Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3305/2020 30.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X3 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci PB tərəfindən qəbul edilmiş xx xxxx 2017-ci il tarixli, 085885 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək işə xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X5 məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci PB tərəfindən qəbul edilmiş qəbul edilmiş 085885 saylı xx xxxx 2017-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilərək işə xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmşdır ki, Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2017-ci il tarixli 085885 nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ilə həmin tarixdə Port Baku qarşısında fəaliyyət göstərən taksi sürücüsünü söyüb təhqir etməsi iddiası ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı tərətməsinə görə 50 manat məbləğində tənbeh tətbiq edilməsi qərara alınmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, inzibati xəta haqqında qərar qanunsuz olduğu üçün ləğv edilməlidir: 1.İnzibati xəta tərkibinin olmaması: xx.xx.2017-ci il tarixdə Nəsimi RPİ-nə müraciət etmiş və taksi sürücüsünün onu söyməsi və təhqir etməsindən şikayət etmişdir. O, taksi sürücüsünü söyməmiş və ictimai qaydanı pozan, lakin zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən hər hansı bir hərəkət etməmişdir. xx.xx.2017-ci il tarixli 085885 nömrəli İnzibati xəta haqqında protokolda müəyyən edilmiş sübut kimi, bu faktın əks tərəfin izahatında bu barədə qeyd olunması əks etdirilmiş, başqa heç bir sübut göstərilməmişdir. Şikayət etdiyi şəxsin izahatı onun inzibati xəta təta törətməyi üçn mötəbərli sübut kimi qiymətləndirilə bilməz. Protokol İXM-nin bir sıra tələblərinin pozulması ilə tərtib edilmişdir: xx.xx.2017-ci il tarixli 085885 nömrəli İnzibati xəta haqqında protokol İXM-nin 100-cü maddəsinin aşağıda sadalanan bir neçə tələbinin kobud surətdə pozulması ilə tərtib edilmişdir: İnzibati xətanın mahiyyətinin qeyd edilməməsi: İXM-nin 100.1.6-cı maddəsinə əsasən, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilməli olsa da, taksi sürücüsü barədə bu məlumatlar protokolda yoxdur. İzahatların protokola daxil edilməməsi: İXM-nin 100.1.7-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməli olsa da, onun izahatı ayrıca alınmış və protokola daxil edilməmişdir. Hüquq və vəzifələrin izah edilməsi barədə qeyd edilməməsi: İXM-nin 100.2-ci maddəsinin tələblərinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Polis əməkdaşı tərəfindən hüquq və vəzifələr izah edilməmiş və bu barədə heç bir qeyd protokola daxil edilməmişdir. Əlavə olaraq xx.xx.2017-ci il tarixli 085885 nömrəli İnzibati tənbeh vermə haqqında qərar bu illərdə ona təqdim edilməmiş, yanlız xx.xx.2020-ci il tarixdə onunla telefonla əlaqə saxlanılmış və polis idarəsinə getdikdə qərarın surəti ona təqdim olunmuşdur. Qeyd olunanlara əsasən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci PB-nin xx xxxx 2017-ci il tarixli, 085885 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci PB tərəfindən xx.xx.2017-ci il tarixli, 085885 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhər Dövlət X9 səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Bakı şəhər Dövlət X9 səlahiyyətli nümayəndəsinin iştirakı oladan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını və iş material-larını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci PB tərəfindən tərtib edilmiş xx xxxx 2017-ci il tarixli AZA seriyalı 085885 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X3 xx.xx.2017-ci il tarixində saat 16:30-da Port Bakunun qarşısında fəaliyyət göstərən taksi sürücüsünü təhqir etdiyi əsas gətirilərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci PB tərəfindən qəbul edilmiş xx xxxx 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2017-ci il tarixində saat 16:30-da Port Bakunun qarşısında fəaliyyət göstərən taksi sürücüsünü təhqir etdiyi əsas gətirilərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxx 2017-ci il tarixli AZA seriyalı 085885 saylı protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol əsasında xx xxxx 2017-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci PB tərəfindən işə baxılmış, lakin işə baxılmasının müddəti və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məlumat verilməmiş, işə baxılmasında onun iştirakı təmin edilməmiş, xx xxxx 2017-ci il tarixli 085885 saylı inzibati tənbeh vermə haqqında qərar onun iştirakı olmadan qəbul edilmişdir. Göründüyü kimi, X3 inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmək hüququ pozulmuş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqlarını həyata keçirməkdən məhrum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 61.1.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən, izibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə riayət edilmədən qəbul edilmişdir. X8 Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, birqayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.1 və 135.1.2-ci maddələrində göstərilir ki, müvafiq olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci PB tərəfindən tərtib edilmiş xx xxxx 2017-ci il tarixli AZA seriyalı 085885 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2017-ci il tarixli 085885 saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci PB-nə göndərilməli, qalan hissələrdə isə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Nəsimi Rayon Polis İdarəsinin 22-ci PB tərəfindən tərtib edilmiş xx xxxx 2017-ci il tarixli AZA seriyalı 085885 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2017-ci il tarixli 085885 saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və və iş yenidən baxılmaq üçün Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci PB-nə göndərilsin. Şikayət qalan hissələrdə təmin edilməsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-3305/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3305/2020
30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver