Məhkəmə qərarları › İş №3(011)-324/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-324/2022

02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-324/2022 02.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə inspektoru İslam Cəfərov, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1978-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 10 yanvar 2022-ci il tarixdə Xətai rayonu, İ.İsmayılov küçəsi 3 ünvanında yerləşən “Bizim Market”-dən 43 cüt qış tərliyini götürmüşdür. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə inspektoru İslam Cəfərov tərəfindən 02 fevral 2022-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, X1 yanında 8 ilə yaxındır ki, işləyir. Dəyanət Məmmədovun ona 900 manat məbləğin çalışdığı işlə bağlı verəcəyi olmuş, lakin verməmişdir. Ev kirayəsi verə bilmədiyindən “Bizim Market”-dən 43 ədəd qış tərliyini iadə etmiş və onları 100 manat dəyərində satmışdır. O, maddi imkanı olmaması səbəbindən bunu etdiyini bildirərək, törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahatında göstərdi ki, o, Şəxs təxminən 7 ildir ki, tanıyır və həmin şəxs sürücü-təslimatçı vəzifəsində çalışır.Daxil olmuş fakturalardan məlum olmuşdu ki, Rəşad Cəfərov xəbərsiz olaraq dükanlardan qeyriqanuni olaraq ona məxsus olmayan malları götürərək mənsiməmişdir. 10 yanvar 2022-ci il tarixdə Xətai rayonu, İ.İsmayılov küçəsi 3 ünvanında yerləşən “Bizim Market”-dən 43 cüt qış tərliyini iadə edərək götürərək, ona 100 manat miqdarında ziyan vurmuşdur. Halhazıradək ona dəymiş ziyan ödənilmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə inspektoru İslam Cəfərov işin hallarını təsdiq edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərəfindən İnzibati xəta haqqında protokol tərtib olunduğunu bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 35-ci PB-nin baş təhqiqatçısı Rauf Əsədov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi yaranmadığı nəzərə alınaraq, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin 35-ci PB-nin aidiyyəti əməkdaşlarına göndərilməsi qərara alınmışdır. İş materiallarında olan İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 fevral 2022-ci il tarixdə, saat 21:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materillarında olan X3 tərətindən verilmiş ərizədən göründüyü kimi, X2 dəymiş zərər ödənilmiş və Şəxs barəsində başlanılmış iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs ilə zərərçəkmiş şəxs X3 ilə barışdığından, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar