Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3214/2023 15.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun AR İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat inzibati cərimə edilməyinə dair Bakı Şəhər DYPİnin inzibati tənbeh vermə haqqında TP5901375 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və AR İXM-nin 342.2.2-ci maddəsi ilə barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ-nin yol patrul xidməti, inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən o, nəqliyyat vasitəsinə standartlara cavab verməyən işıqlar quraşdırmışdır. Həmin an üçün polis inspektoru onun nəqliyyat vasitəsinə quraşdırılmış işıqların standartlara cavab vermədiyini hardan müəyyən etmişdir? Çox guman protokolu tərtib edən polis serjantı öz gözləri ilə işıqları yoxlayan cihazı əvəz edərək ona xx.xx.2023-cü il tarixdə saat 00:44 radələrində Xətai rayonu ərazisində Nobel prospektində (Ağ şəhər deyilən ərazidə) idarə etdiyi “Hyundai Azera” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə protokol tərtib etmişdir. Buna görə də o, Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında TP5901375 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə AR İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə edilmişdir. Tərtib olunmuş protokol və onun əsasında qəbul edilmiş qərar qanunsuzdur. Belə ki, xx.xx.2023cü il tarixdə “HYUNDAİ AZERA” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili Xətai rayonu ərazisində Ağ şəhər deyilən ərazidə idarə edərkən Bakı şəhər DYPİ-nin əməkdaşı onu saxlamış, yaxınlaşaraq özünü təqdim etmədən spirtli içki qəbul edib-etmədiyini soruşmuş, onunla ünsiyyətdə olanda bilmişdir ki, spirtli içki qəbul etməmişdir. Sonradan avtomobilinin başına fırlanmış və qabaq dumanlı işıqlarının standarlara cavab vermədiyini bildirmişdir. O, öz növbəsində polis əməkdaşına standartlara cavab vermədiyini hansı cihazla müəyyən etdiyini soruşmuşdur. Ona cavab olaraq gözü ilə müəyyən etdiyini bildirmişdir, sadəcə olaraq polis əməkdaşı həmin işığın standartlara cavab veribvermədiyini yoxlayan cihaz olmadan sadəcə virtual gözlərilə işıqların göz qamaşdırdığını müəyyən etmişdir. O, çox guman edir ki, həmin polis əməkdaşının gözlərindən digər nəqliyyat vasitələrinin işıqların standartlara cavab verib-verməməsinin yoxlanmasında istifadə etmək lazımdır. Çox təəssüf olsun ki, belə əsassız protokollar yazılaraq vətəndaşın hüquqları pozulur, həmdə Azərbaycan Polisi adına xələl gətirilir. “Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsini bildiyini polis serjantına bildirmiş, “Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsinin 111 hissəsinin 1-ci bəndində tələblərinə görə xarici işıq cihazlarının miqdarı, tipi rəngi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olmalıdır. Onunda nəqliyyat vasitəsində quraşdırılmış işıqlar qanunun 1 Saylı əlavəsində göstərilən tələblərə cavab verdiyini qeyd etmişdir. Sadəcə polis əməkdaşı hələdə bilmir ki, muasir dövür inkişaf eldikcə işıq cihazlarıda təkmilləşir. Hal-hazırki zamanla 10 il öncəki zaman arasında cəmiyyətdə texnologiyada çox inkişaf etmişdir. 2012-ci ildə istehsalçı zavod tərəfindən avtomobillərə sarı işıq quraşdırılmışdırsa halhazırda həmin işıqlar ağ işıqlarla əvəz olunur. Avtomobillərdə işıq cihazlarına dair standartlar isə Avropa İqtisadi Komissiyasının 48 saylı qaydalarında müəyyən edilib. Həmin beynəlxalq müqavilədə və AİK 48 saylı qaydasında qadağan olunan cihazlar kateqoriyasına daxil deyil. Sadəcə olaraq həmin tip işıqlar quraşdırılarkən avtomobilin elektrik gücü nəzərə alınmalıdır, həmin İed lampanın avtomobilin üzərində olan sadə lampanın gücünə bərabər olub-olmaması nəzərə alınmalıdır. İşığın düzgün bucaq altına düşməsi, sağa, sola doğru səpələnməsi, ön hansı dərəcə işıq salması, qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinə nə qədər maneə törətməsi nəzərə alınmalıdır. Yuxarıda qeyd edilən bütün sadalanan halların onun idarə etdiyi avtomobilə heç bir əlaqəsi yoxdur tam standartlara cavab verir. Qanunvericilikdə led işıqlarlarla bağlı istinad olunası bir məqam yoxdur. Avropa İqtisadi Komissiyasının qərarında pərdə plyonka led işıqlarla bağlı məsələ öz əksini tapıb. Məhkəmə iclasında X4 şikayət ərizəsində qeyd etdikləri ilə eyni məzmunda izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən onun inzibati icraatın aparılmasında iştirakı təmin edilmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərarla ona 150 manat məbləğində cərimə cəzası təyin edilmiş və o saxlanılarkən DYP əməkdaşı tərəfindən aparılan audio videoyazı ona təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X8 İdarəsinin polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 00:44-də Nobel prospekti 1 ünvanında idarə etdiyi “Hyundai Azera minik” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin normativ tələblər pozulmaqla avadanlığının dəyişdirilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* qərarla X1 İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və ona 150 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında X4 izahatında bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən onun inzibati icraatın aparılmasında iştirakı təmin edilmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərarla ona 150 manat məbləğində cərimə cəzası təyin edilmiş və hadisə vaxtı aparılmış audio video yazı ona təqdim edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3214/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3214/2023
15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver