Məhkəmə qərarları › İş №3(011)-3331/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3331/2020

13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3331/2020 13.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Naxçıvan MR-da doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 6 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “KİA” minik markalı, **- KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarını müəyyən edilmiş 03 (üç) ay müddət ərzində ödəməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirdi ki, qeyd olunan “KİA” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətində deyildir və hazırda onun tərəfindən idarə olunmamışdır. Həmin nəqliyyat vasitəsinin yol hərəkəti qaydaları pozuntuları ilə olan inzibati cərimələr onun ünvanına gəlmişdir. Adına daxil olan inzibati cərimələrin nəqliyyat vasitəsinin tərəfindən idarə edilmədiyinin və ümumiyyətcə onun mülkiyyətində olmaması nəzərə alınmaqla inzibati cərimələrin nəqliyyat vasitəsinin əsl sahibinin ünvanına yönəldilməsi ilə bağlı ərizə ilə xx.xx.2020-ci il tarixdə Qusar rayon RPŞ-nə müraciət etmiş və Qusar RPİ tərəfindən tərəfindən müraciətin araşdırılması məqsədi ilə Azərbaycan Respublikasının DİN-nin BDYPİ-nə xx.xx.2020-ci il tarixdə məktub ünvanlanmış, həmin qərarlardan şikayət vermişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq hazırkı inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “KİA” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarını müəyyən edilmiş 03 (üç) ay müddət ərzində ödəmədiyindən barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X7 İnternet Portalından çıxarışın surətindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla ona təyin edilmiş cəriməni ödəmədiyinə görə, cərimənin üzərinə əlavə olaraq 24 (iyirmi dörd) manat məbləğində dəbbə pulu hesablanmış və Şəxs ödəməli olduğu ümumi məbləği 64 (altmış dörd) manat təşkil etmişdir; Şəxsu Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X1 ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində X2 adından X3 tərəfindən Şəxs reyestrdə 7E-16436 nömrə ilə qeyd olunmuş “KİA QUORİS” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə hüququ haqqında etibarnamə verilmiş, göstərilən etibarnamə ilə Şəxs verilmiş hüquqlardan MM-nin 365.1.4-cü maddəsinə əsasən imtina etmiş və MM-nin 365.1.4-cü maddəsinə əsasən göstərilən etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron Notariat” informasiya sistemində qeyd yazılmasının təmin edilməsini xahiş etmişdir; Şəxs Qusar RPŞ-nə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, Şəxs həmin ərizəsində səlahiyyətli orqana, “KİA” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol hərəkəti qayda pozuntuları ilə bağlı olan inzibati cərimələrin onun ünvanına daxil olmasını, qeyd olunan nəqliyyat vasitəsinin mülkiyyətində olmadığını, hazırda tərəfindən idarə olunmadığını bildirmiş və adına daxil olan inzibati cərimələrin nəqliyyat vasitəsinin tərəfindən idarə edilmədiyi nəzərə alınaraq sahibinin ünvanına yönəldilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir; Qusar RPİ tərəfindən Azərbaycan Respublikasının DİN-nin BDYPİ-nin rəisi, polis general mayoru R.Zeynalova ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Şəxs “KİA” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə daxil olan yol hərəkəti qayda pozuntuları ilə bağlı Qusar RPŞ-nə etdiyi müraciət aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının DİN-nin BDYPİ-nə göndərilmişdir; Azərbaycan Respublikasının DİN-nin BDYPİ-nin surəti Şəxs göndərilməklə Bakı şəhər BPİ DYPİ-nə ünvanladığı xx.xx.2020-ci il tarixli, 016-88103R-3220 saylı məktubundan görünür ki, Şəxs Azərbaycan Respublikasının DİN-nin BDYPİ-nin rəhbərliyinə ünvanladığı müraciət araşdırılması üçün Bakı şəhər BPİ DYPİ-nin rəisi, polis polkovniki Rəşid Piriyevə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.1. maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir; 144.1-ci maddəsinə əsasən qərardan şikayət və ya protest verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasını şikayətə və ya protestə baxılanadək dayandırır. 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, hazırkı inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas olmuş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, EQ ******* saylı qərarŞəxs tərəfindən mübahisələndirilmiş və hazırda şikayət üzrə səlahiyyətli orqan tərəfindən həmin qərar araşdırılma mərhələsindədir. Qərardan şikayət verildiyindən, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasını şikayətə baxılanadək dayandırmalıdır. Belə olan halda, qanuni qüvvəyə minməyən qərarın icra edilməməsinə görə inzibati xəta haqqında protokol tərtib edilməsi qanuni olmamışdır. Beləliklə, məhkəmə, hazırkı iş üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş xx.xx.2020-ci il tarixli, EQ ******* saylı qərarının mübahisələndirilməsini, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə minmədiyini, qanuni qüvvəyə minməyən qərarın icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmadığını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar