Məhkəmə qərarları › İş №3(011)-3254/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3254/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3254/2021 08.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə X3 Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin 30 iyul 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə təyin edilməsi barədə Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin 30 iyul 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, barəsində yazılmış cərimə ilə bağlı heç bir məlumatı yoxdur. 25.08.2021-ci il tarixdə ona SMS vasitəsilə məhkəməyə yaxınlaşmağı barədə bildirilmişdir. Məhkəməyə gəldikdən sonra bu qərar haqqında məlumat olmuşdur. Barəsində Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin 30 iyul 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, X5 və Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə X3 və Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin 30 iyul 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X3 M.Hadi küçəsində 30.07.2020-ci il tarixdə 11:01 radələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi müəyyən edilmişdir. İş materiallarında olan Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin 30 iyul 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə təyin edilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşı tərəfindən protokol tərtib olunarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl olunmuşdur. X1 şikayətində göstərdiyi xüsusat onun özünü müdafiəsi və məsuliyyətdən yaxa qurtarması kimi qiymətləndirilməlidir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərinə riayət etməyərək karantin rejimi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuşdur. Buna görə də Xətai Rayon Dövlət Yol Polis Şöbəsi bu faktı aşkar etdiyindən protokol tərtib etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Xətai Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 30 iyul 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X3 Xətai Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 30 iyul 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar