Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3211/2023 28.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qzıının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, şikayətçi X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 23 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş 23 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, X7, ünvan 1 ünvanında binanın önündə 2-2.5 metrdən az məsafədə əkilən, yəni (fərdi əkililər) mövsümü ağacları, həmişə yaşıl olmayan 2 ağacı və bir kolu budayarkən ərazidə yaşayan qonşusu çəkərək internet sosial şəbəkəsinə yerləşdirmiş və şikayət edib onun təbiətə ziyan vurub ekologiyaya ziyan vurması adı ilə iddia irəli sürmüşdür. Sözügedən ağaclar nar kolu və alça xurmadır, 08.08-xx.xx.2023cü il tarixdə küləkli havada ziyan görmüşdür və mənzilinin divarına, pəncərəsinə çırpılmışdır. Anti-sanitar qurdlanmış və böcək dolu budaqları budamış və daimi ağacları öz fərdi hesabından sulamışdır. Ağaclar heç yerdə qeydiyyatda deyildir və Ekologiya, yaşıllaşdırma əkməmişdir. Sözügedən torpaq ərazinin və ağacların kollarının dibinin sanitar vəziyyəti ilə bağlı icra orqanına zəng ilə bildirmişdir. Tam təmizlik aparılmamışdır, məqsədi ağacları budamaq və ətraf mühiti təmizləmək olmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 23 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, yaşadığı binanın qarşısında olan ağaclar onun tərəfindən qırılmış və kəsilmişdir.. Çünki sözügedən ağaclar küləkli hava şəraitində onun evinin pəncərəsinə çırpıldıqlarından səhərə qədər onu narahat etmiş və şüşələrə zərər verəcək həddə gəlmişdir. Törətdiyi əməli etiraf edir, lakin hal-hazırda həmin qərarla ona təyin edilmiş cərimə məbləğini ödəmək iqtidarında olmadığından qərarııııııııııın lıəğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X4 Xətai rayonu, Gəncə prospekti 95 saylı binanın qarşısında xx.xx.2023-cü il tarixdə 02 ədəd ağacı və 01 ədəd kolu məhv etməsi müəyyən edilmişdir. Bununla da X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinin tələbləri pozulduğundan barəsində 23 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 2000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Həmçinin, məhkəməyə təqdim olunmuş fotoşəkillər və videogörüntüdən də X4 ağacları kəsməsi açıq aşkar görünür. Odur ki, göstərilənlərə əsasən o, X7 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X6 tərəfindən tərtib edilmiş 23 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Xətai rayonu, Gəncə prospekti 95 saylı binanın qarşısında xx.xx.2023-cü il tarixdə 02 ədəd ağacı və 01 ədəd kolu məhv etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 2000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 09 avqust 2023-cü il tarixli 80898 aktdan görünür ki, vətəndaş X2 müraciətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 95 saylı binanın qarşısındakı yaşıllıq əraziyə baxış keçirilərkən orada mövcud olan 01 ədəd xurma (4-6 sm), 01 ədəd alça (6-8 sm) və 01 ədəd nar kolunun kəsilərək məhv edilməsi müəyyən edilmişdir. Araşdırma zamanı ünvan 2 ünvanında yaşayan X7 yazılı izahatında yaşadığı yerin qarşısında olan 03 ədəd ağacı küləkli hava şəraitində yaratdığı narahatçılığa, ağaclarda yaranan qurdlara və çürümüş meyvə qoxusunun qarşısını almaq məqsədilə kəsdiyini bildirmişdir. Nəticədə Azərbaycan Respublikası “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 10, 13-cü maddələrinin tələbləri pozulmuş, Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli Qaydasına əməl olunmamış, Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi” Qaydasına əsasən ziyan dəymişdir. X3 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 253.2-ci maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Həmin maddənin qeyd hissəsində əlavə olaraq göstərilmişdir ki, bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət əkinlərə şamil edilmir. “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 saylı Qərarının 2.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.2-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 Xətai rayonu, Gəncə prospekti 95 saylı binanın qarşısında xx.xx.2023cü il tarixdə 02 ədəd ağacı və 01 ədəd kolu məhv etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 2000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında X7 şikayət ərizəsində qeyd etdiyi xüsusatları təsdiqləyərək törətdiyi əməli etiraf etmiş və bildirmişdir ki, yaşadığı binanın qarşısında olan ağaclar onun tərəfindən kəsilmiş və qırılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayətçi X7 məhkəmə iclasında törətdiyi əməli etiraf edərək Xətai rayonu, Gəncə prospekti 95 saylı binanın qarşısında olan 01 ədəd xurma, 01 ədəd alça və 01 ədəd nar kolunu kəsməsini etiraf edərək inzibati tənbeh vermə haqqında qərarın sadəcə olaraq cərimə məbləğini ödəyə bilmədiyi üçün ləğv edilməsini xahiş etmişdir. Həmçinin, səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərə və videogörüntüyə baxış keçirdikdə X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi öz təsdiqini bir daha tapmışdır. Beləliklə, inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, X7 tərəfindən Xətai rayonu, Gəncə prospekti 95 saylı binanın qarşısında xx.xx.2023-cü il tarixdə 02 ədəd ağacı və 01 ədəd kolu məhv etməsi təsdiq edilmiş, bununla da şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, şikayət vermiş şəxsin maddi vəziyyətinin pis olması, səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 23 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 23 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3211/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3211/2023
28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver