Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3262/2023 21.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə 26 may 2023-cü il tarixli, 14000-00468/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli **********5313 sorğu nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 2022-ci il olan, “JTMAB7BJ2N4051142” şassi nömrəli, “X7 LC300” markalı nəqliyyat vasitəsi müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Müvəqqəti saxlanc müddəti hüquqi şəxs tərəfindən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə edilmiş müraciət əsasında xx.xx.2023-cü ilə qədər uzadılmışdır. Həmin nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti saxlanc müddətinin xx.xx.2023cu il tarixdə başa çatmasına baxmayaraq nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün "xxxx" MMC tərəfindən heç bir müraciət olmamışdır. Nəticədə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndələri məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin, Təhqiqat bölməsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X3 tərəfindən tərtib edilmiş 26 may 2023-cü il tarixli, 14000-00468/23 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvəqqəti saxlancda olan yükə gömrük baxışı keçirilmişdir. Gömrük baxışı keçirilən zaman məlum olmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən saxlanca götürülən 1 ədəd buraxılış ili 2022-ci il olan, “JTMAB7BJ2N4051142” şassi nömrəli, “X7 LC300” markalı nəqliyyat vasitəsi anbarda toxunulmadan saxlanılır. Müvəqqəti saxlanc müddətinin xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin malın müvəqqəti saxlanc müddətinin tələbinə əməl olunmamışdır. Həmin malların rəsmiləşdirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən heç bir müraciət olunmamışdır; gömrük prosedurunun müddətinin uzadılmasına dair müraciət məktubundan görünür ki, "xxxx" MMC tərəfindən 1 ədəd buraxılış ili 2022-ci il olan, “JTMAB7BJ2N4051142” şassi nömrəli, “X7 LC300” markalı nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanc gömrük prosedurunda saxlanılması üçün Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə müraciət olunmuşdur; 26 aprel 2023-cü il tarixli raportdan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********5313 sorğu nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 2022-ci il, “JTMAB7BJ2N4051142” şassi nömrəli, “X7 LC300” markalı nəqliyyat vasitəsi müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Həmin nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti saxlanc müddətinin başa çatmasına baxmayaraq nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün "xxxx" MMC tərəfindən heç bir müraciət olmamışdır; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin, Təhqiqat bölməsində verdiyi izahatında bildirmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********5313 sorğu nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 2022ci il olan, “JTMAB7BJ2N4051142” şassi nömrəli, “X7 LC300” markalı nəqliyyat vasitəsi müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Müddət bitməsinə baxmayaraq nəqliyyat vasitəsinin rəsmiləşdirilməməsi sənəd çatışmazlğı ilə əlaqədardır, yaxın günlərdə gömrük orqanında rəsmiləşdiriləcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli **********5313 sorğu nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 2022-ci il olan, “JTMAB7BJ2N4051142” şassi nömrəli, “X7 LC300” markalı nəqliyyat vasitəsi müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş, lakin müvəqqəti saxlanc müddətinin xx.xx.2023-cu il tarixdə başa çatmasına baxmayaraq nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün "xxxx" MMC tərəfindən heç bir müraciət daxil olmamışdır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3262/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3262/2023
21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver