Məhkəmə qərarları › İş №3(011)-3252/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3252/2020

05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3252/2020 05.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X2 xx xxx 2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ilə təyin edilmiş cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Bakı şəhər Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin İnzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Qədir Zeynalov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx xxx 2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ilə barəsində təyin edilmiş cəriməni və tətbiq edilmiş dəbbə pulunu, cəmi 80.0 manatı tam olaraq ödəmişdir və hazırda onun heç bir qalıq borcu yoxdur. Bu səbəbdən inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X1 mərkəzi informasiya sisteminin çıxarışdan görünür ki, Şəxs xx xxx 2020-ci il tarixində saat 23:03-də idarə etdiyi “Daewoo” yük markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Binəqədi şossesi istiqamətində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozmuşdur. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxx 2020-ci il tarixli EQ ******* saylı protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X2 xx xxx 2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən 50.0 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X1 mərkəzi informasiya sisteminin çıxarışdan görünür ki, Şəxs təyin edilmiş cəriməyə, əlavə olaraq 30 (otuz) manat dəbbə pulu hesablanmışdır və onun ödəməli olduğu haqqın ümumi məbləği 80 (səksən) manat təşkil etmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X2 xx xxx 2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ilə ona təyin edilmiş cəriməni və tətbiq edilmiş dəbbə pulunu, cəmi 80 (səksən) manatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X1 hesabına tam olaraq ödəmişdir və onun qalıq borcu qalmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı və iş materialları əsasında tam sübuta yetirilmişdir. Lakin o, məhkəmə qərar qəbul edənədək xx xxx 2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ilə təyin edilmiş cəriməni və tətbiq edilmiş dəbbə pulunu tam olaraq ödədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati məsuliyyətdən azad olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati məsuliyyətdən azad olunsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar