Məhkəmə qərarları › İş №3(011)-3227/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3227/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3227/2023 27.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Bayramova Nərmin Nizami qızının katibliyi, "xxxx" MMC-nin direktoru X1 iştirakı ilə, Hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə **********5310 saylı, xx.xx.2022-ci il tarixli, **********9446 saylı, xx.xx.2022-ci il tarixli, **********2779 saylı və xx.xx.2022-ci il tarixli **********1796 saylı gömrük bəyannamələri üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 3115.00 ABŞ dolları (5295.50 manat) məbləğində vəsait MMC-nin müvəkkil bankda olan hesabına köçürülməmişdir. Buna görə də "xxxx" MMC barəsində 31 may 2023-cü il tarixli 01400-04234/23 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şimal Ərazi Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X2 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə **********5310 saylı, xx.xx.2022-ci il tarixli, **********9446 saylı, xx.xx.2022-ci il tarixli, **********2779 saylı və xx.xx.2022-ci il tarixli **********1796 saylı gömrük bəyənnamələri üzrə daşınan mallar, daşınma zamanı malların çəkisində itkilər baş vermişdir. Belə ki, məsafəsindən, çəkisindən asılı olaraq malların daşınma zamanı buxarlanma, suyu çəkilmə, malların boşaldılması zamanı oğurluqlar baş vermişdir. Bu səbəbdən gömrük bəyənnamələri arasında ziddiyət baş vermişdir. Baş vermiş hadisənin sübutu kimi iş materiallarına “credit-note” və “pritenziya” məktubların əlavə etmişdir. Buna səbəb "xxxx" MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, Dövlət Gömrük Komitəsinin VAİS sisteminə baxış keçirilən zaman "xxxx" MMC-nin ixrac etdiyi malların müqabilində köçürüməli olan 136779,64 ABŞ dolları məbləğində vəsaitdən, 3115.00 ABŞ dolları (5295.50 manat) məbləğində vəsait müvəkkil bank hesabına köçürülmədiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pritenziya məktubundan görünür ki, **********1796 saylı gömrük bəyənnaməsi üzrə daşınan malın gömrük postunda yoxlanılması zamanı 106.00 ABŞ dolları dəyərində itki olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pritenziya məktubundan görünür ki, **********5310 saylı gömrük bəyənnaməsi üzrə daşınan malın gömrük postunda yoxlanılması zamanı 538.00 ABŞ dolları dəyərində itki olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 58786509 saylı “Credit-note”-dan görünür ki, **********2779 saylı gömrük bəyənnaməsi üzrə daşınan malın gömrük postunda yoxlanılması zamanı ümumilikdə 759.00 ABŞ dolları dəyərində itki olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 58786529 saylı “Credit-note”-dan görünür ki, **********9446 saylı gömrük bəyənnaməsi üzrə daşınan malın gömrük postunda yoxlanılması zamanı ümumilikdə 1712.00 ABŞ dolları dəyərində itki olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs "xxxx" MMC–nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş “Credit-note”-lardan və “pritenziya” məktubundan görünür ki, görmrük yoxlaması zamanı malların çəkisində itkilər baş vermişdir. Bunlara səbəb göstərilən malın (meyvələrin) daşınması zamanı havasının çəkilməsi, suyunun axması və çürüməsi zamanı çəkisində itkilərin olmasıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, müvəkkil banka köçürülməli olan 3115.00 ABŞ dolları (5295.50 manat) məbləğində vəsait iş materiallarında öz əksini tapdığından inzibati xəta tərkibi yaranmamışdır. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdə **********5310 saylı, xx.xx.2022-ci il tarixli, **********9446 saylı, xx.xx.2022-ci il tarixli, **********2779 saylı və xx.xx.2022-ci il tarixli **********1796 saylı gömrük bəyənnamələri üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan vəsait iş materiallarında öz əksini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nın 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar