Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3303/2020 05.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X1 və Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X4 xx.xx.2019-cu il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqqında qərar agentlik tərəfindən araşdırılıb ləğv ediləcəkdir. Ona görə şikayət ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X3 qeyd olunan qərar Bakı Nəqliyyat Agentliyi tərəfindən ləğv ediləcəyindən şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Məhkəmə belə hesab edir ki, X3 şikayət ərizəsinin baxılmadan geri qaytarılması barədə ərizə təqdim etdiyindən Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Hakim: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3303/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3303/2020
05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver