Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3215/2023 12.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Bakı şəhər X11 İdarəsinin TP ******* nömrəli, 15 avqust 2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X11 İdarəsinin TP ******* nömrəli, 15 avqust 2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, 05 avqust 2023-cü il tarixdə idarə etdiyim Kia Sorento markalı **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Puşkin küçəsində park etdiyi zaman DYP əməkdaşı yaxınlaşaraq onun tərəfindən yol hərəkəti qaydaları pozulduğu və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində protokol tərtib ediləcəyi bildirilmişdir. Ona yaxınlaşan inspektor qeyd etmişdir ki, tərəfindən 1.3 üfuqi nişanlanma xətlərinin tələblərinə riayət edilməyərək sola dönmə əməliyyatı edilmişdir. Sola dönmə əməliyyatı etdiyi yola inspektorla birlikdə baxış keçirmişlər. İnspektora bildirmişdir ki, sola döndüyü yerdə 1.3 deyil 1.11 üfuqi nişanlama xətdidir və sola dönməklə hər hansı pozuntuya yol verməmişdir. Buna cavab olaraq inspektor bildirmişdir ki, bu yolda 4 ildir ki, sola dönmək qadağa edilib. O da qeyd etmişdir ki, sola dönmək qadağa edilən yerdə birincisi sola dönməyi qadağa edilən nişan quraşdırılmalı, ikincisi isə 1.3 üfuqi nişanlanma xətti aydın görsənməlidir və bunlar olmadıqda DYP əməkdaşı onun sola dönmə əməliyyatını qayda pozuntusu kimi qiymətləndirə bilməz. Bütün bunları baxmayaraq, Bakı şəhər X11 İdarəsinin Müşayət Eskort bölüyü YPX baş inspektor Polis X2 tərəfindən İXP ******* saylı xx.xx.2023-cü il tarixli protokol tərtib edilmiş və Bakı şəhər X11 İdarəsinin Polis X1 tərəfindən ona qarşı İXM-nin 327.2-ci maddəsinə əsasən 80 manat məbləğində inzibati cərimə və 3 cərimə balı tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli TP ******* saylı Qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli TP ******* saylı Qərar qüvvədə olan Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edildiyindən, inzibati xəta hadisəsi olmadığına görə ləğv edilməli və basində başlanılmış inzibati icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X11 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər X11 İdarəsinin TP ******* nömrəli, 15 avqust 2023cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 05 avqust 2023-cü il tarixdə, saat 12:20-də “KİA SORENTO” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuşdur. Nəticədə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 80 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 tərəfindən göndərilən ərizədən görünür ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.” “X12 siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş X12 X3 (Konvensiya) 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “Sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər.” Konvensiyanın 6-cı maddəsinin 4-cü hissəsinə əsasən b) nişanın ölçüləri onun uzaq məsafədən yaxşı görünüşünü və ona yaxınlaşdıqda aydın başa düşülməsini təmin etməlidir; nişanların ölçüləri bu bəndin c) yarımbəndində nəzərdə tutulmuş qeyd nəzərə alınmaqla nəqliyyat vasitələrinin normal hərəkət sürətinə müvafiq olaraq müəyyən edilir; c) xəbərdaredici və tənzimləyici nişanların (xüsusi göstəriş nişanları istisna olmaqla) ölçüləri Razılığa gələn tərəflərin ərazilərində standartlaşdırılmalıdır. Şikayətə qoşma kimi əlavə edilmiş şəkillərdən göründüyü kimi inzibati xətanın törədilməsi ehtimal olunan ərazidə nişanlanma xətləri aydın görsənmir və nəqliyyat vasitələrini idarə edən sürücüləri çaşdırmaqla yanaşı onlara təhlükə yaradır. İnzibati orqan isə nişanlanma xətlərinin təmiri ilə əlaqədar müvafiq qurumlara müraciət etmək və yol hərəkətinin təşkili, onun təhlükəsizliyinin təmin etmək əvəzinə həmin ərazidə sürücülərə pusqu qurur. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən Yol hərəkəti sahəsində dövlətin əsas vəzifəsi yol hərəkətinin təşkili, onun təhlükəsizliyinin təmin edilməsidir. Nişanlanma xətləri aydın görsənməməsi onun tərəfindən inzibati xətanın törədilməsində təqsirli olmasını şübhə altına alır və bu şübhələr onun xeyrinə həll edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən “İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir”. Bütün bunları nəzərə alaraq, barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli TP ******* saylı Qərarın ləğv edilməsi, ona qarşı tətbiq edilmiş 80 manat məbləğində inzibati cərimə və 3 cərimə balının silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X7 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər X11 İdarəsinin TP ******* nömrəli, 15 avqust 2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər X11 İdarəsinin TP ******* nömrəli, 15 avqust 2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3215/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3215/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver