Məhkəmə qərarları › İş №3(011)-3250/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3250/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3250/2025 22.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramova Nərmin Nizami qızının katibliyi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bank Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 10 aprel 2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 193729.76 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti bankda olan hesabından 21 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, 193729.76.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs MMC barəsində ona görə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, güya Şəxs MMC xx.xx.2023-cü il tarixində 193729.76 ABŞ dolları məbləğində pul vəsaitini xaricə köçürmüş, lakin 2 il müddət keçsə də nə həmin dəyərdə mal ölkəyə idxal edilmiş, nə də ki, valyuta vəsaiti geri qaytarılmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən Şəxs MMC barəsində inzibati xətalar məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş 10 aprel 2025-ci il tarixli, EP0191802 saylı inzibati xəta haqqında protokol aşağıda göstərilənlərə əsasən əsassızdır: Əvvəlcə qeyd edilməlidir ki, Şəxs xx.xx.2006-cı ildə təsdiqlənmiş Nizamnaməsinin 3.1-ci maddəsinə, əsasən, Cəmiyyət bu nizamnamə ilə nəzərdə tutulmuş və Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan edilməmiş təsərrüfat fəaliyyətinin istənilən növü ilə məşğul olmaq hüququna malikdir. "xxxx" MMC 2022-ci ildən etibarən Tranzit ticarət fəaliyyəti ilə məşğuldur. Göstərilən ticarət üsulu qanunidir və heç bir qanunvericilik aktı ilə qadağan edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının Azad sahibkarlıq hüququ barəsində 59-cu maddəsinə əsasən, "Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər." "xxxx" MMC tərəfindən xaricdə əldə edilmiş, "xxxx" MMC-nin mülkiyyətinə keçmiş mallar Azərbaycan Respublikasının sərhədlərinə daxil edilmədən, xaricdə olarkən üçüncü şirkətə "xxxx" MMC tərəfindən satılaraq tranzit ticarət münasibəti ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Beləcə vasitəçilik münasibətindən fərqli olaraq "xxxx" MMC tərəfindən öz mülkiyyətində olan malları sataraq tranzit ticarətlə məşğul olduğunu qeyd edirik. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, Belçikanın "Brunswick Marine in Emea" şirkəti ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC bu şirkətin mallarının rəsmi alıcısı və Azərbaycandakı distribyutorudur. "Brunswick Marine in Emea" şirkətindən "xxxx" MMC tərəfindən distribyutor müqaviləsinə əsasən, müqavilədə qeyd edilmiş müxtəlif qayıq motorları və onların ehtiyat hissələri satın alıb Azərbaycanda və digər ölkələrdəki müştərilərə satır (Distribyutor müqaviləsi qoşmaya əlavə edilir). Qeyd edim ki, xx.xx.2023-cü il tarixli, ********* nömrəli ödəniş tapşırığına əsasən məlum olur ki, Belçikanın "Brunswick Marine in Emea" şirkətinin xx.xx.2023- cü il tarixli, 23/406893 nömrəli proforması üzrə "xxxx" MMC tərəfindən "Brunswick Marine in Emea" şirkətinin bank hesabına 193.729,76 ABŞ dolları köçürülmüşdür (ödəniş tapşırığı, proforma qoşmaya əlavə edilir). Həmçinin, xx.xx.2023-cü il tarixli, ********* nömrəli ödəniş tapşırığına əsasən məlum olur ki, Belçikanın "Brunswick Marine in Emea" şirkətinin xx.xx.2023-cü il tarixli, 23/406894 nömrəli proformu üzrə "xxxx" MMC tərəfindən "Brunswick Marine in Emea" şirkətinin bank hesabına 79.468,55 ABŞ dolları köçürülmüşdür (ödəniş tapşırığı, proforma və qoşmaya əlavə edilir). Mərkəzi Bankın təqdim etdiyi xx.xx.2025-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında Protokolda qeyd edilən 79.468,55 ABŞ dolları məbləğində mallar və xx.xx.2025-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında Protokolda qeyd edilən 193.729,76 ABŞ dolları məbləğində mallar "Brunswick Marine in Emea" şirkətinin uyğun olaraq, xx.xx.2023-cü il tarixli, 23/406894 nömrəli proformu və xx.xx.2023-cü il tarixli, 23/406893 nömrəli proformu üzrə, "xxxx" MMC tərəfindən satın alınmış və Rusiyanın "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1 saylı alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixli, ***-*******3-k12-R75-FM saylı, xx.xx.2023-cü il tarixli, 001- 16022023-k12-R76-FM saylı və xx.xx.2023-cü il tarixli, ***- *******3-k12-R76-FM-SP saylı invoyslarla daha sərfəli qiymətə - 557.416,46 (beş yüz əlli yeddi min dörd yüz on altı manat, qırx altı qəpik) manat məbləğinə satılmışdır (alqı-satqı müqaviləsi və invoyslar qoşmaya əlavə edilir). "xxxx" MMC tərəfindən satın alınmış və Rusiyanın "xxxx" MMC ile arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1 saylı alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixli, ***-*******3-k12-R75-FM saylı, xx.xx.2023-cü il tarixli, ***-*******3-k12- R76-FM saylı və xx.xx.2023-cü il tarixli, ***-*******3-k12-R76-FM- SP saylı invoyslara uyğun tarixlər və kodlar üzrə malların qablaşdırma siyahısı işin materiallarına əlavə edilmişdir (qablaşdırma siyahısı qoşmaya əlavə edilir). X2, ordan da Rusiyaya aparılması təsdiq edən, xx.xx.2023-cü il tarixli, 23TR**********2774 nömrəli deklaratsiya və Gömrük bəyannaməsi ödəniş tapşırığı üzrə alınan malların Rusiyaya göndərildiyini təstiq edir, həmin sənədlərdə alınan malların invoyslar üzrə tarixləri, nömrələri və kodları mövcuddur (malların idxal, ixrac bəyannamələri qoşmaya əlavə edilir). Həmçinin malların "xxxx" MMC tərəfindən Rusiyanın "xxxx" MMC-yə verilməsini haqqında, xx.xx.2023-cü il tarixli, ***-*******3-k12- R75-FM saylı, xx.xx.2023-cü il tarixli, ***-*******3k12-R76-FM saylı və xx.xx.2023-cü il tarixli, 001- 20022023-k12-R76-FM-SP saylı invoyslar üzrə xx.xx.2023-cü il tarixli 3 (üç) təhvil-təslim aktı təstiq edir ki, mallar Azərbaycan Respublikasına daxil olmadan Rusiyanın "xxxx" MMC-yə təhvil verilmişdir (təhvil-təslim aktları qoşmaya əlavə edilir). "xxxx" MMC (sifarişçi) və "xxxx" MMC (daşıyıcı) arasında xx.xx.2022-ci il tarixli, 001/22 saylı Daşıma müqaviləsi bağlanmışdır. Malların "Brunswick Marine in Emea" şirkətindən "xxxx" MMC-nin sifarişi ilə daşınmasını haqqında xx.xx.2023-cü il tarixli, HLG28022023 saylı invoysla xx.xx.2023-cü il tarixli, ********* saylı ödəniş tapşırığı və xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 009156 nömrəli və xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 53210 nömrəli elektron qaimələr və xx.xx.2023-cü il tarixli, ********* nömrəli ödəniş tapşırığı üzrə ödənişlər edilmişdir. Beləliklə, ümumilikdə bu əməliyyatdan 79.468,55 ABŞ dolları - manat qarşılığı 135.096,54 manat və 193.729,76 ABŞ dolları manat qarşılığı 329.340,59 manat, cəmi 273.198,31 ABŞ dolları - manat qarşılığı cəmi 464.437,13 manat məbləğinin "xxxx" MMC tərəfindən xaricə köçürüldüyünü nəzərə alsaq, sifariş olunan həmin mallara görə ölkəmizə daha çox: 557.416,46 (beş yüz əlli yeddi min dörd yüz on altı manat, qırx altı qəpik) manat məbləğ daxil olmuşdur. Göstərilən müqavilələrdən xx.xx.2023-cü il tarixli, 001- 14022023-k12-R75-FM saylı, xx.xx.2023-cü il tarixli, ***-*******3-k12-R76-FM saylı və xx.xx.2023-cü il tarixli, ***-*******3-k12-R76-FM-SP saylı invoyslarla edilmiş alqı-satqı əsasında qazanılmış (557.416,46 manat - 464.437,13) 92.979,33 manat məbləğində həmin mallardan qazanılmış gəlirlə bağlı "xxxx" MMC tərəfindən müvafiq gəlir bəyannaməsi verilmiş, müvafiq vergilər ödənilmişdir. Bununla bağlı məhkəməyə "xxxx" MMC tərəfindən 2023-cü il üzrə ödənilmiş Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən təqdim edilmiş Mənfəət vergisinin bəyannaməsi etiraza əlavə edilərək məhkəməyə təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə müvafiq olaraq, "İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır." Nəzərinizə çatdırım ki pandemiya dövründə "xxxx" MMC-nin 3 işçisi olmuş orta əmək haqqı 400 manat təşkil etmişdir. Daha sonra 2022-ci ildən etibarən işçilərin sayı 10, orta aylıq əmək haqqı məbləği 1000 manata kimi yüksəlmişdir. "xxxx" MMC tərəfindən ƏƏSMN-ə illik 30.000 manat məbləğində ödəniş edilmişdir. 2022-2025-ci illər ərzində "xxxx" MMC tərəfindən 1.000.000 manat dəyərində vergi ödənilmişdir. "xxxx" MMC-nin Mərkəzi Banka təqdim təqdim etdiyi sənədlərdən aşkar etmək olur ki, "xxxx" MMC Belçikadan aldığı və "Brunwick Marine in Emea" şirkətinin invoyslarında qeyd edilən mallarla eyni adlı və kodlu malları Rusiyanın "xxxx" MMC-nə satdığı mallardır. Həm şirkət tərəfindən göndərilən invoys, təhvil-təslim aktları həm də Rusiyadan bu malların İdxal Bəyannaməsindəki malların eynisi olduğu tam təsdiq edilir. Mərkəzi Bank tərəfindən iş düzgün, hər tərəfli araşdırılmadan Şəxs barəsində AR İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Pleniumunun Qərarına əsasən, "2016-cı il 28 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları" qəbul edilmişdir. Həmin Qaydaların 4-cü bəndi bank hesabları üzrə aparılan valyuta əməliyyatlarını tənzimləyir. Qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir (Qaydaların 4.3.1.3-cü bəndi)." Azərbaycan Respublikası Mərkəzi X3 28 noyabr 2016-cı il "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın təsdiq edilməsi barədə Qanunun 4.3.13-cü maddəsinə əsasən, "qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir; Yuxarıda göstərilən hallardan da məlum olurki, "xxxx" MMC 79.468,55 və 173.729,76 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaitini 21 fevral 2023-cü il tarixdə «Unibank>> ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürmüş, "Brunswick Marine in Emea" şirkəti tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, 23/406894 nömrəli proforması və xx.xx.2023-cü il tarixli, 23/406893 nömrəli proforması ilə alınan mallar Şəxs ilə Rusiyanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1 saylı alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixli, ***-*******3-k12-R75- FM saylı, xx.xx.2023-cü il tarixli, ***-*******3-k12-R76-FM saylı və xx.xx.2023-cü il tarixli, ***-*******3-k12- R76-FM- SP saylı invoyslarla "Brunswick Marine in Emea" şirkətindən (xx.xx.2023-cü il tarixli, 23/406894 nömrəli proforması və xx.xx.2023-cü il tarixli, 23/406893 nömrəli proforması ilə) alınan mallar daha sərfəli qiymətə - 557.416,46 (beş yüz əlli yeddi min dörd yüz on altı manat, qırx altı qəpik) manat məbləğinə satılmışdır. 1. xx.xx.2023-cü il tarixində 8.071.017,60 rubl-manat qarşılığı 183.212,10 manat, xx.xx.2023-cü il tarixli, ***-*******3k12-R76-FM saylı invoys; 2. xx.xx.2023-cü il tarixdə 9.442.364,40 rubl-manat qarşılığı 214.341,67 manat, xx.xx.2023-cü il tarixli, ***-*******3-k12-R75-FM saylı invoys; 3. xx.xx.2023-cü il tarixdə 7.247.531,75 rubl-manat qarşılığı 159.445,70 manat, xx.xx.2023cü il tarixli, ***-*******3-k12-R76-FM-SP saylı invoys; 4.xx.xx.2023-cü il tarixdə 18.954,00 rubl-manat qarşılığı 416,99 manat, xx.xx.2023-cü il tarixli, ***-*******3-k12-R75-FM saylı invoys əsasında Azərbaycan Respublikasına daxil olmuşdur. "xxxx" MMC xx.xx.2023-cü il tarixdə 79.468,55 və 193.729,76 ABŞ dolları (cəmi manat qarşılığı - 464.437,13 manat) məbləğində vəsaiti xaricə köçürsə də, köçürmənin edildiyi tarixdən 02 il müddət keçmədən, yəni, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərində cəmi 557.416,46 (beş yüz əlli yeddi min dörd yüz on altı manat, qırx altı qəpik) manat pul vəsaiti vəsaiti üçüncü şəxs tərəfindən (Rusiyanın "xxxx" MMC) geri qaytarmışdır (Bankın məktubu və bank hesabından çıxarışlar qoşmaya əlavə edilir). Qeyd edim ki, Mərkəzi Bank tərəfindən irəli sürülən iddia əsassız və ziddiyətlidir, belə ki, 30 dekabr 2022-ci il tarixli Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanununa və bu sahədə olan digər qanunvericilik aktlarına, əsasən, AR-nın Mərkəzi Bankı bu məsələ ilə bağlı Nəzarət orqanıdır. Əlavə olaraq, Valyuta dövriyyəsinə və valyuta tənzimlənməsinə nəzarət AR Mərkəzi Bankının səlahiyyətinə aiddir. Bu səbəbdən də göstərilən pulların mənbəyi AR Mərkəzi Bankına məlumdur, hazırki inzibati xətaya dair iş bizim tərəfimizdən sadəcə olaraq süründürməçilik və vaxt itkisi, məhkəmə yükünü artırmaq kimi qiymətləndirilir. Azərbaycan Respublikasının 21 oktyabr 1994-cü il tarixli Valyuta tənzimi haqqında Azərbaycan Respublikası Qanununun İİİ fəslində əks olunmuş Maddə 14- 1.Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasını barəsində qeyd edilir: 14-1.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin və milli valyutanın Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş məlumat və sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim etməlidir. Həmin qanunun Valyuta nəzarəti orqanları və agentləri barəsində 15-ci maddəsində əks olunmuşdur ki, "Azərbaycan Respublikasının əsas valyuta nəzarəti orqanı Azərbaycan Respublikasının Mərkəzi Bankı və müvafiq icra hakimiyyəti orqanıdır. Bu halda "xxxx" MMC tərəfindən aparılan valyuta əməliyyatları Mərkəzi Bank tərəfindən aşkar olunur. Hər hansı şübhəli valyuta əməliyyatının aşkar olunması zamanı, yaxud hər hansı qeyri-qanuni vəziyyətin aşkarlandığı şəraitdə Mərkəzi Bank "xxxx" MMC barəsində cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş məlumat və sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim etməlidir. Bu məsələ ilə bağlı Mərkəzi Bankın aidiyyəti orqanlara göstəriş verməsi, yaxud məhkəməyə cinayət işi ilə bağlı müraciət etməsi səlahiyyətləri çərçivəsində edilməlidir. Hazırda göstərilən, İXM 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyini iddia etməsi və buna əsas olaraq malların eyniləşdirilə bilmədiyini göstərməsi, eyniləşmənin mümkün olmadığı qeyd edildiyi halda yuxarıda qeyd edilən heç bir tədbirin görülməməsi, Mərkəzi Bank tərəfindən səlahiyyətlərindən sui-istifadə edərilərək qurumun əsas marağının "xxxx" MMC-ni əsassız cərimələmək olduğunu aydın şəkildə görə bilirik. Şəxs tərəfindən təqdim edilmiş sübutlardan da göründüyü kimi şirkət tərəfindən məsuliyyət yaradacaq heç bir hal mövcud deyildir. "xxxx" MMC tərəfindən xaricə ödənilmiş 193.729,76 ABŞ dolları məbləğində vəsait hesabına alınmış malın ölkəyə idxal edilməməsi, həmin malın təyinatına görə birbaşa digər xarici ölkəyə göndərilməsi heç də İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi kimi qiymətləndirilməməlidir. Belə ki, təqdim edilmiş sübutlarla müəyyən edilir ki, "xxxx" MMC 79.468,55 və 193.729,76 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaitini 21 fevral 2023-cü il tarixdə «Unibank>>> ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüş və "Brunswick Marine in Emea" şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 23/406894 nömrəli proforması və xx.xx.2023-cü il tarixli, 23/406893 nömrəli proforması ilə alınan mallar "xxxx" MMC ilə Rusiyanın "xxxx" MMC-si arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli, ***-*******3k12-R75-FM saylı, xx.xx.2023- cü il tarixli, ***-*******3-k12-R76-FM saylı və xx.xx.2023-cü il tarixli, ***-*******3-k12-R76-F-SP saylı invoyslarla "Brunswick Marine in Emea" şirkətindən (xx.xx.2023-cü il tarixli, 23/406894 nömrəli proforması və xx.xx.2023-cü il tarixli, 23/406893 nömrəli proforması ilə) alınan mallar daha sərfəli qiymətə - 557.416,46 (beş yüz əlli yeddi min dörd yüz on altı manat, qırx altı qəpik) manat məbləğinə satılmışdır. xx.xx.2023-cü il tarixində 8.071.017,60 rubl-manat qarşılığı 183.212,10 manat, xx.xx.2023cü il tarixli, ***-*******3-k12-R76-FM saylı invoys; xx.xx.2023-cü il tarixdə 9.442.364,40 rubl-manat qarşılığı 214.341,67 manat, xx.xx.2023-cü il tarixli, 001- 14022023-k12-R75- FM saylı invoys; xx.xx.2023-cü il tarixdə 7.247.531,75 rubl-manat qarşılığı 159.445,70 manat, xx.xx.2023-cü il tarixli, ***-*******3-k12-R76-FM-SP saylı invoys; xx.xx.2023-cü il tarixdə 18.954,00 rubl-manat qarşılığı 416,99 manat, xx.xx.2023-cü il tarixli, ***-*******3k12-R75-FM saylı invoys əsasında Azərbaycan Respublikasına daxil olmuşdur. "xxxx" MMC xx.xx.2023-cü il tarixində 79.468,55 və 193.729,76 ABŞ dolları (cəmi manat qarşılığı - 464.437,13 manat) məbləğində vəsaiti xaricə köçürsə də, köçürmənin edildiyi tarixdən 02 il müddət keçmədən, yəni, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərində cəmi 557.416,46 (beş yüz əlli yeddi min dörd yüz on altı manat, qırx altı qəpik) manat pul vəsaiti vəsaiti üçüncü şəxs tərəfindən (Rusiyanın "xxxx" MMC) geri qaytarmışdır. Nəzərinizə çatdırım ki, eyni analoji iş üzrə vaxtilə Zaqatala Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli Qərarı ilə İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilmişdir. Zaqatala Rayon Məhkəməsinin adı gedən Qərarından AR Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş apellyasiya şikayəti isə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarı ilə təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli Qərarı dəyişdirilmədən saxlanılmışdır (Qərarlar qoşmaya əlavə edilir). Şəki Apellyasiya Məhkəməsinin göstərilən analoji işlə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə etdiyi müraciət əsasında yuxarıda qeyd etdiyimiz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Pleniumunun Qərarı qəbul edilmiş və bu məsələ ilə bağlı ziddiyyət aradan qaldırılmışdır. Eləcə də Şəki Apellyasiya Məhkəməsinin mövqeyi qanuni hesab edilmişdir. Həmçinin mahiyyət üzrə tamamilə eynilik təşkil edən iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-1112/2025 saylı iş üzrə və xx.xx.2025-ci il tarixli, 3(011)-1128/2025 saylı iş üzrə qərarı iş materiallarına əlavə edilmişdir. Həmin inzibati xəta haqqında işlərdə də eyni ilə bu işdə olduğu kimi, şirkət tərəfindən Azərbaycandan xaricə pul köçürülmüş və həmin pul qarşılığında mallar alınmış və ölkəyə idxal edilmədən mallar üçüncü xarici şirkətə satılmışdır. Yəni məhkəmədə sübut olunmuşdur ki həmin mallar üçüncü şirkətə satılmış və həmin satışdan daha çox məbləğ Azərbaycana idxal olunmuşdur. Nəticə olaraq, hər iki iş üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir (hər iki iş qoşmaya əlavə edilir). Beləliklə, hesab edirik ki, "xxxx" MMC barəsində xx.xx.2023-cü il tarixində xaricə köçürülmüş 193.729,76 ABŞ dolları məbləğində vəsaitə görə, şirkət İXM-nın 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, qeyd etməliyik ki, sənədlərin eyniləşdirilməsi tərəfimizdən təqdim edilən sübutlara əsasən, kifayət qədər sadə prosesdir. Lakin, bunun Mərkəzi Banka məlum olmasına baxmayaraq, bizə məlum olmayan hər-hansı bir məqsədlə "xxxx" MMC-ni məhkəməyə verərək barəsində cərimə tətbiq edilməsinə çalışmaq ölkənin iqtisadi potensialına ciddi zərbə vurmaq kimi qiymətləndirilməlidir. Belə ki, sahibkarlığa və ölkə iqtisadiyyatına vurulan bu zərbə nəticəsində, yəni cərimə olunmağımız təqdirində bu məsələnin fəsadları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, Vergilər Nazirliyinə və digər orqanların qərarlarına bilavasitə təsir edəcək. Biz (yuxarıda qeyd etdiyimiz və qoşmaya əlavə etdiyimiz) bizim tərəfimizdən ödənilmiş vergi bəyannamələrimizi, dövlətə edilmiş ödənişlərimizi geri tələb etmək məcburiyyətində qalacayıq, həmçinin qeyd etməliyəm ki, "xxxx" MMC tərəfindən Vergi orqanlarına vergi bəyannamələrini verdikdə və müvafiq sənədləri təqdim etdikdə heç bir orqanının etirazı ilə qarşılaşmamışıq. Diqqətinizə çatdırım ki, Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan heç bir fəaliyyətlə məşğul olmadan, əldə edilən gəlirləri Azərbaycan Respublikasının iqtisadi bazarında səmərəli şəkildə istifadə etmişik. Göstərilən şəraitdə biz bütün malların geri qaytarılmasını təşkil etməyə məcbur olacayıq. Yuxarıda qeyd edilənlərə əsasən Mərkəzi Bankın iddiasının doğru olduğunu fərz etsək, bu zaman yeni ziddiyət yaranır (gələn pulun eyniləşdirilməsinin mümkün olmadığını iddia etdikdə). Qeyd etdiyimiz Azərbaycan Respublikasının 21 oktyabr 1994-cü il tarixli Valyuta tənzimi haqqında Azərbaycan Respublikası Qanununun İİİ fəslində əks olunmuş Maddə 14-1. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasını barəsində qeyd edilmiş maddəyə, əsasən, sübhə yarandığı təqdirdə Mərkəzi Bank tərəfindən aidiyyəti orqanlara "xxxx" MMC barəsində məlumat verilməli idi, bu zaman yaranan digər ziddiyət budur ki, Mərkəzi Bank tərəfindən şübhənin hansı səbəbdən yaranmadığını, şübhə yaranmadığı təqdirdə isə bizə qarşı sənədlərin eyniləşməsinin müəyyən edilməməsi əsas gətirilərək tərtib edilən protokolun hansı məqsəd ilə hazırlandığını anlamaq mümkün deyil. Əlavə olaraq Məhkəmənin nəzərinə çatdırmalıyıq ki, Mərkəzi Bank tərəfindən 10 aprel 2025-ci il tarixində tərtib olunmuş EP0191802 saylı protokola nəzər yetirdikdə protokolun ümumiyyətlə düzgün tərtib edilmədiyini görə bilirik. Belə ki, protokolda qeyd edilir ki, "xxxx" MMC tərəfindən 2 il müddət keçsə də, 193.729,76 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Hansı ki biz yuxarıda qeyd etdiyimiz sübutlarla bu halın baş vermədiyini, yəni valyuta vəsaitinin geri qaytarıldığını müəyyən edə bilirik. Protokolda ona əlavə edilən sənədlər (bank tərəfindən təqdim edilmiş məktub, köçürmə haqqında ərizə, köçürmənin təyinatını əks etdirən müqavilə və s.) ilə təqdim edilməmiş, təqdim edilməli olan sənədlər protoklda əks etdirilməmişdir. Protokolda müvafiq hissələr boş saxlanılmaqla tərtib edilərək, bu halda məhkəməyə təqdim edilmişdir, lakin müvafiq xanalar doldurulmalı, doldurulmadığı halda isə saxtakarlığın qarşısının alınması məqsədi ilə silinməlidir. Eləcə də barəsində İnzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamış, ona Telefonoqram belə göndərilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən Protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokola müvafiq qeydlər aparılmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququna malikdir. Eləcə də, İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələbləri pozularaq, qoşma və protokolun surəti olaraq heç bir sənəd "xxxx" MMC-ə göndərilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə təqdim edilməmişdir. "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə və ümumiyyətlə inzibati xəta hadisəsi baş vermədiyinə görə tərtib edilmiş 10 aprel 2025-ci il tarixli, EP0191802 saylı inzibati xəta haqqında protokola xitam verilməsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, cəmiyyət barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Qeyd edilənlərə əsasən Şəxs MMC barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir, lakin Mərkəzi Bankın nümayəndəsi Arzu X1 Məhkəmə Sistemi vasitəsilə ərizə yerləşdirərək bildirmişdir ki, iş materiallarında olan "xxxx" KB ASC-in 20 may 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə 8071017.60 RUR, xx.xx.2023-cü il tarixdə 9442364.40 RUR və xx.xx.2023-cü il tarixdə 18954.00 RUR məbləğində vəsait "xxxx" MMC-in hesabına üçüncü şəxs Formula M şirkəti tərəfindən daxil olmuşdur. Daxil olan vəsaitin təyinatı avans köçürməsi zamanı təqdim edilən sənədlərlə uyğunluq təşkil edir. Bütün bu halları nəzərə alaraq "xxxx" MMC barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola münasibətdə inzibati təhbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmə mülahizəsinə buraxmışdır və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən 21 fevral 2023-cü il tarixində 193729.76 ABŞ dolları məbləğində pul vəsaiti xaricə köçürülmüşdür. (Vəsaiti alan «Brunswick Marine in Emea») Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilən və iş materiallarına əlavə edilmiş xidmətlərin göstərilməsini təsdiq edən sənədlərdən görünür ki, Şəxs MMC 79468.55 və 193729.76 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaitini 21 fevral 2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüş, «Brunswick Marine in Emea» şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 23/406893 nömrəli invoys ilə alınan mallar Rusiyanın "xxxx" MMC şirkəti arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli, ***-*******3-k12-R75-FM saylı, xx.xx.2023-cü il tarixli, ***-*******3-k12-R76-FM saylı və xx.xx.2023-cü il tarixli, ***- *******3-k12-R76-FM-SP saylı invoyslarla «Brunswick Marine in Emea» şirkətindən alınan mallar 557416.46 manat məbləğinə satılmışdır. xx.xx.2023-cü il tarixdə 8071017.60 RUR, xx.xx.2023-cü il tarixdə 9442364.40 RUR və xx.xx.2023-cü il tarixdə 18954.00 RUR məbləğində vəsait Şəxs MMC-in hesabına üçüncü şəxs "xxxx" MMC tərəfindən daxil olmuşdur. "xxxx" KB ASC tərəfindən Şəxs MMC-nin rəhbərinə ünvanaladığı UB-NRM/KB/384 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, bankda mövcud olan AZ65UBAZ**********0140RUB001 saylı cari Rusiya rubl hesabına xx.xx.2023-cüil tarixində 8,071,017.60 RUB O00 Formula M şirkəti tərəfindən (OPLATA PO DOGOVORU 1 ot xx.xx.2023 za motory L/BNF/ODOGHNYE, SCHET ***-*******3-//K12-R76-FM 8,071,017.60 RUB), xx.xx.2023-cü il tarixində 9,442,364.40 RUB (OPLATA PO DOGOVORU 1 ot xx.xx.2023 za MASLO MO/BNF/TORNOE, SCHET ***-*******3-K1//12- R75-FM 9,442,364.40 RUB), xx.xx.2023- cü il tarixində 18,954.00 RUB (OPLATA PO DOGOVORU 1 ОТ xx.xx.2023 ZA MASLO MOTORNOE, SCHET ***-*******3-K1//12-R75- FM 18,954.00 RUB), xx.xx.2023-cü il tarixində 7,247,531.75 RUB (OPLATA PO DOGOVORU 1 xx.xx.2023 ZA LODOCHNYE MOTORY, SCHET 001- 20022023-//K12- R76-FM-SP 7,247,531.75 RUB) təyinatı ilə daxil olmuşdur.xx.xx.2023-cü il tarixində ALFA MARİNE MMC şirkəti Brunswick Marine İN EMEA LLC şirkətinə 79,468.55 və 193,729.76 USD xx.xx.2014 tarixli müqaviləyə və 23/406893, 23/406894 nömrəli invoysa əsasən malların avans alışı üçün köçürmə edib. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada əməliyyatların aparılması Qaydalarının 4.3.1.3 bəndinə əsasən 2 il bitdikdən sonra banka müvafiq idxal bəyannaməsi təqdim olunmamışdır. Müştəri bildiribki, ölkəyə xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023 tarixlərində daxil olan vəsaitlərin müqabilində xx.xx.2023 tarixində Brunswick Marine İN EMEA LLC şirkətinə 79,468.55 və 193,729.76 USD avans ödəniş icra olunub və mallar Azərbaycan Respublikasının ərazisinə idxal olunmadan bir başa Rusiyaya göndərilmişdir. Şəxs MMC-nin Mərkəzi Banka təqdim təqdim etdiyi sənədlərdən aşkar etmək olur ki, Şəxs MMC Belçikadan aldığı və Brunsvick Marine şirkətinin İnvoyslarında qeyd edilən mallarla eyni adlı və kodlu malları Rusiyanın "xxxx" MMC şirkətinə satdığı mallardır. Həm şirkət tərəfindən göndərilən invoys, təhvil-təslim aktları həm də Rusiyadan bu malların İdxal Bəyannaməsindəki malların eynisi olduğu tam təsdiq edilir. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X3 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli Plenum Qərarına əsasən müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar