Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3228/2021 17.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi ilə, X2 Bakı şəhəri Xətai Rayon DYPŞ tərəfindən qəbul edilmiş 26.06.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai Rayon DYPŞ tərəfindən qəbul edilmiş 26.06.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 26.06.2020-ci il tarixdə Zığ yolunda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin pozulması səbəbilə polis X4 Cavanşir Yusif oğlu tərəfindən 100 manat cərimə olunmuşdur. Aşağıda göstərilən əsas və səbəblərə görə BPİ DYPİ-nin polis Polkovnik X1 əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etməsi, hərəkətləri qanunsuz hesab edilməli və 26.06.2020-ci il tarixli TP ******* saylı qərarı qanunla qorunan hüquq və mənafelərinə toxunduğundan ləğv edilməsi barədə qərarı çıxarılmalıdır. Belə ki, o, Yasamal Rayon İcra-Probasiya şöbəsinin İcra məmuru tərəfindən idarəyə çağrılmış, 14.08.2021-ci il tarixdə ona İXM-in 211-ci maddəsi ilə 100 manat məbləğində cərimə olunduğu barədə məlumat verilmişdir. Bunun nə olduğunu soruşduqda, ona tibbi maska taxmadığı üçün cərimə edildiyi bildirilmişdir. Bu qərar barədə indiyə qədər niyə ona məlumat verilmədiyini heç kəs cavablandıra bilməmişdir. 1 il 2 ay sonra ona cərimə olduğu barədə məlumat verilmişdir. Hansı ki, o, Asan Pay tətbiqini yükləyərək qeydiyyatdan keçmiş və cərimə olunduğu an dərhal ona məlumat gəlir. Ancaq bu qərar heç dir dövlət portalına, sisteminə daxil edilməyib. Qeyd etmək istəyir ki, ölkədə karantin rejimi daxil olduğu gündən bu günə qədər bir dəfə də olsun karantin qaydalarını pozmamışdır. Bu qərar hardan çıxıb, hardan peyda olub, harda, kim tərəfindən tərtib olunub xəbəri yoxdur. Qərara nəzər yetirsək görərik ki, harda, hansı maşında, kiminlə olduğum barədə heç bir məlumat yoxdur. Əgər o, maska tarxmadığına görə cərimə edilmişsə deməli yanında kimsə olub. Ümumiyyətlə Təbibin keçirtdiyi Brifinqlərə diqqət etsək görərik ki, tibbi maska taxmaq məcburiyyəti 2020-ci ilin dekabr ayından tətbiq edilib. Yəni iyun ayında maska taxmağa görə o, necə cərimə edilmişdir. Bu qərarın tamamilə səf tərtib edildiyi aşkar görsənir. Bəlkə də başqa şəxsə tərtib edilən qərarı texniki səhv nəticəsində onun adına yazılıb. Çünki altını cizərək qeyd edir ki, polis tərəfindən heç vaxt belə bir cərimə edilməmişdir. Odur ki, qeyd edilənlərə əsaslanaraq, məhkəmədən 26.06.2020-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon DYPŞ Müşayiət-Eksport bölüyü YPX inspektoru polis baş serjantı X7 tərəfindən tərtib edilmiş 26.06.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, səlahiyətli orqanın vəzifəli şəxsi tərəfindən X2 İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilərək barəsində protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai Rayon DYPŞ tərəfindən qəbul edilmiş 26.06.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, səlahiyətli orqanın vəzifəli şəxsi tərəfindən X5 İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar; 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Müəyyən edilmişdir ki, Bakı şəhər Xətai rayon DYPŞ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 26.06.2020-ci il tarixli, TP ******* saylı qərarı ilə X2 26.06.2020-ci il tarixdə saat 14:37-də Zığ yolu ərazisində onun epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərini pozulması əsas gətirilməklə İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. 26.06.2020-ci il tarixli, TP ******* saylı qərarda X2 26.06.2020-ci il tarixdə saat 14:37də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozmasını təsdiq edən hər hansı sübuta istinad edilməmişdir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən tərtib edilərək qəbul edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 26.06.2020-ci il tarixli, TP ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin iştirakı təmin olunmadan qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhər Xətai rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında 26.06.2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqanan (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai rayon DYPŞ tərəfindən qəbul edilmiş 26.06.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-3228/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3228/2021
17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver