Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3254/2022 05.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 23 saylı region üzrə X4 inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, MN seriyalı ******* nömrəli qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın tamamilə ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlirəm ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə düzgün verilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, MN seriyalı ******* saylı qərardan görünür ki, X5 tərəfindən müəssisədə çalışan X2 və X1 əmək müqavilələrinə xitam verilərkən Azərbaycan Respublikası ƏM-nin 79-cu maddəsinin 1-ci bəndinin tələblərinin pozulması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1700 (min yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışının surətindən və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 23 saylı region üzrə X6 tərəfindən verilmiş 06 avqust 2019-cu il tarixli məktubun surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanı ünvan 1kası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir; 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verildiyini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanının inzibati xəta hadisəsi törədilən zaman Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küçəsi, ev 2A olduğunu və bununlada ehtimal olunan inzibati xətanın Səbail rayonu ərazisində baş verdiyini nəzərə alaraq hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3254/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3254/2022
05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver