Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3334/2021 21.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Aqrar Sığorta Fondunun etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə Aqrar Sığorta Fondu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, hüquqi şəxs Aqrar Sığorta Fondu Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «Volkswagen» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə verməmişdir. Məhkəmə iclasında Aqrar Sığorta Fondunun etibarnamə üzrə nümayəndəsi X4 protokola etiraz edərək bildirmişdir ki, 05 avqust 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol X5 Sığorta Fonduna daxil olmuş sorğuya əsasən 16.07.2021-ci il tarixdə Fonda məxsus X7 minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin Zığ yolu 13-cü km ərazisində yolda müəyyən edilmiş hərəkət surətini 12 km/saat həddində aşması və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə məsuliyyətin nəzərdə tutulduğu, həmin avtomobilin xətanı törədərkən kim tərəfindən idarə edilməsi ilə bağlı məlumatın verilməsi sorğu edilmişdir. Qeyd edilən sorğu Fond tərəfindən daxil olan gün 05 avqust 2021-ci il tarixli ASF-XO/406 nömrəli məktubla cavablandırılaraq Baş Dövlət Yol Polisinə göndərilmişdir. Fond qeyd edilən maddə üzrə öz vəzifələrini yerinə yetirmiş və soğru daxil olan gün onu cavablandırmışdır. Buna görə də Fondun hərəkətlərində Məcəllənin 347-ci maddəsinin tərkibi yaranmamışdır. Buna görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Aqrar Sığorta Fondunun 05 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Aqrar Sığorta Fondu «Volkswagen» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı X1 olması barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş “AlexExspress” məktub və bağlamaların daşınması xidmətinin 021470 nömrəli qaimə surətindən görünür ki, Aqrar Sığorta Fondunun məktubu 05 avqust 2021-ci il tarixdə Baş Dövlət Yol Polis İdarəsinin poçt qutusuna qoyulmuşdur. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Aqrar Sığorta Fondu «Volkswagen» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində vermişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Aqrar Sığorta Fondu Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin sorğusuna vaxtında cavab verdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Aqrar Sığorta Fondu barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3334/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3334/2021
21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver