Məhkəmə qərarları › İş №3(011)-3249/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3249/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3249/2024 07.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Gasanov Dzhakhidin iştirakı ilə, Baş X2 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22624677 nömrəli protokoluna əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Gasanov Dzhakhid tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Gasanov Dzhakhid şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş X2 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22624677 nömrəli protokoluna əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Gasanov Dzhakhid şikayətini onunla əsaslandırmışdır ki, o Həzi Aslanov metrosundan üzü yuxarı X1 tərəf qalxmış və Gəncə prospektinə dönmüş, heç bir avtonəqliyyat vasitəsinin gedişinə mane törətməmişdir. Qarşısına çıxan avtobus ikinci xəttdə hərəkət etmiş, Sərhədçinin qabağından qırıq-qırıq xəttdən sola dönmüş və yolunu davam etmişdir. Hadisə 27 iyul 2024-cü il tarixdə olmuş, qərar isə 28 iyul 2024-cü il tarixdə gəlmişdir. Yol Hərəkəti haqqında Qanunun 48-ci maddəsinin tələbinə əsasən 5.9 nişanı və 1.23 nişanlanması (“Bus” yazısı) ilə işarələnən bu zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti məhduddur. Protokol sonradan tərtib edilməsi yalnız hər hansı fiziki və ya hüquqi şəxsin şikayət ərizəsi əsasında, TŞ kameralarına baxış keçirməklə baş tuta bilər. Şikayətçi olmadığı və bunlarla yanaşı sübut olmadığı təqdirdə protokol tərtib oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1 və 122.5-ci maddələrinə əsasən qərar qeyri-qanunidir. Odur ki, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22624677 nömrəli protokoluna əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Gasanov Dzhakhid şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X2 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş X2 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22624677 nömrəli protokoluna əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, Gasanov Dzhakhid 16 aprel 2024-cü il tarixdə “TOYOTA COROLLA FİELDER HİBRİD” minik markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Gəncə pr., Fəridə Şadlıq sarayının qarşısında 327.1-1, 5.9, 5.10.1 – 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Gasanov Dzhakhid Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, Gasanov Dzhakhid tərəfindən verilmiş şikayət təmin olunmamalı, Baş X2 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22624677 nömrəli protokoluna əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Gasanov Dzhakhid tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş X2 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22624677 nömrəli protokoluna əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar