri Açşeron rayonu Məmmədli kəndi Yeni Massiv ünvanında olan iş ofisi olmuşdur. İşçi xx.xx.2019-ciu il tarixdə işə başlamışdır. Əmək haqqı 300 manat olmaqla hər ayın 10-dək ödənilmişdir. Daha sonra X11 öz xahişi ilə xx.xx.20221-ci tarixdə işdən azad olunmasını xahiş etmişdir. xx.xx.20221-ci il tarixdə əmrə əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur. İşlədiyi müddət ərzində o, işdə kobudluq etmiş, mütəmadi olaraq işdən yayınmışdır. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, işə gəlməyəcəyini bildirmişdir. Belə ki, xx.xx.2021ci il tarixli akta əsasən X11 işdə intizamsızlıq etmiəsi səbəbindən işdən azad olunması barədə X3 "xxxx" MMC-nin rəhbərliyinə ünvanladığı xidməti məlumatda xahiş olunsa da, ona qarşı humanistlik göstərilərək öz xahişi ilə işdən ərizəsini yazaraq işdən azad olunması üçün şərait yaradılmışdır. Eyni zamanda işdə çıxdığı zaman ona 259,86 manat işlədiyi dövrə aid hesablamnış əmək haqqı xx.xx.2021-ci il tarixdə köçürülmüşdür. İşçi ilə əmək müqaviləsi bağlanmış, və bu barədə bildiriş sistemə yerləşdirilmişdir. Odur ki, qərarın ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında "xxxx" MMC-nin rəhbəri X9 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X12 izahatında əmək müqaviləsinin kağız formasında bağlanmadığını, müqavilə formal cəhətdən olsa belə işçinin içzasının olmamasını əsas gətirərək şikayət ərizəsinin əsassız olduğundan təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin ərizəsini, tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X13 tərəfindən xx.xx.2022-ci il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 ilə X9 arasında tarixlərdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən əmək müqaviləsinin 2 nüsxədə tərtib olunması və tərəflərinin imzası ilə təsdiq edilməsi qaydalarının pozulmasına yol verilməsi əsas gətirilərək X7 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X11 xx.xx.2019-cu il tarixdən başlayaraq müddətsiz əmək haqqı 300 manat müəyyən edilməklə anbarda fəhlə kimi "xxxx" MMC-nə işə qəbul edilmiş və xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi elektron sistemə daxil edilmişdir; əmək müqaviləsinin dəyişiklik ediləsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X11 xx.xx.2019-cu il tarixdən başlayaraq müddətsiz anbarda fəhlə kimi aylıq əmək haqqı 376 manat müəyyən edilməklə "xxxx" MMC-nə işə qəbul edilmiş və xx.xx.2020-cu il tarixdə əmək müqaviləsinin dəyişiklik ediləsi ilə bağlı əmək müqaviləsi elektron sistemə daxil edilmişdir; xx.xx.2019-cu il tarixli əmək üqaviləsindən görünür ki, X11 xx.xx.2019-cu il tarixdən başlayaraq müddətsiz əmək haqqı 300 manat müəyyən edilməklə və hər ayın 10-dək ödənilmə şərti ilə anbarda fəhlə kimi "xxxx" MMC-nə işə qəbul edilmiş və müqavilə birtərəfli qaydada imzalanmışdır. İş materialarında olan xx.xx.2021-ci il tarixli xidməti məlumatdan X11 işdən yayınması səbəbindən baş ofisə işdən çıxarılması barədə rəy verilməsi təklif olunmuşdur. İş materiallarında olan ərizədən görünür ki E.Kərimov xx.xx.2021ci il tarixdən işdən azad olnması barədə müracıət etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il ratixli 217/296 a saylı əmrdən görünür ki, X2 anbar fəhləsi işindən azad edilmiş və onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı qərara əsasən X11 ilə X9 arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən əmək müqaviləsinin 2 nüsxədə tərtib olunması və tərəflərinin imzası ilə təsdiq edilməsi qaydalarının pozulmasına yol verilməsi əsas gətirilərək X7 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Buna əsas isə X1 yerə işdən çıxarılmaları barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə şikayətlə müraciət etmələri olmuşdur. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC-nin direktoru X9 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və onlara əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, İXM-nin 192.1-ci maddəsinə əsasən xəta tərkibinin yaranması üçün, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə yarana bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsində isə qeyd edilmişdir ki, əmək müqaviləsi əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən "xxxx" MMC-nin direktoru X9 tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə əmək müqaviləsi bildirişləri daxil edilmiş, həmin bildirişlər elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin elektron poçt ünvanından əldə olunmuş fotoşəkillərdən məlum olduğu kimi əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi məlumat üçün işçilərə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X9 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə riayət olunduğundan, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri sübuta yetirilmədiyindən şikayət təmin edilməli, səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru X7 barəsində qəbul edilmiş xx.xx.2022ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X7 şikayəti təmin edilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-3204/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3204/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver