Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-332/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X7 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 27 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs X9 Şəxsnə məxsus bağçada xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmadan işə (xidmətə) cəlb etmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X8 izahat verərək bildirdi ki, X9 ona məxsus bağçada heç vaxt işləməmişdir, bəzən bağçaya gəlib onlara kömək etmiş, orda özü yemək yediyi boşqabları və s. yumuşdur. xx.xx.2024-cü il tarixdə "xxxx" ilə əlaqədar olaraq eyni məqsədlə bağçaya gəlmişdir. Lakin sonradan MMC-nin fəaliyyəti dayandırılmış və bu barədə X5 məlumat verilsə də o, fəaliyyətinin dayandırılmasına inanmadığını bildirərək ona yanlış məlumat verildiyini əsas tutaraq şikayət edəcəyini bildirmişdir. X4 bağçada xadimə kimi işləməsi həqiqəti əks etdirmir. Belə ki,onların xadiməsi olmuş, onunla müqavilə bağlanmış və vergisi ödənilmişdir. Halhazırda bağça fəaliyyətini dayandırmışdır və X9 ərizə ilə müraciət edərək şikayəti geri götürdüyünü bildirmişdir. Hesab edir ki, tərtib edilmiş protokol əsassız olduğundan iş üzrə icraata xitam verilməlidir. X8 04 dekabr 2023-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Sadiq Əliyevə cavablandırdığı məktubda 01 sentyabr 2023-cü il tarixdən X4 xadimə kimi çalışdığını qeyd etməsinin səbəbini açıqlaya bilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 təqdim edərək bildirmişdir ki, 04 dekabr 2023-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Sadiq Əliyevə cavablandırdığı məktubda 01 sentyabr 2023-cü il tarixdən X4 xadimə kimi çalışdığını qeyd etmişdir. Bu məktub X8 tərəfindən imzalanmış, bağçanın möhrü ilə möhürlənmiş və bu məktubu onlara “Whatsapp” mobil tətbiqi üzərindən göndərmişdir. Hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs direktoru X3 vəsatəti əsasında şahid qismində dindirilmiş X9 izahat verərək bildirmişdir ki, X8 ilə aralarında yaxınlıq münasibəti var, bu səbəbdən bağçaya kömək məqsədi ilə getmiş və onlara kömək etmişdir. Qarşılığında 150 manat məbləğində pulu qəbul etmişdir. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə gedərək şikayət ərizəsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs X9 Şəxsnə məxsus bağçada xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmadan işə (xidmətə) cəlb etmişvə bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Sadiq X1 tərəfindən ünvanlanmış 04 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, X9 xx.xx.2023-cü ildən onların bağçada könüllü olaraq müvəqqəti müddətli xadimə vəzifəsində çalışmışdır. İlk gündən ona bildirilib ki, bağça noyabr ayında bağlanacaq. Onların xadiməsi var və aylardır onlarla çalışır, qeydiyyatda var, vergisi də ödənilir. Lakin onun sağlamlığı ilə əlaqədar olaraq 1-2 ay işləyə bilməyəcək, bağça da bağlanacağına görə bir müddət onu əvəz etmək üçün işçi lazımdır, saat 14:00-dan 19:00-a qədər olsa idarə edə bilərik və Esmira xanımın özünün əsas iş yeri olduğu üçün, həm də bizə saat hesabı gəldiyi üçün, ödənişi gündəlik aldığı üçün onu qeydiyyata almamışdırlar. Çünki sadəcə 2 ay fəaliyyət göstərməli idik. Bağlanmaqlarına 2 həftə qalmış Esmira xanıma bildirmişdirlər ki, artıq işə gəlməsin, çünki mərkəz bağlanır. Amma Esmira xanım yersiz yerə qışqırmaga, oraları yandıracağı ilə onları hədələməyə başlamışdır. Hətta onun özünü də atası və qardaşı ilə dəfələrlə hədələmişdir. Esmira xanım ora gələn gündən bütün işçilərə şər atırdı. Mərkəzdə kameranın olduğunu bilmədiyi üçün hamı haqqında yalandan sözlər danışırdı. Sonra kamerada həmin o vaxtı tapıb göstərən zaman bir də belə bir şey etməməsini ona dəfələrlə vurğulamışdır.Pəncərəni sildirməyə gəldikdə o, heç vaxt bağçanın pəncərələrini çöldən təmizlikçiyə sildirmirməmişdir. İldə 1 dəfə şirkətlə danışılır və xüsusi təhlükəsizlik qaydaları ilə onlara sildirmişdirlər. Həmin gün Esmira xanım heç kimə heç nə demədən ilk iş günündə nərdivan istəmədən, özü öz başına çıxıb isidicinin üstündəki taxtaya, taxtanı sındırıb və yıxılmışdır. Lakin indi anlayır ki, o bunu da qəsdlə edib, çünki onun yıxıldığını heç kim görməmişdir. Sadəcə o bu yolla qızına aldığı telefonun pulunu ona ödətmək istəmişdir. Sizə qızının xəstə olduğunu yazıb, lakin bu yalan məlumatdır və bu məlumatın ən qısa zamanda yoxlanılmasını istəmişdir. Evinə çağırmaq məsələsində isə onun özü əlavə iş istəmişdir, çünki bu işin müvəqqəti olduğu bilmişdir. O da istəyirsə onlara gəlməsini demiş, lakin yoldaşının icazə verməməsini bildirmişdir. Hal-hazırda onun evdə köməkçisi vardır. Esmira xanıma heç vaxt ehtiyacı olmamış və onun gəlməməsini də heç vaxt problem etməmişdir. Esmira xanıma heç vaxt şiddət göstərilməmiş, ona yalandan sözlər verilməmişdir. X9 tərəfindən X10 Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizə və xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxsnə məxsus uşaq bağçasında xadimə vəzifəsində işə qəbul olunmuşdur. İşə qəbul olunarkən ondan heç bir sənəd tələb olunmamış, onunla müqavilə bağlanılmamışdır. Onu işə qəbul edən şəxs Nərgiz adlı şəxs olmuşdur. İşə qəbul olunmasından 2-3 gün sonra pəncərə silərkən yıxılmış və belində ağrı hiss etmişdir. Bu qəzanın nəticəsində bədəninin müxtəlif yerlərində göyərmələr yaranmışdır. Rəhbərlik yanına gəlmiş, lakin heç bir xəstəxanaya aparılmamışdır. Özünü yaxşı hiss etməməsinə baxmayaraq işə davam etmiş və xx.xx.2023-cü il tarixə qədər işə davam etmişdir. xx.xx.2023-cü il tarixdə qeydiyyat şöbəsində oturan xanım ona 150 manat vermiş, Nərgiz xanıma zəng edərək pulun nəyin müqabilində olduğunu soruşduqda işdən azad olunmasını bildirmişdir. Məhkəməyə təqdim edilmiş X4 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, X8 ilə arasında yaxınlıq və dostluq əlaqəsi var. Nərgiz xanımın xahişi ilə könüllü olaraq kömək üçün getmişdir. Onun razılığı əsasında aralarında heç bir müqavilə bağlanmamış, könüllü olaraq bir neçə dəfə yardım etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs tərəfində X6 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X6 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-332/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-332/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver