Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3216/2021 20.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 28 iyul 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs 28.07.2021-ci il tarixdə keçirilən monitorinq zamanı “Happy İnn” hoteldə epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimin pozulması, yoxlama heyətinin hərarətinin ölçülməməsi, təmizlik cədvəllərinin olmaması, işçi və qonaqların maskadan istifadə etməməsi faktının aşkar olunması göstərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən tərdib edilmiş 28 iyul 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 28.07.2021-ci il tarixdə keçirilən monitorinq zamanı “Happy İnn” hoteldə epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimin sanitariya-gigiyena və karantin rejiminin pozulması, yoxlama heyətinin hərarətinin ölçülməməsi, təmizlik cədvəllərinin olmaması, işçi və qonaqların maskadan istifadə etməməsi faktı aşkar edildiyinə görə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törədildiyindən Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 8 avqust tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (Covid-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili” Qaydalarının Monitorinq aktından görünür ki, X1 təmsil edən monitorinqçi Abbas Ələkbərovun, Səhiyyə Nazirliyini təmsil edən monitorinqçi Məmməd Əliyevin, mehmanxanada operativ nəzarət üzrə məsul şəxs Ramin Əliyevin iştirakı ilə “Happy İnn” hoteldə monitorinq keçirilmiş, monitorinq zamanı otaq saylarının 50 olması, girişdə termometr ilə qızdırmanın ölçülməməsi, təmizlik cədvəlinin olmaması, personalın maskadan istifadə etməməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 8 avqust tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (Covid-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili” Qaydalarının ; 1.5-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən mehmanxanalara şamil olunur. Bu Qaydaların məqsədləri üçün mehmanxana dedikdə, qəbul-qeydiyyat bölməsinin mövcud olduğu, eyni zamanda qonaqlara yerləşdirmə, qidalanma və digər əlavə xidmətlər göstərən yerləşdirmə vasitəsi nəzərdə tutulur. 2.7-ci bəndinə əsasən mehmanxanada şəxsi gigiyena və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri olan vasitələrin, əl dezinfeksiyaedici məhlullarının, əl salfetlərinin, üz maskalarının, əlcəklərin və digər qoruyucu vasitələrin, habelə istifadə edilmiş tibbi maskaların və əlcəklərin atılması üçün ayrıca qapalı torbaların, dezinfeksiyaedici məhlulların, işçi heyət üçün təmiz geyimlərin yetərli qədər olması təmin edilməlidir. 2.8-ci bəndinə əsasən qonaqların və işçi heyətin daxil ola biləcəyi bütün məkanlar əl dezinfeksiyaedici vasitələr, maskası olmayan şəxslərə təqdim etmək üçün əlavə maskalar və digər gigiyena vasitələrlə təmin edilir. 3.3-cü bəndinə əsasən X2 və ya operativ nəzarət üzrə məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formaları və keyfiyyətə nəzarət cədvəllərini müəyyən edir və onların icrasına nəzarət edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 28.07.2021-ci il tarixdə keçirilən monitorinq zamanı “Happy İnn” hoteldə yoxlama heyətinin hərarətinin ölçülməməsi, təmizlik cədvəllərinin olmaması, işçi və qonaqların maskadan istifadə etməməsi faktı aşkar olunmuş, bununla da Şəxs tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimin pozulması halına yol verilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, monitorinq aktı və digər iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-3216/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3216/2021
20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver