Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3229/2022 01.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi X1 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Gürcüstan Respublikası Marnueli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 03:00 radələrində Şəxs ünvan 2 ünvanına nalayiq söz ifadə edərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi X2 protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, Pərvin Rəhimovanı 7 il öncə tanımışdır və onlar bu müddət ərzində qeyri-rəsmi olaraq birlikdə yaşamışlar. Təxminan 1 ay müddətdir ki, onlar ayrılıblar və görüşmürlər. Təxminən 10 gün müddət olar ki, o, mütəmadi olaraq onun yaşadığı evin ətrafına gəlir, həmin müddət ərzində 1 dəfə onun yaşadığı mənzilin liftinin dəhlizinə qalxmış və onu gözləmişdir ki, barışmaq üçün ünsiyyət qursun. Bu zaman onun az yaşlı qızı mənzildən çıxaraq onu görüb qorxub evə qaçmışdır. Bundan sonra o oradan ayrılmışdır. xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində o təkrar onun yaşadığı mənzilə qalxmış və qapının zəngini vurmuş və onun telefonda başqa oğlanla danışdığını eşidib onun ünvanına satqın deyib ordan ayrılmışdır. Onun Pərvinin bacısı Sevinc xanımla əlaqəsi var və Pərvin Rəhimova ilə bağlı yalnız ona nalayiq ifadə yazmışdır. Məqsədi onu nüfuzdan salmaq olmayıb. Eyni zamanda bildirir ki, Pərvin Rəhimova onun ailə üzvlərinə və qohumlarına zəng vuraraq daim nalayiq sözlər işlədib hamını söyürdü. Törətdiyi əməldən peşmandır, barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, MN 1451854/437 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il il tarixdə saat 03:00 radələrində Şəxs ünvan 2 ünvanına nalayiq söz ifadə edərək ictimai qaydanı pozmuşdur. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2022-ci il il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:30-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İnzibati xəta haqqında xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə Pərvin Rəhimovaya qarşı xırda xuliqanlıq etmişdir. xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyindən 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə 03:00 radələrində Şəxs ünvan 2 ünvanına nalayiq söz ifadə edərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Bununla da, Çovdarov X3 Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Çovdarov X3 Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən saat 20:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2022-ci il tarixdən saat 20:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-3229/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3229/2022
01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver