Məhkəmə qərarları › İş №3(011)-3246/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3246/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3246/2021 08.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X4 iştirakı ilə X4 Xətai RPİ 37-ci Polis Bölməsinin 03 mart 2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə təyin edilməsi barədə Xətai RPİ 37-ci Polis Bölməsinin 03 mart 2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən “Həyat” kafesində mühafizəçi olaraq işləyir. 23.02.2021-ci il tarixində saat 00:35 radələrində Xətai Rayon Polis İdarəsinin bir qrup əməkdaşı işlədiyi kafeyə daxil olaraq, saat 12-ni keçdikdən sonra yerində ictimai- iaşə xidməti göstərildiyini iddia etmiş, kafenin bir neçə işçisi polis bölməsinə aparılaraq həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi əsasında inzibati protokol tərtib edilmişdir. O, həmin gün bu məsələ ilə bağlı məlumat əldə etmək üçün təxminən 02:00 radələrində Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə getmişdir. Məsələ ilə bağlı suallar verərkən barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə inzibati protokol tərtib olunmuşdur, lakin protokolun surəti ona təqdim edilməmişdir. Bildirmişdir ki, polis reydi zamanı kafedə hər hansı müştəri olmamış və yerində xidmət göstərilməsi yeni növ koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması üçün müəyyən edilmiş tələblərə uyğun olaraq saat 00:00dək artıq dayandırılmışdır, polis əməkdaşları kafedə yerində xidmət göstərilməsi ilə bağlı hər hansı sübut tapmasalar da, inzibati xəta haqqında protokol tərtib etmişlər. Nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə inzibati xəta tərkibinin yaranması üçün karantin qaydalarının tələbləri pozulmalıdır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ''Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması ba rəd ə” 16 yanvar 2021-ci il tarixii 9 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən, 2021-ci il 1 fevral saat 00,00-dan Azerbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azerbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilmişdir. Həmin qərarda ictimai-iaşə müəsssisələrinin yerində xidmətlə əlaqədar olmayan və sifarişləri yerinə yetirilməsi ilə bağlı fəaliyyətinə isə hər hansı məhdudiyyət qoyulmamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, o, həmin kafedə mühafizəçi kimi işləyir və kafedə müştərilərə ictimai-iaşə xidməti göstərilməsi ilə bağlı hər hansı vəzifəsi yoxdur və həmin vaxtda kafedə olmağı əmək funksiyaları ilə bağlı olmuşdur. Bu baxımdan barəsində inzibati tənbeh tədbirinin tətbiqi tamamilə qanunsuzdur. Polis əməkdaşlarının reydi 23.02.2021-ci il tarixində saat 00:35 radələrində həyata keçirilsə də, barəsində tərtib edilmiş inzibati xəta haqqında EXP 10011726 nömrəli protokolun tarixi və inzibati xətanın törədilmə vaxtı 03.03.2021-ci il kimi göstərilmişdir Halbuki həmin müddətdə onunla polis əməkdaşları arasında hər hansı ünsiyyət olmamışdır. Bu inzibati iş üzrə barəsində tətbiq edilmiş inzibati xəta haqqında rəsmi qaydada məlumatlandırılmamış, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında məlumatı şifahi qaydada öyrənmişdir. Barəsində inzibati tənbeh tədbirinin tətbiqi haqqında EPQ ******* nömrəli qərar da ona rəsmi qaydada təqdim edilməmişdir. İnzibati xəta haqqında 03.03.2021-ci il tarixli EXP 10011726 nömrəli protokol və həmin protokol üzrə qəbul edilmiş inzibati tənbeh tədbirinin tətbiqi haqqında 03.03.2021-ci il tarixli EPQ ******* nömrəli qərar əsassız və qanunsuzdur. Ona nə yol verdiyi pozuntu haqqında, nə də barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında hər hansı məlumat verilməmişdir. Bundan əlavə, X3 elektron qaydada qərar qəbul olunması yalnız İnzibati Xətalar Məcəlləsinin 16-cı fəslində (Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri) nəzərdə tutulan hallarda mümkündür. Digər xətalarla bağlı elektron qərar qəbul etmək İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır və Məcəlləyə açıq-aşkar ziddir. Polis orqanı tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilərkən də İnzibati Xətalar Məcəlləsinin 15-ci fəslinin (İnzibati xəta haqqında işlərə baxılması) tələbləri kobud şəkildə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 106-cı, 109-cu, 112-ci, 114.4-cü və 115-ci maddəsinin tələblərinə riayət olunmamış, qanunsuz və əsassız olaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. Polis orqanı inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edərkən də yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər kimi real vaxt rejimində elektron qərar qəbul etmiş və İnzibati Xətalar Məcəlləsin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın başqa növ inzibatı xəta olduğuna əhəmiyyət verməmiş, İnzibati Xətalar Məcəlləsinin 15-ci fəslinin tələblərini kobud şəkildə pozmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi əməlində inzibati xəta tərkibi olmamış, işlədiyi kafedə karantin qaydaları pozulmamışdır, həmçinin həmin kafedə mühafizəçi işləyir və kafedə müştərilərə xidmətlə bağlı hər hansı funksiyası yoxdur. Qeyd olunanlardan görünür ki, İnzibati Xətalar Məcəlləsin 211.1-ci maddəsinə əsasən barəsində tərtib olunmuş 03.03.2021-ci il tarixli EXP 10011726 nömrəli protokol və 03.03.2021-ci il tarixli EPQ ******* nömrəli qərar İnzibati Xətalar Məcəlləsinin 6.1-ci, 6.3-cü, 100-cü, 106-cı, 110-cu, 112-ci, 114.4-cü və 115-ci maddələrinin tələbləri kobud şəkildə pozulmaqla tərtib və qəbul edilmişdir. Məhkəmə iclasında X2 şikayətdə qeyd olunanlara uyğun izahat verərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə təyin edilməsi barədə Xətai RPİ 37-ci Polis Bölməsinin 03 mart 2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Xətai RPİ 37-ci Polis Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Xətai RPİ 37-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Xətai RPİ 37-ci Polis Bölməsinin 03 mart 2021-ci il tarixli EXQ ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X4 ünvan 2 ünvanında 03.03.2021-ci il tarixdə 03:18 radələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi müəyyən edilmişdir. İş materiallarında olan Xətai RPİ 37-ci Polis Bölməsinin 03 mart 2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə təyin edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 “Hayat Club” Kafedə ofisiant vəzifəsində işləyir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il il tarixli 9 nömrəli Qərarına əsasən 2021-ci il 1 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, Xətai RPİ 37-ci Polis Bölməsinin əməkdaşı tərəfindən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra, 03.03.2021-ci il tarixdəsaat 03:18-də inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol tərtib olunarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl olunmuşdur. X1 şikayətində göstərdiyi xüsusat, yəni onun kafedə mühafizəçi işləməsi onun özünü müdafiəsi və məsuliyyətdən yaxa qurtarması kimi qiymətləndirilməlidir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərinə riayət etməyərək karantin rejimi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuşdur. Buna görə də Xətai RPİ 37-ci Polis Bölməsi bu faktı aşkar etdiyindən protokol tərtib etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Xətai RPİ 37-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 03 mart 2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X4 Xətai RPİ 37-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 03 mart 2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar