Məhkəmə qərarları › İş №3(011)-3213/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3213/2023

05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3213/2023 05.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs Beyhan Hüseyinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Lerik rayonu, Monidigah kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 05 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3471/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 156000 manat məbləğində borcun tutularaq Beyhan Hüseyinin xeyrinə ödənilməsi qət edilmişdir. Lakin borclu icra sənədi üzrə olan tələbi icra etməmiş və icra məmurunun qanuni tələblərinə riayət etməmişdir. Hal-hazırda ödənilməli olan qalıq borc 120980 manat təşkil edir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3471/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu tərəfindən xx.xx.2017-ci il tarixdə 18100 ABŞ dolları məbləğində pul tələbkarın nümayəndəsi Xaqani Eminova ödənilmiş və sonuncu tərəfindən təqdim olunmuş qəbz sübut kimi qiymətləndirilmişdir. Habelə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən 2019-2021-ci illəri əhatə edən fərqli tarixlərdə ümumilikdə 3000 ABŞ dolları və 437.26 ABŞ dolları məbləğində pul vəsaiti Beyhan Hüseyinin xeyrinə ödənilmişdir, lakin buna baxmayaraq icra sənədi üzrə olan borc məbləği uzun müddət ərzində icra edilmədiyindən Şəxs halhazırda ödəməli olduğu məbləğ 120980 manat təşkil edir. Odur ki, göstərilənlərə əsasən o, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3471/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə ondan 156000 manat məbləğində borcun tutularaq Beyhan Hüseyinin xeyrinə ödənilməsi qərara alınmışdır. Tərəfindən bugünədək icra sənədi üzrə olan borcundan xx.xx.2017-ci il tarixdə 18100 ABŞ dolları məbləğində pul tələbkarın nümayəndəsi Xaqani Eminova ödənilmiş, sonuncu tərəfindən pulun qəbul edilməsinə dair qəbz də təqdim edilmişdir, həmçinin tərəfindən ayrı-ayrı vaxtlarda ümumilikdə 3000 ABŞ dolları və 437.26 ABŞ dolları məbləğində də ödənişlər edilmişdir. O, əsasən xarici ölkələrdə biznes fəaliyyəti ilə məşğul olaraq borcun bir qismini ödəmək iqtidarında olmuşdur, lakin icra məmuru tərəfindən onun ölkədən getmək hüququ məhdudlaşdırıldığından o, işsiz qalmışdır və hal-hazırda günəmuzd fəhlə kimi fəaliyyət göstərir. Odur ki, işsiz olduğundan və maddi imkanı zəif olduğundan icra sənədi üzrə yaranmış borcu tam olaraq ödəyə bilməmişdir, lakin tərəfindən borcun hissə-hissə ödənilməsi təmin ediləcəkdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Beyhan Hüseyin izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3471/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə 156000 manat məbləğində borcun Şəxs tutularaq onun xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən bugünədək ödənilməmişdir. Artıq uzun müddətdir Şəxs tərəfindən icra sənədi üzrə olan borc tələbi icra edilmir. Həmçinin, borclu Şəxs xx.xx.2017-ci il tarixdə 18100 ABŞ dolları məbləğində pulu onun nümayəndəsi Xaqani Eminova ödədiyini iddia etsədə, sözügedən pul ona ödənilməmişdir. Beləliklə o, Şəxs məhkəmə qərarının icrasından yayındığını bildirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilərək həbs edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3471/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən və icra sənədindən görünür ki, Şəxs 156000 manat məbləğində pulun tutularaq Beyhan Hüseyinin xeyrinə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3471/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış, icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Beyhan Hüseyinin etibarnamə üzrə nümayəndəsi X4 tərəfindən verilmiş xx.xx.2017ci il tarixli qəbzdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3471/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Şəxs tərəfindən 18100 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(011)-2617/2017 saylı qərardadından görünür ki, borclu Şəxs məxsus Lerik rayonu, Mondigah kəndində yerləşən 0.24 ha və 1.14 ha torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur; borclunun və ya onun əmlakının axtarılması haqqında 13 aprel 2018-ci il tarixli qərardan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü borclu Şəxs barəsində axtarış elan olunmuşdur; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, borclu Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır; borcun hesablanmasına dair 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3471/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə xx.xx.2017-ci il tarixdə 18100 ABŞ dolları məbləğində pul qəbzlə tələbkarın etibarnamə üzrə nümayəndəsi X3 ödənilmişdir. Həmçinin, Şəxs tərəfindən xx.xx.2017-ci il tarixdə 500 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 500 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 500 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 500 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 500 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 500 ABŞ dolları bank vasitəsi ilə tələbkar Beyhan Hüseyinə ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3471/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu Şəxs xx.xx.2023-cü il tarixinədək tələbkar Beyhan Hüseyinin xeyrinə ödənməli olan 120980 manat borcu qalmışdır. ; borclunun və ya onun əmlakının axtarılması haqqında 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü borclu Şəxs barəsində axtarış elan olunmuşdur; Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsi tərəfindən Beyhan Hüseyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli təklifdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(011)-2617/2017 saylı qərardadına əsasən üzərinə həbs qoyulmuş Lerik rayonu, Mondigah kəndində yerləşən 0.24 ha və 1.14 ha torpaq sahələrinin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi Beyhan Hüseyinə təklif olunmuşdur; təklifdən imtina edilməsi haqqında xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X6 rayonu, Mondigah kəndində yerləşən 0.24 ha və 1.14 ha torpaq sahələrinin açıq hərracdan satılmasına etiraz etmiş və 156000 manat məbləğində pulun Şəxs tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən vəkil Bəturə Hüseynovaya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Lerik rayonu, Mondigah kəndində yerləşən 0.24 ha və 1.14 ha torpaq sahələrinin hərracları keçirilmiş, lakin alıcı müraciəti olmadığından və icra müddəti başa çatdığından sənədlər icra olunmadan geri qaytarılmışdır; cinayət məsuliyyəti haqqında xx.xx.2020, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3471/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə tələbin 10 gün müddətində icra edilməsi bildirilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir; “Korona Pay” tərəfindən verilmiş ödəniş çıxarışlarından görünür ki, fərqli tarixlərdə Şəxs tərəfindən Beyhan Hüseynin hesabına 2 dəfə 100.75 ABŞ dolları və 2 dəfə 117.88 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3471/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırır ki, Şəxs 156000 manat məbləğində pulun tutularaq Beyhan Hüseyinin xeyrinə ödənilməsinin qət edilməsinə baxmayaraq, Şəxs tərəfindən bugünədək icra sənədi üzrə olan borc məbləği tam olaraq ödənilməmiş və bununlada onun ödənilməmiş borcu qalmışdır. Qeyd olunan hallar onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, ona dəfələrlə cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq məktublarının göndərildiyini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 05 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 05 sentyabr 2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə və Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar