Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3214/2021 21.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlu, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında materialdan görünür ki, 06 avqust 2021-ci il tarixdə 19:05-də X1 fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Shakes Beer” adlı restoranda operativ vergi nəzarəti həyata keçirilərkən sahibkarı etibarnamə üzrə təmsil edən səlahiyyətli nümayəndə Şəxs yaranan suallara şifahi və (və ya) yazılı izahat verməkdən imtina etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin baş dövlət vergi müfəttişi X8 və dövlət vergi müfəttişi X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 06 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs məhkəməyə teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasının 1 ay müddətinə təxirə salınmasını xahiş etmişdir. Şəxs teleqramı nəzərə alınaraq məhkəmə iclası təxirə salınmışdır. Şəxs məhkəməyə yenidən teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasının daha 1 ay müddətinə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 111-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti olarsa, işə baxan hakim özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır. İş materiallarında olan qərardaddan görünür ki, işin baxılmasını bir ayadək müddətə uzadılmışdır. İnzibati xəta haqqında işə bir aydan artıq müddətə baxılmasına qanunvericilik yol vermir. Məhkəmə iclasının vaxtı və yeri barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən X4 (VÖEN: **********) məxsus obyektdə 06.08.2021-04.09.2021-ci il tarixlərində plandankənar operativ vergi nəzarəti həyata keçirilməsi üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 06 avqust 2021-ci il tarixdə KY211597028 nömrəli çıxarış verilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X7 **********1994 nömrəli 06 avqust 2021-ci il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən X4 məxsus çay evində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 06 avqust 2021-ci il tarixli aktdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən X4 məxsus “Shakes Beer” adlı restoranda həyata keçirilən operativ vergi nəzarəti zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar edilmişdir. X6 ölkə hüdudlarından kənarda olduğu üçün onu etibarnamə üzrə təmsil edən atası Şəxs olmuşdur. Onun etibarnamə üzrə nümayəndəsi Şəxs zəruri sənədlərlə tanış olmasına və bir nüsxəsini almasına baxmayaraq yaranan suallara şifahi və (və ya) yazılı izahat verməkdən imtina etmişdir. İş materiallarında olan AR-İ 622113 nömrəli 05.06.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X6 atası Şəxs geniş səlahiyyətlər vermişdir. Həmin etibarnamədə bütün vergi orqanlarında onu təmsil etməyi, həmçinin bütün vergi borclarını, rüsumları ödəməyi, bank əməliyyatlarını aparmağı və onun adından imza etmək kimi digər səlahiyyətlər verilmişdir. Etibarnamə 05.06.2023-cü ilədək qüvvədədir. İş materiallarına əlavə edilmiş operativ vergi nəzarəti zamanı çəkilmiş videogörüntüyə məhkəmə iclas zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, Qurbanov X2 Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdiyi operativ vergi nəzarəti zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahat verməkdən imtina etmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə hesab edir ki, hazırki halda “Shakes Beer” adlı restoranda sahibkarlıq fəaliyyətini etibarnamə üzrə həyata keçirdən Şəxs olmuşdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində cərimə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. İş üzrə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yaxud yüngülləşdirən hallar müəyyən etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 1.000 (min) manat məbləğində cərimə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3214/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3214/2021
21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver