Məhkəmə qərarları › İş №3(011)-3220/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3220/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3220/2021 15.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs Ələkbərova (İbadova) Aytən Nəriman qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 27.08.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Ələkbərov X6 Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2(037)-625/2019 saylı və Şəki Apellyasiya Məhkəməsinin 21 aprel 2020-ci il tarixli 2(107)-280/2020 saylı saylı icra sənədi ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmiş və həmin icra vərəqələrini icra etmək üçün səy belə göstərməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Ələkbərova (İbadova) Aytən Nəriman qızı göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2(037)-625/2019 saylı icra vərəqəsi ilə Şəxsdan hər biri 60 manat olmaqla cəmi 120 manat dəyərində iki ədəd döşək, hər biri 50 manat olmaqla cəmi 100 manat dəyərində iki ədəd yorğan, hər biri 10 manat olmaqla cəmi 40 manat dəyərində dörd ədəd balış, 150 manat madonna servis dəstindən ibarət cehiz əşyaları, hər biri 150 manat olmaqla cəmi 450 manat dəyərində üç ədəd gözəllik salonu üçün güzgü, 40 manat dəyərində gözəllik salonu üçün şkaf, hər biri 70 manat olmaqla cəmi 140 manat dəyərində iki stol, hər biri 25 manat olmaqla cəmi 50 manat dəyərində iki ədəd divar şkafı, 175 manat dəyərində uşaq üçün yellənçək çarpayı, 70 manat dəyərində uşaq üçün çarpayı, 350 manat dəyərində 3x4 ölçüdə bir ədəd xalça, 1200 manat dəyərində yataq mebel dəsti, hər biri 50 manat olmaqla cəmi 100 manat dəyərində iki ədəd ədyal, 400 manat dəyərində pərdə dəsti, 145 manat dəyərində “Samsung” markalı çörək bişirən, 37 manat dəyərində bir ədəd “tefal” markalı piltə, 80 manat dəyərində boşqab dəsti, 20 manat dəyərində kasa dəstindən ibarət əmlaklar, əmlaklar olmadıqda onların dəyəri 3667 manatın alınaraq ona verilməlidir. Qətnamədə göstərilən əşyaların bir hissəsi ona verilmiş, yeddi ədəd əşya olmamışdır. Hazırda yeddi ədəd əşyanın dəyəri də borclu tərəfindən ona ödənilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 21 aprel 2020-ci il tarixli 2(107)-280/2020 saylı icra vərəqəsi ilə Şəxsdan bir ədəd 860 manat dəyərində olan divan-kreslo dəstinin yarı dəyəri olan 430 manat və 3500 manat dəyərində olan “İPL S-300” markalı lazer aparatının yarı dəyəri olan 1750 manat alınaraq ona verilməlidir. Həmin icra sənədi üzrə borclu 500 manat ödəniş etmiş, 1680 manat ödənilməmiş qalmış, borclu 1680 manatı 3 ay müddətinə ödəyəcəyini bildirmiş, buna etiraz etməyərək ərizə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2(037)-625/2019 saylı icra vərəqəsi ilə ondan hər biri 60 manat olmaqla cəmi 120 manat dəyərində iki ədəd döşək, hər biri 50 manat olmaqla cəmi 100 manat dəyərində iki ədəd yorğan, hər biri 10 manat olmaqla cəmi 40 manat dəyərində dörd ədəd balış, 150 manat madonna servis dəstindən ibarət cehiz əşyaları, hər biri 150 manat olmaqla cəmi 450 manat dəyərində üç ədəd gözəllik salonu üçün güzgü, 40 manat dəyərində gözəllik salonu üçün şkaf, hər biri 70 manat olmaqla cəmi 140 manat dəyərində iki stol, hər biri 25 manat olmaqla cəmi 50 manat dəyərində iki ədəd divar şkafı, 175 manat dəyərində uşaq üçün yellənçək çarpayı, 70 manat dəyərində uşaq üçün çarpayı, 350 manat dəyərində 3x4 ölçüdə bir ədəd xalça, 1200 manat dəyərində yataq mebel dəsti, hər biri 50 manat olmaqla cəmi 100 manat dəyərində iki ədəd ədyal, 400 manat dəyərində pərdə dəsti, 145 manat dəyərində “Samsung” markalı çörək bişirən, 37 manat dəyərində bir ədəd “tefal” markalı piltə, 80 manat dəyərində boşqab dəsti, 20 manat dəyərində kasa dəstindən ibarət əmlaklar, əmlaklar olmadıqda onların dəyəri 3667 manatın alınaraq tələbkara verilməlidir. Qətnamədə göstərilən əşyaların bir hissəsi tələbkara verilmiş, yeddi ədəd əşya olmamışdır. Hazırda yeddi ədəd əşyanın dəyəri də tərəfindən tam olaraq tələbkara ödənilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 21 aprel 2020-ci il tarixli 2(107)- 280/2020 saylı icra vərəqəsi ilə ondan bir ədəd 860 manat dəyərində olan divan-kreslo dəstinin yarı dəyəri olan 430 manat və 3500 manat dəyərində olan “İPL S-300” markalı lazer aparatının yarı dəyəri olan 1750 manat alınaraq ona verilməlidir. Həmin icra sənədi üzrə 500 manat ödəniş etmiş, 1680 manat ödənilməmiş qalmış, borclu 1680 manatı 3 ay müddətinə ödəyəcəyini bildirmiş, tələbkar buna etiraz etməyərək ərizə təqdim etmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İsmayıllı Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2(037)-625/2019 saylı icra sənədindən görünür ki, Şəxsdan hər biri 60 manat olmaqla cəmi 120 manat dəyərində iki ədəd döşək, hər biri 50 manat olmaqla cəmi 100 manat dəyərində iki ədəd yorğan, hər biri 10 manat olmaqla cəmi 40 manat dəyərində dörd ədəd balış, 150 manat madonna servis dəstindən ibarət cehiz əşyaları, hər biri 150 manat olmaqla cəmi 450 manat dəyərində üç ədəd gözəllik salonu üçün güzgü, 40 manat dəyərində gözəllik salonu üçün şkaf, hər biri 70 manat olmaqla cəmi 140 manat dəyərində iki stol, hər biri 25 manat olmaqla cəmi 50 manat dəyərində iki ədəd divar şkafı, 175 manat dəyərində uşaq üçün yellənçək çarpayı, 70 manat dəyərində uşaq üçün çarpayı, 350 manat dəyərində 3x4 ölçüdə bir ədəd xalça, 1200 manat dəyərində yataq mebel dəsti, hər biri 50 manat olmaqla cəmi 100 manat dəyərində iki ədəd ədyal, 400 manat dəyərində pərdə dəsti, 145 manat dəyərində “Samsung” markalı çörək bişirən, 37 manat dəyərində bir ədəd “tefal” markalı piltə, 80 manat dəyərində boşqab dəsti, 20 manat dəyərində kasa dəstindən ibarət əmlaklar, əmlaklar olmadıqda onların dəyəri 3667 manatın alınaraq X2 verilməlidir; icraata başlama haqqında qərarın surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2(037)-625/2019 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; aktdan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2(037)- 625/2019 saylı icra sənədi üzrə yeddi əşyadan başqa digər əşyalar tələbkara təhvil verilmişdir. ərizədən görünür ki, X1 Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2(037)- 625/2019 saylı icra sənədinin tam icra olunduğunu, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 21 aprel 2020-ci il tarixli 2(107)-280/2020 saylı icra sənədindən görünür ki, Şəxsdan bir ədəd 860 manat dəyərində olan divan-kreslo dəstinin yarı dəyəri olan 430 manat və 3500 manat dəyərində olan “İPL S-300” markalı lazer aparatının yarı dəyəri olan 1750 manat alınaraq X2 verilməlidir; icraata başlama haqqında qərarın surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 21 aprel 2020-ci il tarixli 2(107)-280/2020 saylı saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; ərizənin surətindən görünür ki, Şəxs 13 sentyabr 2021-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin 21 aprel 2020-ci il tarixli 2(107)-280/2020 saylı icra sənədi üzrə tələbkara 500 manat ödəniş etmiş, qalıq 1680 manat borcu qalmış, tələbkar 1680 manat borcun üç ay müddətinə hissə-hissə ödənilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2(037)-625/2019 saylı icra sənədi borclu Şəxs tərəfindən tam olaraq icra edilmişdir. Həmçinin, Şəki Apellyasiya Məhkəməsinin 21 aprel 2020-ci il tarixli 2(107)-280/2020 saylı icra sənədi üzrə borclu tərəfindən 500 manat ödəniş edilmiş, tərəflər qalıq borcun üç ay müddətinə ödənilməsi barədə razılığa gəlmişlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bir icra sənədinin tam icra edilməsi, digər icra sənədi üzrə borcdan beş yüz manat ödəniş edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar